3 Avqust 2026, Bazar ertəsi
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi

Ölkə futbolu

"Sənan Qurbanov bizi uşaqlıqdan tanıyır"

“Sənan Qurbanovla işləməyin heç bir çətinliyi olmayacaq. Sənan müəllim çoxdandı ki, “Qəbələ”də işləyir”.

Bunu Futbolxeber.az saytına açıqlamasında “Qəbələ”nin yarımmüdafiəçisi Qismət Alıyev deyib.

Bölgə klubunun gənc futbolçusu komandasının qarşıdakı mövsümdə də çempionluq üçün oynayacağını söyləyib: “Komandada gənc oyunçular var. Sənan Qurbanov bizi uşaqlıqdan tanıyır. Biz də əlimizdən gələni edəcəyik ki, hər şey yaxşı olsun. Hər il çempionluğa oynayırıqsa, bu dəfə də belə olacaq.

Yığma komandada Rəşad Sadıqovun dediyini etməyə çalışıram. Orada da yaxşı futbol göstərməyə çalışırıq. Sənan müəllim neçə ildi əsas komandadadı, cavan oyunçuları da yaxşı tanıyır”.

Sonda isə o, Filip Ozobiçin “Qəbələ”dən ayrılıb “Qarabağ”a keçidinə belə şərh verib: “Filipin “Qarabağ”a keçidi öz fikridi. Ona karyerasında ancaq uğurlar arzu edə bilərəm”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31