19 Iyun 2026, Cümə
“Qarabağ” “Zirə” ilə qarşılaşacaq
"Qarabağ"dan daha bir transfer
ÇL: "Sabah"ın püşkdə yenə bəxti gətirdi
Cəlal Rumıniya klubunda

Ölkə futbolu

"Azərbaycanın gözü "Qarabağ"dadı"

“Bu mərhələdə bütün ölkələrin çempionları olur. Ona görə də heç bir rəqib zəif olmayacaqdı. “Qarabağ”a da Sloveniya çempionu düşdü”.

Bunu Futbolxeber.az saytına açıqlamasında “Qarabağ”dan yeni ayrılan Əfran İsmayılov deyib.

O, Ağdam klubunu çətin görüşün gözlədiyini bildirib: “Təbii ki, Çempionlar Liqasında zəif oyun olmur. Məncə, “Qarabağ”ı çətin və maraqlı görüşlər gözləyir. Ümid edirəm ki, “Qarabağ” “Oimpiya”nı məğlub edər, onlara uğurlar arzu edirəm. Təki “Qarabağ” qalib gəlsin və Azərbaycan xalqını sevindirsin. Çünki belə demək olarsa, Azərbaycanın “gözü” “Qarabağ”dadı.

“Qarabağ”ı təcrübəsi “Olimpiya”dan çoxdu. Ancaq mərhələni keçmək məsələsi haqda heç nə demək olmaz. Çünki mərhələ iki oyundan ibarətdi. Bu istirahətlərdən sonra oyunlar da çətin keçir. Arzu edirik ki, “Qarabağ” keçsin mərhələni. Rəqib “Olimpiya” yox, başqası düşsəydi də oyun çətin keçəcəkdi. Çünki ilk oyunlar hər zaman ağır alınır”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30