24 Sentyabr 2026, Cümə axşamı
“Neftçi” Cavadovu təbrik etdi
Ayxan Abbasovdan qələbə şərhi
Millimiz Tacikistana qalib gəldi
“Kasıblar”ın lideri – “Şamaxı”

Ölkə futbolu

“Qəbələ” növbəti mərhələdə!

"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində cavab oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, "qırmızı-qaralar" Moldovada "Şerif"in müvafiq yaş qrupu ilə qarşılaşıb.

Qəbələdəki oyunda 1:1 hesablı bərabərliyə razılaşan təmsilçimiz Tiraspolda keçirilən oyunda 3:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. "Qırmızı-qaralar"  UEFA Gənclər Liqasında mərhələ adlayan ilk klub kimi Azərbaycan futbolu tarixinə düşüb.

Qeyd edək ki, "Qəbələ" növbəti mərhələdə bu gün keçiriləcək  "Herta" (Almaniya) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Gənclər Liqası

Çempionlar yolu

I mərhələ, cavab oyunu

"Şerif" (Moldova) - "Qəbələ" (Azərbaycan) 1:3

Qollar: Samir Qurbanov, 43 (0:1), Vsevolod Nihaev, 53-pen. (1:1), Samir Qurbanov, 62 (1:2), Dijinari, 63-avtoqol (1:3)

Baş hakim: Timofeos Kristofi (Kipr)

Tiraspol. "Şerif" stadionunun kiçik arenası

İlk oyun - 1:1

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30