Ölkə futbolu
Elxan Məmmədov: "Kosovoyla oyun üçün Xarici İşlər Nazirliyi ilə məsləhətləşmişik"
AFFA-nın baş katibi Elxan Məmmədovun müsahibəsi
- Yanvarın 24-də UEFA Millətlər Liqasının püşkatma mərasimində təmsil olunacaqsınız?
- Bəli, yığma komandanın baş məşqçisi Qurban Qurbanovla birgə püşkatmaya qatılacağıq.
- Sizcə, hansı ölkələrin yığma komandaları ilə eyni qrupa düşmək daha münasib olardı?
- Komandalar 4 səbətə bölünüblər. Azərbaycan D qrupunda, reytinqə əsasən, birinci yerdə qərarlaşıb. Bu məqam bizim şanslarımızı yüksəldir. Təbii ki, püşkatma zamanı rəqiblərin gücü, məsafə və digər məsələlər baxımından hansısa komandalarla düşməyi arzulamaq olar. Artıq yığmalar ölkələr arasında məsafələri də nəzərə alırlar. Uzaq səfərlər etməyi heç kim istəmir. Çünki Millətlər Kubokunun təqvimi də sıxdır və qısa müddəti əhatə edir. 4 komandanın yer aldığı qrupda qalib 3 ay ərzində müəyyənləşəcək.
- Gürcüstanın Azərbaycan yığması ilə yoxlama matçından imtina səbəblərindən biri də Millətlət Liqası ola bilər?
- Gürcüstan millisi Azərbaycan, Makedoniya və Belarus yığmaları ilə birgə I səbətdə yer alıb. Yəni, onlarla eyni qrupa düşə bilmərik. Gürcüstanla yalnız 2019-cu ildə yarımfinal və ya finalda qarşılaşmağımız mümkündür. Gəlin, ümidlə yaşayaq. Bunun baş verəcəyinə ümidvarıq. Biz yanvarın 30-da Antalya toplanışı zamanı yoxlama oyunu keçirəcəyimiz Moldova ilə düşə bilərik. Lakin bu, nə onlar, nə də bizim üçün problemdir. Çünki yoxlama matçlarında məqsəd udmaq yox, futbolçuları sınaqdan keçirməkdir. Gürcüstan Futbol Federasiyası da bizə müsbət cavab vermişdi. Lakin sonradan bildirdilər ki, bu, rəsmi yoldaşlıq oyunu olmadığından, futbolçuları milliyə toplaya bilməyiblər. Əvvəlcə klubların futbolçuları buraxacaqlarından arxayın idilər. Ona görə də, hakim təyinatı üçün Türkiyə Futbol Federasiyasına (TFF - red.) müraciət edib, matç üçün stadion tapmışdıq. Formalara qədər müzakirə aparılmışdı. Yəqin ki, klublar sarıdan problem yarandığı üçün qarşılaşmanın təxirə salınmasını xahiş etdilər.
- Azərbaycan millisinin Gürcüstan yığmasının əvəzinə Kosovo ilə yoxlama matçı keçirməyə qərar verməsi müzakirələrə səbəb olub. Bu barədə nə deyə bilərsiniz?
- Bununla bağlı məlumat vermişdik. Bu cür addımları atmazdan öncə Xarici İşlər Nazirliyi (XİN - red.) ilə məsləhətləşirik. Çünki hər şeyi başa düşürük. Bu, bizim ilk addımımız deyil. Kosovo Futbol Federasiyası FIFA və UEFA-ya üzv olmaq üçün müraciət edən zaman bu məsələ AFFA rəhbərliyi səviyyəsində müzakirə olunmuşdu. “Bakı 2015” I Avropa Oyunlarında Beynəlxalq Olimpiya Komitəsinin üzvü kimi Kosovo nümayəndə heyəti Azərbaycana gəlmişdi. Kosovo artıq FIFA və UEFA-nın da üzvüdür. Ötən il 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Kosovo ilə bir qrupda yer almışdıq. Həmin vaxt püşkatmadan dərhal sonra XİN-lə müzakirələr apardım və onlardan da müsbət cavab aldıq. Kosovo Futbol Federasiyası da AFFA kimi FIFA və UEFA üzvüdür. Ona görə də biz qaydalara hörmətlə yanaşmalıyıq. Bu səbəbdən, bir neçə ay əvvəl Azərbaycan və Kosovo yığmaları arasında “Dalğa Arena”da rəsmi oyun təşkil edildi. Həmçinin, bizim milli komandamız Kosovoya səfər etdi. İndiki halda isə bu, yoxlama matçıdır və 3-cü ölkədə keçiriləcək. Bunu da unutmamalıyıq. Bu görüş Azərbaycan və ya Kosovoda olsaydı, bu barədə düşünərdik. İndiki durumda isə problem görmürük. Təkrar edirəm: XİN-lə məsləhətləşmişik və müsbət cavab almışıq.
- Toplanış çərçivəsində baş tutacaq oyunları türkiyəli hakimlər idarə edəcəklər?
- Milli komandalar oynadıqlarından, TFF ilə yanaşı, FİFA-dan da təsdiq almalıyıq. Təsdiq gələndən sonra TFF hakimləri təyin edəcək. Bu, türkiyəli hakimlər də ola bilər, başqaları da. Güman ki, elə türkiyəli ədalət təmsilçiləri olacaqlar.
- Bu matçın nəticəsi FİFA-nın reytinqində nəzərə alınacaq?
- Bu, FİFA tərəfindən tanınmış oyundur. Reytinqdə nəzərə alınmalıdır. Çünki qarşılaşmanın nəticəsi də ali futbol qurumuna göndəriləcək.
- AFFA İcraiyyə Komitəsinin martda keçiriləcək iclasında diqqət çəkəcək qərarların qəbul olunması mümkündür? Məsələn, legioner limitinin dəyişdirilməsi...
- Hələlik iclasın gündəliyi hazır deyil. Gündəlik İcraiyyə Komitəsinin üzvləri ilə müzakirələr aparıldıqdan sonra təsdiqlənir. Biz gündəliyə uyğun hesabatlar hazırlayırıq. Legioner limitinə gəlincə, bununla bağlı bizə heç bir müraciət daxil olmayıb.
Mənbə: report.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- VII turun hakim təyinatları
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
04.11.2026
03.11.2026
























