3 Avqust 2026, Bazar ertəsi
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı

Ölkə futbolu

Rüfət Dadaşov: "Ehtiyatda oturmaq istəmədim"

Yeni mövsümdən “Proysen Münster” klubunda çıxış edəcək Rüfət Dadaşov Almaniya mətbuatına danışıb.

Futbolxeber.az saytının məlumatına görə, Almaniya üçüncü bundesliqasında oynayacaq millimizin sabiq hücumçusu “Proyssen”dən öncə ikinci liqadan da təklif aldığını söyləyib: “Yayda mən artıq öz sevgilimlə bu şəhərdə oldum. Münster barədə ancaq xoş sözlər eşitmişəm. Düşünmürəm ki, yeni komandada yeni məqsədlər üçün oynamağa öyrəşmək mənim üçün çətin olar. Mən üçüncü liqa klublarına qarşı da oynamışam. Bəli, fiziki cəhətdən hardasa çətin ola bilər. Amma bu mənim üçün problem olmayacaq.

Mənə ikinci Bundesliqa klublarından da təklif gəlmişdi. Ancaq mən daima oynamaq istəyirdim, ehtiyatda oturmaq barədə düşünmürdüm. “Proyssen”in mənə olan marağına görə bu komandanı seçdim”.

(Westline)

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31