Ölkə futbolu
"Azərbaycanın yolunu açmaq üçün Kosovodan xal almağa çalışacağıq"
Malta millisinin kapitanı Andre Şembrinin UEFA Millətlər Liqasında Azərbaycanla 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- Oyunla bağlı fikirləriniz necədir?
- Əla oyun oldu. Qrupun əsas favoritlərindən birinə qarşı oynasaq da, meydanda yaxşı mübarizə apardıq. Hər iki komandanın qol imkanları oldu. Düşünürəm ki, heç-heçə bizim üçün yaxşı nəticədir.
- Paltardəyişmə otağında 1 xalı böyük coşğu ilə qeyd etdiniz. Turnir cədvəlindən xəbəri olmayan insan elə başa düşərdi ki, sanki qrupdan çıxmısınız...
- Çünki bizim üçün 1 xal çox vacib idi.
- Oyunun gedişində vaxtilə Portuqaliya "Boavişta"sında komanda yoldaşınız olan Kamran Ağayevi cəzalandıra bilərdiniz. Həmin anı necə xatırlayırsınız?
- Hər şey çox ani oldu. Lakin Kamran çox sürətli hərəkət etdi və fərqlənməyimə imkan vermədi.
- Hər iki oyunda Azərbaycandan xal aldınız. Bunun sirri nədədir?
- Açığı, səbəbini deyə bilməyəcəyəm. Hər oyunun öz çətinliyi var. Azərbaycan yaxşı komandadır. Düzdür, hər iki oyunda millinizdən xal aldıq. Amma hələ də inanıram ki, komandanız növbəti mərhələyə vəsiqə qazanacaq.
- Sizcə, qrupun favoriti hansı komandadır: Kosovo, yoxsa Azərbaycan?
- Malta artıq favorit deyil. Həm Azərbaycan, həm də Kosovo qrupda birinci yeri tutmağa layiqdir. Son oyun da məhz bu iki komanda arasında keçiriləcək. Düşünürəm ki, finala bərabər qarşılaşma olacaq. Həmin görüşün nəticəsinə əsasən, komandalardan biri final mərhələsinə yüksələcək.
- Bundan əvvəl Kosovo ilə oynadınız və 1:3 hesabı ilə uduzdunuz. Hansı oyun sizin üçün daha çətin alındı?
- Kosovo ilə oyun daha gərgin keçdi. Stadion ağzına kimi dolmuşdu, meydanda sürətli oyun gedirdi. Amma yenə deyirəm: hər oyunun öz çətinliyi var.
- Növbəti oyununuzu evdə Kosovoya qarşı keçirəcəksiniz. Bu rəqibi də büdrədə biləcəksiniz?
- Əlbəttə, evdə oynayacağımız üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Azərbaycanın yolunu açmaq üçün Kosovodan xal almağa çalışacağıq.
- Oyundan sonra Emin Mahmudovla xeyli söhbət etdiniz. Maraqlıdır, nəyi müzakirə edirdiniz?
- Eminlə "Boavişta"da bir yerdə oynamışıq. Onunla yaxşı dostluğumuz var. Hətta komandanın səfər oyunları zamanı bir otaqda qalırdıq. Ümumi söhbət etdik, ailələrimizdən danışdıq. Emin də Kamran kimi yaxşı oğlandır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
04.11.2026
03.11.2026
























