Ölkə futbolu
Filip Ozobiç: “Çempionatın sonuna qədər hələ çox oyun var”
“Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiçin müsahibəsi
- Zədədən sonra özünü necə hiss edirsən?
- İndi hər şey yaxşıdır. Komanda ilə məşqlərimi edirəm. Heç bir ağrım yoxdur.
- Topaz Premyer Liqasının 12-ci turunun “Neftçi” ilə oyunun iştirak ərizəsində adın olsa da, Roman Qriqorçuk səni meydana buraxmadı.
- Cəmi 3 gün idi ki, komanda ilə məşqlərə başlamışdım. Baş məşqçi isə meydana 100 faiz hazır olan futbolçuları buraxır. Məncə, oynamamağım normal haldır.
- “Neftçi” ilə oyundan söz düşmüşkən, məğlub durumdaykən geridönüş etdiniz və sonda qələbə qazandınız. Kənardan oyun necə görünürdü?
- Hə, maraqlı oyun oldu. Hər iki komanda hücum futbolu sərgilədi. Möhtəşəm geridönüş etdik və vacib qələbə qazandıq.
- “Qəbələ” 12 turdan sonra 25 xalla 3-cü pillədədir. Komandanın çıxışını qənaətbəxş sayırsan?
- Əlbəttə, bu gün biz də birinci pillədə olmaq istərdik. Reallıq budur ki, hazırda 3-cüyük. Amma çempionatın sonuna qədər hələ çox oyun var. Mövsümün sonunda hər şeyə aydınlıq gələcək. Turnir cədvəlində ilk iki yeri “Qarabağ” və “Zirə” turur. “Qarabağ”ın gücünü hamı bilir. “Zirə” də sərgilədiyi oyunla sübut edir ki, yaxşı komandadır.
- Sabah Gəncədə “Kəpəz”in qonağı olacaqsınız. Bir neçə gün öncə bu komandada baş məşqçi dəyişikliyi olub. Adətən yeni baş məşqçi gələndə özünü sübut etməyə çalışır. Bu mənada qarşıdakı səfər matçının ağır olacağını düşünürsən?
- Əlbəttə, “Kəpəz” çox ciddi rəqibdir. Yaxşı oyun göstərib, qələbə qazanmalıyıq. Yeni baş məşqçinin gəlişindən xəbərim var. Tək o deyil, həm də futbolçular özlərini sübut etməyə çalışacaqlar.
- Səni meydanda görə biləcəyik?
- Bilmirəm, baş məşqçi hələ kimin oynayacağını açıqlamayıb. Hər bir futbolçu kimi mən də ilk dəqiqələrdən meydanda olmaq istəyirəm.
- Həmyerlin Robert Prosineçki Azərbaycan milli komandasından ayrıldı. Onun qərarını necə qarşıladın?
- Prosineçki Azərbaycan millisi üçün yaxşı işlər gördü. Ancaq sonda ayrılmaq qərarına gəldi. Açığı, bunu normal qarşıladım. Yəqin ki, başqa planları var.
- Prosineçkinin gedişindən sonra milli komanda Qurban Qurbanova tapşırıldı. Onun təyinatı haqda nə düşünürsən?
- O, artıq özünü yaxşı məşqçi kimi sübut edib. “Qarabağ” Çempionlar Liqasında çıxış edən ilk Azərbaycan klubudur. Məncə, Qurbanovun təyinatı düzgün qərardır. O, bütün futbolçuları tanıyır və kimin necə oynadığını yaxşı bilir.
- Bir müddət öncə Xorvatiya mətbuatına müsahibəndə bildirmişdin ki, Azərbaycan vətəndaşlığı almaq istəyirsən. Həqiqətən belə bir istəyin var?
- Mən demişəm ki, Azərbaycan vətəndaşlığı almaq üçün 5 il bu ölkədə oynamalısan. Hazırda isə bu haqda danışmaq tezdir.
- Sənə bunu kimsə təklif edib?
- Heç kim. Sadəcə, jurnalist sualı bu cür qoymuşdu.
- Bəs Azərbaycan millisində oynamaq istərdinmi?
- Dedim axı, bunun üçün 5 il burada olmalıyam. İndidən bu barədə danışmaq çox tezdir.
- “Qəbələ” ilə yayda başa çatacaq müqavilənin müddətinin uzadılacağını söyləmisən. Bu məsələ nə yerdədir?
- Mənə Azərbaycanda oynamaq xoşdur. Klubumuzun rəsmisi Zaur Əzizov menecerimlə əlaqə saxlayıb. Yeni müqavilənin detalları haqda ilkin danışıqlar olub. Amma hələlik imzalar atılmayıb.
Mənbə: qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
09:00
"Zəfər Turu" start götürür: "Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
06.11.2026
05.11.2026
04.11.2026
























