12 Sentyabr 2026, Şənbə
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
“Neftçi” "İmişli"ni məğkub etdi
V turun hakim təyinatları açıqlandı
Yankoviç “Turan Tovuz”da

Ölkə futbolu

"Qarabağ" heç-heçə etdi, Azərbaycan rekorda imza atdı

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun 8 oyunundan sonra UEFA reytinqi açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, siyahı Azərbaycan üçün rekordla əlamətdar olub. Səfərdə “Atletiko” ilə qollu heç-heçə (1:1) edən "Qarabağ" ölkəmizin aktivinə 0.250 xal gətirib. Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 19.125-ə çatıb. Bu nəticə isə futbol tariximizin ən yüksək nəticəsidir. Lakin bu rekord da mövqeyimizin dəyişməsinə kömək etməyib. Azərbaycan Avropada 22-ci sırada qalıb.

Bundan başqa, ölkəmiz bir mövsüm ərzində yığdığı xalların sayında 2 il əvvəlki rekordunu təkrarlayıb. 2015/16 mövsümünü 4.375 xalla başa vuran Azərbaycan yenə eyni əmsala malikdir.

Bu mövsüm “Qarabağ” ölkəmizin hesabına 2.625, “İnter” 0.750, “Zirə” 0.625 və  “Qəbələ” 0.375 xal qazandırıb.

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan Rumıniyanın 19.850 xalı var.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30