9 May 2025, Cümə
I Liqada 25-ci tura yekun vuruldu
“Neftçi” Tovuza 7 itki ilə yollandı
“Neftçi”nin zərəri kəskin azalıb
"Qəbələ" və "Difai" qələbə qazandı

Ölkə futbolu

“Qəbələ” Hallideylə vidalaşdı

“Qəbələ” şotlandiyalı futbolçusu Endi Hallideylə yollarını ayırıb.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Şotlandiyanın "Reyncers" klubundan icarəyə götürülən 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılılıqlı razılıqla xitam verilib.

2017-ci yayından “Qəbələ”də çıxış edən legioner 8 oyunda meydana çıxıb. Premyer Liqada 3, kubokda 1 matça çıxan şotlandiyalı UEFA Avropa Liqasında 4 oyunda şans qazanıb.

“Qəbələ” İdman Klubu Endi Hallidey və komandadan gedən digər futbolçulara - Ekiqo Ehiosun, Aqil Məmmədov və Tellur Mütəllimova “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edir, hər birinə gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31