21 Mart 2026, Şənbə
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
“Neftçi”nin hücumçusu mükafatlandırıldı
Azər Bağırovdan qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı

Ölkə futbolu

"Qarabağ"ın 5 potensial rəqibi bilindi

İsveçrənin Nyon şəhərində keçiriləcək Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimində "Qarabağ"ın potensial rəqiblərinin sayı 5-ə enib. 
 
Futbolxeber.az-ın məlumatına görə, daha yüksək reytinqlilərdən ibarət səpələnmişlər səbətində yer alan Azərbaycan təmsilçisi Makedoniyanın "Şkendiya", Lüksemburqun "Düdelanj", Sloveniyanın "Olimpiya" (Lyublyana), Litvanın "Suduva" və Gürcüstanın "Torpedo" (Kutaisi") komandalarından birinə rəqib olacaq.  
 
Bu mərhələnin ilk oyunları 10-11 iyulda, cavab görüşləri 17-18 iyulda keçiriləcək. Növbəti mərhələyə yüksələcək 16 komandaya daha 4-ü qoşulacaq və II təsnifat mərhələsində 4 cüt formalaşacaq. Mərhələ adlayacağı təqdirdə, "Qarabağ" yenə səpələnmişlər səbətində yer alacaq. Oyunlar isə 24-25 iyul və 31 iyul-1 avqustda keçiriləcək. 
 
Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31