14 Avqust 2026, Cümə
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də

Ölkə futbolu

"Qapılarımız sponsorlar üçün açıqdı"

AFFA və "Procter&Gamble” şirkəti arasında tərəfdaşlığa dair müqavilə imzalanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilmiş tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan futbol ailəsinə yeni üzvün qoşulduğunu bildirib.
 
Təbdirdə iştirak edən Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov  illər öncə bu şirkətin reklamında iştirak etdiyini xatırladıb. O bildirib ki, yeni sponsorların gəlişi futbola təkan olacaq: "Belə şirkətlərin çox olması müsbət haldı. Şirkətin məhsullarından yararlanırıq”.
 
Yığmanın futbolçuları - Mahir Mədətovla Ruslan Qurbanov millidə növbəti qollarını P&G-yə həsr edəcəklərini bildiriblər.
 
Sualları cavablandıran E.Məmmədov belə bir şirkətin AFFA-nın yanında olmasını ciddi hadisə adlandırıb. O, digər şirkətləri də futbola dəstək olmağa çağırıb.
Baş katib qeyd edib ki, bu istiqamətdə danışıqlar aparılır: "Qapılarımız sponsorlar üçün açıqdır. Lakin əsas məsələ sosial məsuliyyət, milliyə dəstək, uşaq və yeniyetmələr futboluna dəstək bizim əsas prioritetlərimizdir. Əsas odur ki, baxışlarımız üst-üstə düşsün. P&G-ni AFFA-nın keçirdiyi bütün yarışlarda görəcəksiniz".
 
E.Məmmədovun sözlərin görə, digər yarışlarda UEFA reklamları özündə saxlayıb: "Millətlər Liqasında isə milli federasiyalara yeni tərəfdaşlar cəlb etmək imkanı yaradılıb. Biz də bu imkandan yararlanmışıq. Bu şirkət bütün sahələrdə futbolumuza tərəfdaş olacaq". 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31