5 Noyabr 2026, Cümə axşamı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi

Ölkə futbolu

"Azərbaycanın ən böyük klubuna gəldiyim üçün xoşbəxtəm"

"Azərbaycanın ən böyük klubuna gəldiyim üçün xoşbəxtəm".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın yeni transferi Abdullah Zubir deyib. Mərakeş əsilli fransalı futbolçu "Qarabağ"da kifayət qədər uöurlar qazanmaq istədyini bildirib:
 
"Hansı komandaya gəldiyimin fərqindəyəm. "Qarabağ" son illər ardıcıl çempionluqlar qazanıb. Hədəfim burada komandayla birlikdə mükafatlar qazanmaqdır. Məndən gözləntilərin çox olduğunu bilirəm. Bu da mənim burada məsuliyyətimin artması deməkdir".
 
26 yaşlı vinger titullar qazanmaq üçün Ağdam klubuna gəldiyini deyib: "Bu komanda üçün ən yaxşısını etməyə çalışacam. Azarkeşlərimizin də ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəm. Bu komandayla titullar, avrokuboklarda da uğurlar qazanmağa gəlmişəm".
 
"Qarabağ" Zubirlə 2 illik müqavilə imzalayıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30