5 Noyabr 2026, Cümə axşamı
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”

Ölkə futbolu

Ayxan Abbasov: "Yeni transferlərimiz hələ hazır deyil"

“Məqsədimiz o idi ki, futbolçularımız 90 dəqiqə meydanda hərəkətdə olsunlar. İstədiyimizi gördük, çoxlu qol epizodları yaratdıq”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov  Türkiyə toplanışı çərçivəsində Qətərin "Əl-Xaritiyah" klubu ilə keçirilən yoxlama oyunu haqda danışarkən deyib.
 
O, klubun mətbuat xidmətinə açıqlamasında 1:1 hesaı ilə başa çatan matç şərh edib: “Səhvlərimiz oldu. Bu da futbolçularımızın yorğunluğundan irəli gəlir. Amma ümumilikdə hər şey normal keçdi. Bu qarşılaşmada gənc futbolçulara da şans verdik. Yeni transferlərimizi də son 15 dəqiqədə meydana buraxdıq. Onlar hələ tam hazır deyil, vaxt lazımdır. Komandamız üçün yaxşı oyun oldu. Növbəti qarşılaşmalarda bu oyundakı səhvləri buraxmamağa çalışacağıq”.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30