5 Noyabr 2026, Cümə axşamı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi

Ölkə futbolu

Elnur Abdullayev: “Bu il “Sumqayıt” çox baxımlı oyun göstərir”

"Keşlə" ilə müqaviləm var idi. Həmin vaxt "Sumqayıt"dan təklif gəldi, dəyərləndirdim".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın yeni transferi Elnur Abdullayev deyib.

Klub TV-sinə danışan təcrübəli futbolçu "Keşlə"ni "Sumqayıt"a dəyişməsinin səbəbini açıqlayıb:

"Sumqayıt"ın oyununu bəyənirdim. Televiziya vasitəsilə çox matçlarına baxmışam. Bu il komanda həqiqətən də çox baxımlı oyun göstərir. Ona görə də təklifi dəyərləndirib, "Sumqayıt"a gəldim".

"Sumqayıt"la birgə Antalyada təlim-məşq toplanışında olan futbolçu komandasının hazırlıq prosesini dəyərləndirib: "Hazırlıqlar yaxşı gedir. Bakıda da fiziki məşqlərimiz oldu. Burda isə səhərlər toplu, axşamlar isə taktiki məşqlər keçilir".

Zədə səbəbindən məşqlərdə iştirak edə bilməyən Abdullayev tezliklə sıraya dönəcəyini söyləyib: "İntensiv şəkildə çalışıb, tez bir zamanda komandaya qoşulmaq istəyirəm. Komanda üçün əlimdən gələni edəcəm".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30