Ölkə futbolu
Şəhriyar Rəhimov: “Yaxşı oynamaq bizə heç nə vermir”
“Hazırlığımız qaydasında gedir. Vəziyyətimizə görə hər oyun bizim üçün böyük önəm daşıyır. Bir xal belə qızıla bərabərdir”. Futbolxeber.az xəbər verir ki, bu sözləri “Kəpəz”in kapitanı Şəhriyar Rəhimov klub saytına açıqlamasında söyləyib.
Təcrübəli müdafiəçi Topaz Premyer Liqasının 18-ci turunda qarşılaşacaqları “Səbail”lə oyun haqda danışarkən belə deyib. Şəhriyar daha sonra sözlərinə belə davam edib:
“Paytaxt klubu ilə görüş bizə həm xal qazanmaq, həm də üzərimizdəki psixoloji gərginliyi atmaq baxımından bir şansdı. Niyyətimiz qalib gəlməklə xal ehtiyatını artırmaqdı. Qələbə bizim üçün qarşıdakı oyunlara yaxşı motivasiya ola bilər. Bununla komanda özünə inamı qaytaracaq”.
“Kəpəz” qış fasiləsindən sonra çempionatda keçirdiyi hər üç matçda minimal hesabla uduzub. “Neftçi”, “Keşlə” və “Qarabağ”la görüşlərdə “sarı-göylər” qapısından bir top buraxıb. Komanda oyun baxımından yaxşı oynasa da, qol imkanlarından lazımınca istifadə edə bilməyib. Rəhimovun fikrincə, qol vura bilsələr, vəziyyəti düzəltmək mümkün olacaq:
“Hər üç matçda yaxşı mübarizə aparmışıq. Hətta “Qarabağ” kimi rəqibə asanlıqla uduzmadıq. Amma yaxşı oynamaq bizə xal qazanmaq baxımından heç nə vermir. Biz xallar toplamalıyıq. Oyunumuzda yalnız qol çatışmır. Vəziyyətlərdən maksimum şəkildə yararlansaq, komanda üçün yaxşı nəticələr qazana bilərik. Hər şey özümüzdən asılıdı. Qol vəziyyətlərinin üzərində çox çalışmalıyıq ki, ələ düşən fürsətlərdən dəqiqliklə yararlana bilək”.
Yeri gəlmişkən, “Qarabağ”la son qarşılaşma Şəhriyar Rəhimov üçün əlamətdar olub. 29 yaşlı müdafiəçi Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib. 11 çempionatda 5 klubun şərəfini qoruyan Rəhimov ən çox meydana “Kəpəz”in heyətində (78 oyun, 6 qol) çıxıb: “Açığı, oyun sayından xəbərsiz idim, təxmini bilirdim. Sonra PFL-in açıqladığı məlumatda gördüm. Əsas olan çıxış etdiyin komandaların nəticəsidi. Əlbəttə, bir tərəfdən 200-cü oyuna çıxmaq xoşdu. Yubileydi, neçə illərdi ki, çempionatda oynayıram. Digər tərəfdən, indi məni daha çox Gəncə klubunun nəticələri maraqlandırır. Çünki vəziyyət bunu tələb edir. Onu da deyim ki, “Kəpəz” mənim üçün doğma komandaya çevrilib. 3 ildi ki, buradayam, daimi oynayıram. 78 oyun keçirmişəm, çalışacam ki, daha çox oynayım və komandaya xeyir verim”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
05.11.2026
04.11.2026
























