Ölkə futbolu
Roberto Bordin: "Uypeşt"lə oyunda mən də komandamızdan yaxşı nəticə gözləyirəm"
"Neftçi”nin baş məşqçisi Roberto Bordin "Neftçi” TV-yə müsahibə verib.
Futbolxeber.az saytının məlumatına görə, italiyalı məşqçi əvvəlcə Türkiyədəki sonuncu yoxlama matçı haqda danışıb. Daha sonra isə italiyalı mütəxəssis təlim-məşq toplanışını dəyərləndirib:
"Nəticənin vacib olması tamamilə normaldır. Qələbə qazanmaq həmişə vacibdir. Bununla belə, təbii ki, oyunu analiz etməliyik. Yaxşı epizodlarımız oldu, amma bunları daha da yaxşılaşdırmaq lazımdır. Təlim-məşq toplanışını başa vururuq. Bir tərəfdən deyə bilərəm ki, şadam. Biz hələ çox işləməliyik, artırmalıyıq. Qarşıdan gələn avrokubok oyununadək tam hazır olmalıyıq. Əvvəla, deyim ki, bizim yaxşı kollektivimiz var. Futbolçudan əvvəl mən onları insan kimi qiymətləndirirəm. Yenə deyirəm, çox yaxşı kollektivdir. Və bu 1:0 bizim xeyrimizədir. Bakıdan başlayaraq bu günə kimi fiziki planda çox artırmışıq. Texniki-taktiki planda da çox irəliləmişik. Əvvəllər də dediyim kimi, yoxlama oyunları komandanın vəziyyətinin güzgüsüdür. Yəni komanda özünü necə ifadə edir, necə hiss edir. Bu həmişə özünü başqa tərəfdən görməyə, bir şeyi daha yaxşı eləməyin mümkünlüyünü anlamağa kömək edir. Məsələn, bugünkü oyunda qola çevirə bilmədiyimiz epizodlardan ibrət götürməliyik. Oyunun videoyazısına futbolçularla birgə baxacağıq. Harada daha yaxşı işləməyin mümkünlüyünü və səhvlərimizi necə düzəldəcəyimizi anlamağa vaxtımız olacaq”.
Baş məşqçi yeni transferlər haqda da fikirlərini bildirib: "Əvvəllər də komandada olan futbolçular yeni transferlərə uyğunlaşma prosesində kömək edirlər. Hər gün fikir verirəm ki, yeni gələnlər komandaya çox yaxşı uyğunlaşıblar. Biz çox yaxşı, güclü kollektivik və bu mənim çox xoşuma gəlir. Həm əvvəllər də komandada olan futbolçularla, həm də yenilərlə texniki-taktiki planda hər şeyi sıfırdan başlamışıq. Bir-birimizi tanıdıq, yaxşı çalışdıq. Futbolçular da öz aralarında bir-birlərini tanıyırlar. Komandanın ruhu xoşuma gəlir. Hədəflərimizə çatmaqda bu bizə kömək edəcək. Bir az da vaxt lazımdır. Bəzən bu, oynamaq üçün qarşılaşdığın komandadan daha çox asılı olur. Çox intensiv məşqlər keçmişik. Bəlkə də bəzi oyunlardan əvvəl fiziki cəhətdən yorğun olmuşuq. Toplanışın sonudur. Bir həftə sonra çox vacib oyunumuz var. Komandanın ən yüksək səviyyədə olduğu vaxtları da oldu, fiziki cəhətdən yorğun vaxtları da. Toplanış ərzində belə olmağı normaldır. Komandanın fiziki durumundan başqa futbolçular arasında qarşılıqlı anlaşmalar da vacibdir. Deyə bilərəm ki, biz bu müddət ərzində birlikdə böyüdük. Çox işlədiyimiz üçün buna nail olduq”.
Roberto Bordin sonda Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 12-də keçiriləcək görüşə toxunub:"Uypeşt”lə oyunda mən də hamı kimi komandamızdan yaxşı nəticə gözləyirəm. Bu çox vacib matçdır. Yaxşı xarakter göstərən güclü rəqiblə qarşılaşacağıq. Rəqibimiz hazırda özünü fiziki cəhətdən yaxşı hiss edir. Onlar da çoxlu yoxlama oyunu keçiriblər. Çox çətin qarşılaşma olacaq. Ehtiyatlı davranacağıq, amma təbii ki, öz oyunumuzu göstərməyə çalışacağıq. Qarşıda bizi güclü rəqib gözləyir, amma öz oyunumuzu göstərməyə çalışacağıq. Bunun necə yekunlaşacağını görəcəyik. Deyə bilərəm ki, oyuna hazırıq”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
10:56
"Borussiya" 3 xalı tək qolla qazandı VİDEO
-
10:31
Toral start heyətdə meydana çıxdı, ilk hissədə əvəzləndi
-
10:18
"Arsenal"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:02
Vüsal oynadı, komandası qələbə qazandı
-
09:45
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi VİDEO
-
09:30
"Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı
-
21:40
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
-
21:17
"Turan Tovuz" sonda sevindi VİDEO
-
20:52
Boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
-
20:20
Kurban Berdiyevdən qələbə şərhi
-
20:09
Rəşad Sadıqov: “Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub”
-
19:41
"Traktor"un qapıçısı "Sumqayıt"da
-
19:16
Mahirin komandasından növbəti məğlubiyyət
-
16:38
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:53
“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”
-
15:05
İtaliya millisinə 34 futbolçu dəvət aldı
-
14:27
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
13:44
U-21 millimizin heyəti açıqlandı
-
13:32
“İnter”in əfsanəsi vəfat edib
-
12:19
Bundesliqa klubunda yeni müqavilə
-
11:56
"Kəpəz" iki yoxlama oyunu keçirəcək
-
11:28
"Neftçi"nin keçmiş üzvü Sinqapurda ilk oyununa çıxdı
-
11:00
Jali Muaddib: “Əsas belə çətin anlarda qələbə qazanmaqdır”
-
10:31
Daha 2 boksçumuz Avropa çempionatında mərhələ adlayıb
-
10:15
“Çelsi” səfərdə məğlub oldu VİDEO
-
10:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:47
“Bavariya”dan darmadağın VİDEO
-
00:22
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
-
23:58
Yankoviç "Qarabağ"a 3 xal qazandırdı VİDEO
-
23:13
Qurban Qurbanov: “Dayanmaq fikrində deyilik”
-
21:35
“Neftçi" və "Qarabağ" qalib gəldi
-
21:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:16
Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"
-
18:22
"Neftçi" yoxlama oyunu keçirəcək
-
17:51
“Naxçıvan” yeni legionerlə gücləndi
-
17:37
FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb
-
17:15
"Karvan-Yevlax"da ayrılıq
-
17:00
Respublika stadionu təmir olunacaq
-
16:44
"Qəbələ" - "Neftçi": Heyətlər açıqlandı
-
16:29
PFL sponsorluqla bağlı 3-4 şirkətlə danışıqlar aparır
-
16:18
PFL rəsmisi: “Bu, Gəncə azarkeşləri üçün də böyük bayram olacaq”
-
16:03
“Neftçi”dən Surinam millisinə
-
15:36
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub
-
14:52
AFFA Pakistanla futbol əməkdaşlığını müzakirə etdi
-
14:21
Güləşçilərimiz mundiala Göygöldə hazırlaşacaqlar
-
13:47
Azərbaycan Kubokunun püşkü atıldı FOTOLENT
-
13:00
Millimizin heyəti açıqlandı
-
12:15
“Turan Tovuz”un legioneri Azərbaycan millisi ilə oyuna çağırıldı
-
11:59
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
-
11:34
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
20.09.2026
19.09.2026
18.09.2026
























