1 Iyun 2025, Bazar günü
PSJ "İnter"i darmadağın etdi
Kubokun qalibi "Sabah" oldu
U-21 millimizin heyəti açıqlandı
“Neftçi” 7 futbolçu ilə vidalaşdı

Ölkə futbolu

Ukraynalı: "Qəbələ"nin heyətində unudulmaz oyunlar çox olub"

“Qəbələ”dən ayrılan Vitali Vernidub hələ ki, özünə yeni komanda tapmayıb.

Futbolxeber.az saytına açıqla verən ukraynalı müdafiəçi “Qəbələ”dəki çıxışından danışıb. Bununla yanaşı o, Azərbaycana qayıtmaq ehtimallarından da söz açıb: “Qəbələ”də çox gözəl günlər keçirdim. Komandanın heyətində yaxşı oyunlarımız oldu, Avropa Liqasında iki dəfə qrup mərhələsinə vəsiqə qazandıq. Bunların hər biri unudulmaz anlardı. “Qəbələ” böyük klubdu və mən bu komandanı çox sevirəm. Elə alındı ki, ayrılıq yaşandı. Gələcəkdə "Qəbələ"yə uğurlar arzu edirəm.

Hələ ki, Azərbaycanın heç bir komandasından təklif almamışam. Təklif gəlsə, təbii ki, düşünmək olar. Roman Qriqorçukun yanına “Astana”ya yollanmaq? Xeyr, belə bir söhbətimiz olmayıb”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30