5 Noyabr 2026, Cümə axşamı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi

Ölkə futbolu

“Qəbələ”də albaniyalı yarımmüdafiəçi

2018/19 mövsümünə hazırlıqları davam etdirən “Qəbələ” yay fasiləsində ilk legioner transferini gerçəkləşdirib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qırmızı-qaralar” Albaniya milli komandasının futbolçusu Sabien Lilayı heyətinə qatıb. 29 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına “Tirana”da başlayan Lilay 2008-2011-ci illərdə bu komandada çıxış edib. 2011-2012-ci illərdə Xorvatiyada legioner həyatı yaşayan Sabien “Lokomotiva”nın formasını geyinib. O, 2012-ci ildən 2018-ə qədər “Skenderbeu”da oynayıb. Sabien Albaniya klublarının heyətində 6 dəfə ölkə çempionu, 2 dəfə kubok, 2 dəfə Superkubokun qalibi adını qazanıb, 2015 və 2017-ci illərdə ölkəsində ilin futbolçusu seçilib. Albaniyanın U-20 və U-21 yığmalarının şərəfini qorumuş Lilay 2011-ci ildə ölkəsinin əsas millisində debüt edib. Yarımmüdafiəçi bu komandada 16 oyun keçirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30