28 Oktyabr 2026, Çərşənbə
Yeton Bekiri qələbəni şərh etdi
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
"Araz-Naxçıvan"dan uğurlu start
Azərbaycan çempionatının püşkü atıldı

Ölkə futbolu

"Qarabağ"ın Avropa Liqasındakı oyunlarının biletləri satışa çıxarıldı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində son iki ev oyununun biletləri artıq satışdadır.
 
Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 25 oktyabrda Ukraynanın “Vorskla” (Poltava) klubuyla matçın biletlərinin qiymətləri müvafiq sektorlara görə 2, 4, 8, 10 və 50 (VİP) AZN arasında dəyişir.
 
Noyabrın 29-u Portuqaliyanın “Sportinq” klubuyla matçın biletləri isə 2, 5, 10, 15 və 50 (VİP) AZN-dir.
 
Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündü. "Qarabağ"ın "Vorskla" və "Sportinq"lə ev oyunları Bakı Olimpiya Stadionunda keçiriləcək və 20:55-də başlayacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31