9 May 2026, Şənbə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Ölkə futbolu

I Divizion klubuna texniki məğlubiyyət verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası baş tutub.
 
Futbolxeber.az xəbər verir ki, iclasda I Divizionun18-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
 
I Divizionun XVIII turunun “Turan Tovuz” – “Zaqatala” matçının 90-cı dəqiqəsində “Zaqatala” klubunun 9 №-li futbolçusu Osman Qurbanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
 
I Divizionun XVIII turunun MOİK – “Binə” matçında MOİK komandasının heyətində cəzalı futbolçu iştirak edib. Bu səbəbdən kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Eyni zamanda, klub 400 manat cərimə olunur.
 
I Divizionun XVIII turunun “Mil-Muğan” – “Sabah” matçında “Mil-Muğan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31