Ölkə futbolu
Cahangir Həsənzadə: “Hansı futbolçu onlarla çalışmaq istəyər?”
Azərbaycan yığmasının sabiq qapıçısı, hazırda AFFA-nın kütləvi futbol layihəsinin koordinatoru vəzifəsində çalışan Cahangir Həsənzadə apasport.az-a müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- Millidə, həmçinin iddialı klublarda çıxış etmisiniz. Karyeranızı bitirdikdən sonra necə oldu ki, AFFA-da çalışmağa başladınız?
- Karyeramı bitirəndən sonra düşündüm ki, futbol ailəsindən uzaq düşməyim. Öz savadımı daha da artırmaq qərarına gəldim. Düzdü, yığma üzvləri B kateqoriyasından başlayırlar. C kateqoriyasını almağıma baxmayaraq, onun kurslarında da iştirak edib, mütəxəssis kimi ilkin məlumatları əldə etdim. Məndən imtahan götürmədilər. Ancaq kifayət qədər məlumat əldə etdim və nəticədə B kateqoriyalı kursu da yüksək qiymətlərlə bitirdim. Günün sonunda AFFA-dan təklif gəldi ki, məşqçilik kurslarında instruktor kimi çalışarsanmı? Müsbət cavab verdim. Ancaq məşqçilik kursu da böyük məsuliyyət tələb edən yerdi. Məşqçilərə dərs keçəcəksənsə, bu baxımdan yüksək səviyyədə olmalısan. Bununla yanaşı, praktika da lazım idi. AFFA-dan təklif etdilər ki, “Mançester Yunayted Futbol Məktəbi”ndə məşqçi kimi fəaliyyət göstərim. Bir ilin tamamında A kateqoriyasına da yiyələndim. Daha sonra assosiasiya rəhbərliyi məni kütləvi futbol layihəsinin koordinatoru təyin etdi. Eyni zamanda “Mançester Yunayted Futbol Məktəbi”ndə məşqçilik edirdim. AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsi ilə Qızlar Liqasının şöbəsi birləşdi. Ötən ilin iyun ayında departament yarandı və mən də rəhbər təyin olundum. Həmin vaxtdan bəri kütləvi futbol məsələləri ilə məşğulam.
“İDARƏÇİLİYİ ÇƏTİN SAYMIRDIM”
- Karyeranızı bitirəndən sonra hədəfiniz bu idi, yoxsa istəyinizə hələ tam çatmamısınız?
- İki seçim imkanı var idi: ya məşqçilik, ya da idarəçilik. Qapıçı sahəsində kifayət qədər biliyim var. Bunu da özüm üçün asan yol hesab edirəm. Düzdü, birinci təhsilim idarəetmədi, amma idarəçilik mənim üçün yeni sahədi. Açığı, əvvəllər idarəçiliyi o qədər də çətin saymırdım. Futbol ətrafı məsələləri idarə etməyin çətin olduğunu düşünmürdüm. Amma bunun heç də asan olmadığını gördüm. Burda özümü sınamağa borc bilirəm ki, görək necə olacaq.
- AFFA-ya gəlməzdən əvvəl assosiasiyanın fəaliyyəti ilə bağlı təəssüratlarınız necə idi, indi necədi?
- Futbol oynayanda düşünürdük ki, ən çətin işi futbolçular görür. Elə indi də bu cür fikirləşirəm. Çünki futbol meydançada 90 dəqiqə oynamaqdan ibarət deyil. Təşkilati məsələləri, tədbirlərin keçirilməsinin çətin olmadığını düşünürdüm. Ancaq AFFA-ya gəldikdən sonra bunun əksini gördüm. Kifayət qədər məsuliyyət və iş prinsiplərinə uyğunluq lazımdı.
- AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev televiziyadakı çıxışlarında futboldan yox, başqa sahələrdən danışdığı üçün çox tənqid olundu. Onun fəaliyyəti sizi necə, qane edirmi?
- Bayaq da dediyim kimi, bizim departamentdə iki şöbə birləşib ki, onlardan birinə də Yusif Vəliyev rəhbərlik edir. Onun işi departamentin nəzdində olan yarışların təşkilidi. Kiçik yaş liqaların keçirilməsi, onların vaxtında meydançalarla, nəqliyyatla təmin olunması və s. Yəni o, işin sırf texniki tərəfinə baxır. Düşünmürəm ki, bunun öhdəsindən pis gəlir. Çünki Vəliyev, bəlkə də, 7 ildən çoxdu AFFA-da çalışır, bütün strukturlardan xəbəri var. Onun fəaliyyəti şəxsən məni qane edir.
“BƏZİ KLUBLAR SIRF SAYA GÖRƏ KOMANDA SAXLAYIRLAR”
- Ümumiyyətlə, uşaq futbolunun hazırkı durumunu necə dəyərləndirərdiniz?
- Burda məsələ birmənalı deyil. Bu sahəyə 2-3 nöqtədən nəzər yetirmək lazımdı. Sırf nəticəyə baxsaq, sözsüz ki, ürəkaçan deyil. Azarkeşlər və futbol ictimaiyyəti nəticəyə görə qiymət verə bilər. Bəs bu nəticələr nədən qaynaqlanır? Əlbəttə ki, futbolçuların hazırlığından. Assosiasiya bütün yaş qrupu üzrə yarışları təşkil edir və münbit zəmin yaradır ki, uşaqlar mütəmadi olaraq futbolla məşğul olsunlar. Burda da bəzi çatışmazlıqlar var. Qısa zamanda pillə-pillə bu problemlərin həllinə çalışırıq. Amma bütün işi AFFA-nın üzərinə atıb, kənardan baxmaq da düzgün deyil. Axı futbolçular klublara məxsusdu. Uşaqların keyfiyyətli futbolçu olmalarında klublar daha çox maraqlı olmalıdılar. Hansısa yaş qrupu komandalarına sayı tamamlamaq fikri ilə yanaşmamalıdılar. Çox az klubun akademiyası fəaliyyət göstərir və onlar bu işə kifayət qədər sərmayə ayırırlar. Bəzi klublar sırf saya görə komanda saxlayırlar. Assosiasiyanın da ona təsir eləmək gücü məhduddu. AFFA uşaq futbolunda kifayət qədər işlər görür. Üç gün əvvəl internat məktəbində valideyndən məhrum olmuş uşaqlarla görüş keçirdik. Hamısına müxtəlif hədiyyələr verildi. Çalışırıq ki, sosial proqramlarda da iştirak edək. Futbol ailəsi sırf futbol oynayanlardan ibarət deyil. Azarkeşləri də düşünmək lazımdı. Həmçinin valideynləri, kimsəsiz uşaqları, qüsurlu insanları bura cəlb eləməliyik. Sırf futbol məsələsinə gəldikdə isə klublar özlərini kənara çəkməsinlər.
- 5-10 ildən sonra Azərbaycan futbolunu xilas edəcək nəsil yetişirmi?
- 5-10 il sonraya hesablanmış layihələrimiz var. Artıq 1-2 ilə nəticə verəcək layihə yoxdu. Bunu həyata keçirmək də məntiqsizdi. Layihələrimizdən biri elə “Mançester Yunayted Futbol Məktəbi”di. Orda 14 yaşlı uşaqlara əcnəbi mütəxəssislər müntəzəm məşq keçirlər. Mən də oranın məşqçisiyəm. Həmin uşaqlar uzun müddətdi bir yerdə hazırlaşırlar. AFFA onlara hər cür şərait yaradır. Hesab edirəm ki, başqa klublardan da bacarıqlı uşaqları ora cəlb etməklə, nümunəvi layihəyə qol qoymuş olacağıq. 5-6 ildən sonra onlardan yığma səviyyəsində 4-5 futbolçu əldə edə bilsək, bu, böyük nailiyyət olar.
“ƏCNƏBİ MƏŞQÇİSİZ DƏ İNKİŞAF ETMƏK OLAR”
- Uşaq futbolu ilə bağlı sizi ən çox narahat edən problem nədi?
- Məni ən çox narahat edən problemlərdən biri meydançaların azlığıdı. Yalnız “Qəbələ” klubunun infrastrukturu çox genişdi və futbolçuların bu işlə məşğul olmalarına tam yönəlib. Amma digər klublarda uşaq futbolu ilə bağlı infrastruktur aşağı səviyyədədi. Aşağı səviyyədədi deyəndə qlobal görünür. Texniki baxımdan yanaşsaq, meydança problemi mövcuddu. Hamı deyir ki, məşq eləməyə yerimiz var. Amma o yer hansı vəziyyətdədi? Uşaqların orda əlavə məşq etməyə imkanları varmı, örtüyün durumu necədi? Uşaqlar indi küçə futbolundan məhrumdular. Onların boş vaxtlarını klub nəzdində keçirmələrinə şərait yaratmalıyıq. Təəssüf ki, meydança az olduğundan, hər məşqə birtəhər 1 saat vaxt ayırırlar. Bütün bunlar uşaqların inkişafının qarşısına böyük “stop” işarəsini çıxarır. Boş vaxtlarında orda yığışmalıdılar, məşqçi onlara daha çox vaxt ayırmalıdı. Məsələn, İngiltərəni örnək götürmək olar. İngiltərə yığması həmişə güclülər sırasında olub, amma çoxdandı nəticə vermir. Premyer Liqaları çox güclüdü. Çünki dünyanın ən yaxşı oyunçuları orda cəmləşib. Millinin nəticələri isə onlar üçün problem sayılırdı. Son 1-2 ilə nəzər yetirsək görərik ki, İngiltərənin bütün aşağı yaş qrupu yığmaları Avropa çempionu, dünya ikincisi olurlar. Bu o deməkdi ki, artıq sağlam nəsil yetişir. Builki dünya çempionatında olmasa da, növbəti mundialda İngiltərə favoritlərdən biri göstəriləcək. Biz də həmin nümunələrdən bəhrələnməliyik. AFFA sağ olsun ki, mənim təkliflərimi dəyərləndirir. Hansısa mütəxəssisin oxumaq, öyrənmək istəyinin qarşısı heç vaxt alınmır. İki ilə yaxındı AFFA-da çalışıram. Bu müddət ərzində kursa getmək istəyimlə bağlı nə vaxt müraciət etmişəm, müsbət cavab almışam. Digər işçilərə qarşı da eyni münasibət göstərilir. Bundan istifadə etmək lazımdı. Yeni bir şey kəşf eləməyə ehtiyac yoxdu. Xarici təcrübəni yetərincə mənimsəyə bilsək, burda da müəyyən hissəsini tətbiq edə bilərik.
- Əksəriyyət belə düşünür ki, böyük futbola bu qədər pul ayırmaqdansa, uşaq futboluna Avropadan güclü mütəxəssislər gətirmək və gənc yerli məşqçiləri onlara köməkçi təyin etmək daha faydalı olar. Belədə 5-10 ildən sonra artıq əcnəbilərə ehtiyac qalmayacaq, onların yanındakı yerli mütəxəssislər hər şeyi özləri edə biləcəklər...
- Razıyam. Amma məsələyə başqa tərəfdən yanaşmaq istərdim. İstənilən mütəxəssis yaradılan şəraitdən asılı olaraq öz bacarığını ortaya qoyacaq. İlk növbətə infrastrukturu təkmilləşdirmək lazımdı. Deyə bilmərəm ki, ölkəmizdə çox sayda müasir düşüncəli məşqçi var. Amma iddialı, ambisiyalı cavan məşqçilərimiz var. Onları xaricə yollayıb, kurslarda, seminarlarda iştirak etmələrinə şərait yarada bilərik. Belədə əcnəbi məşqçisiz də inkişaf etmək olar. Amma hər şeydən əvvəl maddi-texniki bazanı mükəmməlləşdirməliyik.
- Süni meydançalar da uşaqların inkişafına mane olan problemlərdən biridi...
- Bəli, süni meydançalarımız kifayət qədərdi. Mən təbii meydançaların daha çox olmasını istərdim. Süni örtüyün sağlamlığa ziyanı qaçılmazdı. Düzdü, axırıncı dəfə qatıldığımız konfransda süni meydançaların zərərli olmasını elmi cəhətdən tam sübut edə bilmədilər. Amma sözsüz ki, süni örtüyün təzyiqə davamlılığı aşağıdı. Bu da uşaqların oynaqlarına, zəif olan yerlərinə fəsad verir. Süni də lazımdı. Dünyanın hər yerində bu praktika var. Hava şəraitindən asılı olaraq təbii meydançada məşq etmək imkanı məhdudlaşa bilər. Amma təbii meydança çox olsa, inkişaf daha sürətlə gedər.
“HANSI FUTBOLÇU ONLARLA ÇALIŞMAQ İSTƏYƏR?”
- AFFA-nın keçirdiyi çempionatlarda kifayət qədər “lipa”lar aşkarlanır, texniki məğlubiyyətlər qeydə alınır. Bu problem nədən qaynaqlanır?
- Rəsmi rəqəmlərə əsasən deyə bilərəm ki, oğlanlar liqasında oyunların 99 faizi keçirilir. Müxtəlif yaş dövründə texniki məğlubiyyətlər qaçılmazdı. Bunun obyektiv səbəbləri də var. Uşaq tez-tez xəstələnir, komandalar yığışa bilmirlər, gecikirlər, uşaqların məktəb problemləri çıxır. Məncə, oğlanlar üçün 1 faiz keçərlidi. Amma qızların çempionatında bir az axsama var. Bu axsamalar da nədən irəli gəlir? İstəsək, burda texniki məğlubiyyətlərin sayını 2 faizə endirə bilərik. Təbii ki, komandaların sayını azaltmaq hesabına. Azərbaycanın reallığını nəzərə alaraq, bacardığımız qədər çox yeniyetmə və gənclərin futbola qatılmasına çalışırıq. Qızlarda məsələ başqa cürdü. Düşüncə tərzimiz Avropa ilə müqayisədə fərqlidi. Bəzən qızları hansısa komandaya cəlb edirsən, sonra valideyn buna üsyan edir. Onu da nəzərə alaq ki, qız futbolunun bütün maddi-texniki ehtiyaclarını assosiasiya təmin edir. Çünki heç bir klub qızlardan ibarət komandanı saxlamaq marağında deyil. Maliyyəni, meydançaların icarə pulunu, formadan tutmuş, topa kimi hər şeyi AFFA üzərinə götürür. Biz də istəyirik ki, qızlarımız sosial həyatdan, idmandan uzaq olmasınlar. Bəlli zamana qədər hər şey qaydasında gedir, amma sonra məşqçilər qızları bir araya yığa bilmirlər. Biz onları sadəcə, dəvət edirik. Çalışırıq başa salaq ki, maraqlıdı, əyləncəlidi. Burda qızların peşəkar futbolçu olmaları kimi məqsəd yoxdu. Düzdü, qızlardan ibarət yığmalarımız var və yaxşı nəticələr əldə edirlər. Qızların çempionat oyunlarındakı ümumi iştirakında bəlli axsamalar var. Qadın futbolunun spesifikası bir az fərqlidi. İndi yerlərdə məşqçilərlə sıx əməkdaşlıq edirik, onların bütün problemlərini öz problemimiz kimi qarşılayıb, həll etməyə çalışırıq. Hətta qızlara oğlanlardan yaxşı şərait yaratmalıyıq. Valideynlərə futbolun daha yaxşı tərəfini təbliğ etməliyik ki, qızlarını rahat yarışlara buraxsınlar. Bu da 1-2 günün işi deyil. Bu sahədə mütəmadi işlər görürük. Biz istəyirik ki, onları daim futbol ailəsində saxlayaq. Peşəkar futbolçu kimi yetişəcəklərsə, əlbəttə ki, bizim qazancımız olacaq. Amma peşəkar olmasa belə, sağlamlıqları və pis vərdişlərdən uzaq olmaları üçün bir vasitədi.
- “Lipa” problemindən söz açmadınız...
- Məşqçilərlə sıx əməkdaşlığımız sırf bundan irəli gəlir. Çünki “lipa” məsələsi məşqçilərin yaratdığı problemdi. İnanmıram ki, hansısa uşaq gedib sənədini saxtalaşdırsın. Bu, məşqçilərdən qaynaqlanan problemdi. Hər kəs nəticə qazanmaq istəyir. Amma biz assosiasiya olaraq, heç bir klubdan nəticə istəmirik. Bizim üçün onların nəticəsi oyunlarda müntəzəm iştirak etmələridi. Ancaq məşqçilər şəxsi maraqlarını üstün tuturlar. Biz də buna biganə qala bilmərik. AFFA göz yumsa, texniki məğlubiyyətlərin sayı azalacaq. Amma belə şeylərə göz yuma bilmərik. Getdiyimiz yolda daş-kəsəyə rast gələcəyik.
- Həmin məşqçilərlə bağlı bir tədbir görülmürmü?
- Əlbəttə görülür. Məşqçilərin də seleksiyasını artıq aparırıq. Baxırıq, əgər kimsə ümidlərimizi doğrultmasa, yerinə başqasını təyin edəcəyik. Onları ələyib, doğru yolda olan məşqçilərlə yola davam edəcəyik. Burda da müəyyən problemlər var. Məsələn, qız futbolu ilə məşğul olan neçə məşqçi tanıyırsınız? Karyerasını bitirmiş hansı futbolçu qızlarla çalışmaq istəyər? İndiki məqsədimiz odu ki, karyerasını bitirmiş qadın futbolçuların məşqçilik təhsilini artıraq. Yeni nəsli yetişdirib, onlara bu işi təklif edəcəyik. Çünki onlar futbol oynamış qızlardı və bu məsələni kökündən bilirlər. Qızlar liqasında iştirak etmək istəyən məşqçilər üçün fevralın əvvəlində C lisenziyalı kurs keçirəcəyik. Bizdə B lisenziyalı məşqçilər olsa da, onlar məhdud saydadı. Bu, yeni addımlardı. Ancaq təhsilsiz birbaşa hansısa komandanın başına gətirə bilmərik. Çünki uşaqlarımızın sağlamlığı, gələcəyi onların əlindədi. Düşünürəm ki, uşaq akademiyalarında nə qədər yüksək kateqoriyalı məşqçi çalışsa, yeni nəsil bir o qədər güclü inkişaf edər.
< br/>
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bunu da gördük - AFFA milliyə legioner tərcüməçi gətirdi
- Adıgözəlov ofsaytda qaldı: Qasımov Moskvada Berezutski ilə razılıq əldə edib - EKSKLÜZİV
- FIFA prezidenti COP29-da iştirak üçün Bakıya gəldi – Elxan Məmmədovun müşayiəti ilə
- Kölgədən qorxanlar
- İsgəndər Cavadovdan Balaşiki Qasımova cavab: “Biz heç vaxt futbola rəhbərlik etməmişik”
- “Zirə”nin debütantı: “Araz-Naxçıvan” mənim üçün prinsipial rəqibdir”
- Riad Rəfiyev “Barselona”nın prezidenti ilə görüşdü
- Veteranlar İttifaqının sədrindən Balakişi Qasımova cavab: “Şərait yaradılmalıdır”
- Fernandu Santuşun yalanları...
- “Neftçi” bu gün meydana Zəfər Günü ilə əlaqədar xüsusi hazırlanmış formada çıxacaq
- Fatih Terim “Qarabağ”ın bazasında
- Mərdəkanda “çöl-biyaban”dı, Masazırda “güllük-çiçəklik”?
- Millət vəkili: “De Byazi Santuşdan daha yaxşı məşqçi idi”
- Ponomaryov Berezutskinin təyinatı barədə: “Bunun xeyri yoxdur, boş vaxt itkisi...”
- Bəhlul Mustafazadə: “Bacarmadıq, deyə biləcəyim çox şey yoxdur”
-
19:29
Elmar Baxşıyevdən qələbə şərhi
-
19:15
"Səbail" 1/4 finalda VİDEO
-
19:10
“Səbail” və “Araz-Naxçıvan” 1/4 finalda, Tovuzda qarşılıqlı qollar (YENİLƏNİR)
-
18:52
“Turan Tovuz”un futbolçusunun ayağı qırıldı
-
18:23
Yüksək Liqada yeni mövsüm start götürdü
-
17:46
Premyer Liqamızda noyabrın ən gözəl 5 qolu VİDEO
-
17:07
İtaliyada mövsümün ən yaxşı məşqçisi müəyyənləşdi
-
16:38
Azərbaycanı Daşkənddəki beynəlxalq yarışda 11 gimnast təmsil edəcək
-
16:11
"Sərhədçi" onunla vidalaşdı
-
15:54
"Karvan"ın baş məşqçisindən etiraz: "Bizi əzdilər, komandamızın belini qırdılar
-
15:22
AMADA Azərbaycanı Londonda keçirilən "workshop"da təmsil edib FOTOLENT
-
15:00
Bakı klubu latviyalı hücumçu ilə yollarını ayırıb
-
14:35
Bədii gimnastika üzrə XXIX Bakı çempionatı və birinciliyi keçiriləcək
-
14:19
Azərbaycan Triatlon Federasiyası testlər təşkil edib
-
13:43
AFFA 4 klubu cərimələdi
-
13:27
Azərbaycan çempionatında qalmaqal: Hakimlər və Sxadadze hədələnib
-
13:06
Azərbaycan Basketbol Liqasının oyunları iki telekanalda yayımlanacaq
-
12:44
“Sərhədçi” serbiyalı ilə gücləndi
-
12:31
Millimizin baş məşqçisi: "Futbolçularımız hücumda rusiyalı müdafiəçilərə problemlər yaradırdılar"
-
11:55
UEFA "Qarabağ"ı böyük məbləğdə cərimələdi
-
11:28
"Beşiktaş" yenə xal itirdi VİDEO
-
11:12
“Zirə”nin müdafiəçisi: “Osihmenə qarşı oynamaq mənim üçün çətin olmadı”
-
11:00
"Fənərbaxça" 3 xalı 3 qolla qazandı VİDEO
-
10:49
“Qarabağ”ın rəqibindən səfər qələbəsi
-
10:36
"Atalanta" "Roma"ya qalib gəldi VİDEO
-
10:24
Vüsal ehtiyatda qaldı
-
10:02
Novxanıda Vüqar Həşimovun valideynlərinin evində partlayış olub
-
09:47
Rahil Məmmədovun komandası səfərdə xalsız qaldı
-
19:22
ETOPAZ-da inanılmaz uduşlu kupon!
-
18:51
Önder Karaveli "Qarabağ"ı ziyarət edib
-
18:17
"Neftçi" heyətini amerikalı ilə gücləndirib
-
17:39
"Neftçi" üçün seminar
-
17:00
PFL “Ayın qolu” müsabiqəsi ilə bağlı dəyişiklik etdi
-
16:45
Redon Cica “Qarabağ”dan ayrılır?
-
16:14
Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçiriləcək
-
15:38
AFFA “Göygöl”ün futbolçusunu 3 oyunluq cəzalandırıb
-
15:22
Millimiz Kiprə də məğlub oldu
-
14:53
Kapitan: “Deməzdim ki, “Turan Tovuz” enişdədir”
-
14:01
Azərbaycanın futzal klublarına yeni toplar hədiyyə edilib
-
13:17
"Qarabağ"ın rəqibi çempion oldu
-
12:56
Azərbaycan Kuboku: 1/8 finalın hakimləri açıqlandı
-
12:23
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru təyinat alıb
-
11:45
"Liverpul" "Mançester Siti"yə belə qalib gəldi VİDEO
-
11:18
Milli Gimnastika Arenasında “Safeguarding” seminarı təşkil edilib
-
10:54
Hüseynovun komandasından heç-heçə
-
10:39
"Neftçi" - "Qarabağ" oyununda mövsümün azarkeş rekordu qeydə alınıb
-
10:21
"Araz-Naxçıvan" yubiley qələbəsi
-
10:02
“Neftçi” 20-ci dəfə böyük hesabla məğlub olub
-
09:47
Volkov 50-yə çatdı
-
09:30
Berezutski Azərbaycan çempionatı tarixində 65-ci legioner baş məşqçi olub