Ölkə futbolu
Qurban Qurbanov: "Çətinliklərdən sonra nəsə əldə edəndə zövq almışam"
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Atletiko" ilə oyun öncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə rəqib barədə fikirlərini bildirib.
- Rəqib haqda çox danışmağa ehtiyac yoxdur. Hamımız yaxşı tanıyırq. Son 4 ildə 2 dəfə ÇL-də final oynayıb. İspaniya çempionu olub. Son illər daha yaxşı çıxış edir. Özlərinə uyğun oyun tərzləri var. Rəqiblərə çətinlik yaradırlar. "Atletiko"nu analiz etmişik.
- "Atletiko"da hansı zəif cəhətlərini tapa bilmisiniz?
- Rəqibin çox güclü baş məşqçisi var. Ustalıq səviyyəsi yüksək olan oyunçulara malikdirlər. Onların səhv etməsi az olur. Həddindən artıq oyun intizamı yüksəkdir. Onların əsas üslubu odur ki, rəqibə öz futbolunu oyamağa imkan verməməkdir. Biz çalışacağıq öz oyunumu oynaq. Buna nə dərəcə nail olacağımızı görəcəyilk. Müdafiədə çox güclüdürlər. Bu baxımdan bir nömrədirlər. Əsas odur ki, top bizdə olsun. Çətin olacaq.
- Azərbaycan kimi ölkə üçün "Qarabağ"ın hədəfi hara qədərdir?
- Hədəfimiz yaxşı mübarizə aparmaqdır. Bu komandaya qarşı ilk növbədə, mübarizə aparmalıyıq. Öz azarkeşlərimiz qarşısında oynayırıq. Xal qazanmağa çalışacağıq. Əlbəttə, müqayisə aparsaq, rəqib bizdən üstündür. Lakin biz də hər matçda yaxşı nəticə əldə etmək inamı ilə çıxırıq.
- "İnter"lə görüşdə 2 qol vuran Dino Nlovu meydandan zədəli çıxdı. Onun durumu necədir?
- Dünən məşqi yarımçıq qoydu. Ağrılar hiss etdi. Sabah oynayıb-oynamayacağını hələ bilmirik.
- Uzun müddət Tofiq Bəhramov adına Respublika stadionunda oynamısınız. Bu, Olimpiya stadionunda ikinci oyununuz olacaq. Bu, amil komandaya nə dərəcədə təsir edəcək ?
- Artıq bu barədə düşünmürük. İstəmərəm ki, hər dəfə bu söhbətə qayıdam. Tofiq Bəhrəmov adına Respublika stadionunda çıxış etmək bizə rahatdır. Bakı Olimpiya Stadionunda isə "Roma" ilə görüşümüzə 58 min azarkeş gəldi. Yenə dolmasını istəyirik. Buranı öz doğma stadionumuz kimi hiss edirik.
- Dino Ndlovu sabahkı qarşılaşmada iştirak etməsə, onun mövqeyində Mahir Mədətova şans verəcəksiniz, ya Ramil Şeydayevə?
- Açığı, qərar verməmişəm. Sabahadək vaxtımız var. Oyun günü qərar verəcəyəm.
- “Atletiko” kimi titulu komandaya qarşı oynamaq gərginlik yaratmır?
- Avropada 7-8 komanda var ki, onlara qarşı oynamaq maraqlıdır. Bu komandalardan biri də "Atletiko"dur. Məndə gərginlik yoxdu. Əksinə, bu cür komandalarla oynamaqdan zövq alıram.
- “Atletiko” ilə “Real” və “Barselona”nı nə fərqləndirir?
- Futbolda fərqli oyun üslubuna malik 15-20 məşqçi və klub var. Hərəsi bir cür uğur qazanır. Heç kim istəmir ki, "Atletiko"ya qarşı oynasın. Çünki fərqli tərzləri var, rəqiblərə çətinlik yaradırlar.
- "Roma" ilə oyunda stadion tam dolsa da, azarkeşlər problem yaşadı. İndi isə maraq azdır. Azarkeşlərə hansı çağırışı edə bilərsiniz?
- Asan heç nə yoxdur. Həmişə çətinlik olan yerdə uğur daha çox olur. Bu yerə gəlib çıxana qədər nələrdən keçmişik. Birdən-birə 60 min adama nəzarət etmək də asan iş deyil. Özü də “Roma” ilə oyun günü yağışlı hava hökm sürürdü. Mən çətinliklərdən sonra nəsə əldə edəndə zövq almışam. Klubun baş məşqçisi olaraq, heç bir azarkeşdən narazı deyiləm. Hər şeyi, o cümlədən, ölkəmizdəki durumu nəzərə almalıyıq. Azarkeşlərin sayından asılı olmayaraq, biz Azərbaycanı təmsil edirik. Dünyanın hər yerində azərbycanlılar bu görüşü izləyəcəklər. Hamı bilməlidir ki, futbolçular daha çox azarkeş önündə oynayanda daha məsuliyyətli olurlar.
- “Qarabağ”ın heyətində “Roma” və ya “Atletiko”da çıxış edəcək səviyyədə futbolçu varmı?
- Gəlin, özümüzü aldatmayaq. Hazırda elə bir oyunçumuz yoxdur. Bu, təkcə futbolçularla bağlı deyil. Belə böyük klublar daha böyük çempionatlardan futbolçu axtarırlar. Bu gün bizim çempionatımız o səviyyədə deyil ki, onunla maraqlanıb, burdan futbolçu seçsinlər. “Atletiko” və “Roma” kimi komandalara qarşı illərlə oynasaq, mövsüm ərzində 50-60 belə oyun keçirsək, onda futbolçularımıza maraq daha çox olar. Bizdə futbol mentaliteti hələ o səviyyədə çatmayıb ki, ayrı-ayrılıqda hər oyunçumuz Avropada çıxış etmək istəsin. Kənara çıxan 1-2 futbolçumuz öz oyunu ilə diqqəti cəlb etməli, digər futbolçularımızın da yolunu açmalıdır (qol.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
07.11.2026
06.11.2026
























