10 Avqust 2026, Bazar ertəsi
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

"Milliyə kömək etmək üçün hazır olmaq mənim borcumdu"

"Qarşıda böyük mövsüm var. Ötən mövsümdə də sürprizlər baş verdi. Hələ necə olacağını bilmək olmaz".

Bu sözləri Futbolxeber.az saytına açıqlamasında "Qəbələ"nin müdafiəçisi Təmkin Xəlilzadə deyib.

Futbolçu həm ölkə kubokunda, həm də Premyer Liqada uğurlu nəticə qazanmaq istədiklərini bildirib: "Biz ölkə kubokuna da, Premyer Liqaya da eyni dərəcədə diqqət ayırmışıq. Hər iki cəbhədə də sona qədər mübarizə aparacağıq. İnşallah istədiyimiz nəticələri qazanarıq".

"Milli komanda mənim üçün ayrı həyəcan, böyük məsuliyyətdi. Ölkəni təmsil etmək qürurvericidi. Milliyə kömək etmək üçün, hər zaman hazır olmaq mənim borcumdu"- deyə Xəlilzadə fikirlərini yekunlaşdırıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31