Ölkə futbolu
Hafiz Məmmədov: “Simeone ad gününü səhər qədər mənim evimdə keçirdi”
Keçmiş Teymur Əliyev, indiki Məmməd Araz küçəsini Bakı sakinləri “Milyonçular məhəlləsi” də adlandırır. Adından da göründüyü kimi Azərbaycanın zəngin insanlarının bir qismi məhz bu ərazidə yaşayır. Elə Hafiz Məmmədovun, özünün təbirincə desək, ölkəmizin ilk oliqarxlarından birinin evi, daha doğrusu, sarayı da həmin küçədə yerləşir.
Hündür hasarla əhatələnmiş bu malikanənin qarşısında məni H.Məmmədovun köməkçisi qarşılayır. Bir neçə gün əvvəl “Baghlan group”un və artıq demək olar ki, tarixin yaddaşına köçən “Bakı” futbol klubunun prezidenti müsahibə almaqla bağlı təklifimə müsbət cavab verir və məni öz villasına dəvət edir.
Evə əsl milyonçuların zövqünə uyğun yüksək dizayn verilib. Böyük bir həyətdə gərək ki, 3 mərtəbəli bir neçə fərqli villa tikilib. Bu sarayda Hafiz Məmmədovun ayrıca biri böyük, biri də ona baxanda nisbətən kiçik olan iş otağı da var. Elə köməkçisi də məni həmin kiçik otağa aparır. Bir az gözləməli oluram. O gələnə qədərsə otağı müşahidə edirəm. Diqqətimi daha çox bahalı suvenirlər, iri ekranı olan qiymətli televizor çəkir. Oturduğu kreslonun üstündə isə özünün və üç oğlan övladının şəkli olan böyük xalça vurulub. Az sonra H.Məmmədov da gəlir, gecikdiyi üçün nəzakətlə üzrxahlıq edir.
Hafiz Məmmədovla görüşümüzün məqsədi isə bugünkü yox, dünənki işləri haqda danışmaqdır. Daha doğrusu, “Atletiko” barədə... Axı, bu həftə Madrid klubu Çempionlar Liqasında “Qarabağ”ın qonağı olacaq. Bu, sözügedən ispan komandasının Bakıya ilk rəsmi gəlişidir. Qeyri-rəsmi isə onlar burada 2013-cü ildə səfər etmişdilər. O səfər yadınızda qalıb yəqin ki...
Bu o dövrlər idi ki, “Atletiko” oyunlara üzərində “Land of fair Azerbaijan” (Odlar yurdu Azərbaycan - A.B.) yazılı formalarla çıxırdı. Bu böyük layihəyə, H.Məmmədovun on milyonlarla avro pul xərclənirdi. Onda Hafiz Məmmədovun biznesinin uğurlu vaxtları idi. İndi isə...
- Necədi işləriniz?
- Problemlər qalmaqdadır, amma düzələcək, bu istiqamətdə işlər gedir.
- Çoxdandı mediada da görünmürsünüz.
- Hə, bu aralar bir az kənara çəkilmişəm. “Atletiko”ya görə danışmaq isə xoşdu. Həqiqətən sevindirici haldı. Belə bir nəhəng klub Azərbaycanda bu dəfə rəsmi matça, özü də “Qarabağ”la oyuna gəlir.
- Sizin təşəbbüsünüz və birbaşa maliyyə dəstəyinizlə “Atletiko” 3 ilə yaxın Azərbaycanla əməkdaşlıq etdi, üzərində ölkəmizin adının yazıldığı formaları geyindi.
- Bu əməkdaşlığın kökü 2012-ci ilə gedib çıxır. Xarici klublarla maraqlanırdım. İlk olaraq Fransadan “Lans” variantı vardı. Həmin ilin yay aylarında bununla bağlı müzakirə aparılırdı. Elə o ərəfədə “Atletiko” “Çelsi” ilə Avropa superkubokunun oyunu üçün Monako şəhərinə gəldi. Mən də ordaydım. “Atletiko” klubunun daxilində ümumi dostlarımız var. Hansı ki, onlar bizneslə də məşğul olurlar. Həmin vaxt madridlilər sponsor, tərəfdaş axtarırdılar. Danışdıq, razılaşdıq. O vaxtlar maliyyə imkanlarımız da geniş idi. Onlarla bu gün də dostluğumuz davam edir. Bir-iki günə (söhbət şənbə günü olub - A.B.) rəsmi oyun üçün Bakiya gələcəklər. Ancaq onların Azərbaycanda bir ünvanları var: “Bakı” futbol klubu. Yəni, mənim ünvanım həm də “Atletiko”nun Bakıdakı ünvanıdı.
Hafiz Məmmədov söhbətə açıq insandır. Qapalılıq kompleksi yoxdu. Təklif edirəm ki, “Atletiko”nun cəmiyyət üçün görünməyən tərəflərindən danışsın. Razılaşır.
- Problem yoxdu, qardaş. Danışaq. Nədən istəyirsən, danışaq.
- Ondan sualı belə qoyum, Dieqo Simeone necə biridi?
- Əla oğlandı. Özü də sənə deyim, bir ad gününü mənim evimdə keçirib. 2013-cü ilin, aprelin 28-də, səhv eləmirsə, 43 yaşı tamam olurdu. Qismətdən “Atletiko”nun Bakıya səfəri Simeonenin ad gününə təsadüf etdi. “Four seasons”dakı ziyafətdən sonra gəldik bizim evə, yani bura. Danışdıq, güldük, yedik-içdik. Sonra dedi ki, olar elə səhərə qədər burda oturum? Səhər açılana qədər onun ad gününü qeyd etdik. Radamel Falkao (Hazırda “Monako”da oynayır – A.B.) və başqa bir neçə futbolçu da onunlaydı. Sonra bütün komanda bura gəldi. Bir iki hədiyyə də verdim. Falkao hamısından fağır görünürdü. Yetim kimi kənarda dayanmışdı (gülür). O biri futbolçular isə maşallah zirək idi, hərəsi bir şey götürürdü.
- Futbolçulardan Falkao ilə münasibətləriniz daha yaxşıdır deyəsən.
- Elədi. Monakoya səfərim olanda gəlib mənimlə görüşürdü. Mənə bahalı saat da hədiyyə edib. Təsəvvür edirsən. Futbolçu belə qiymətli saat hədiyyə etməz e...
- Qiyməti nə qədər olar?
- 30 min avro! O qədər tərbiyəli, yaxşı uşaqdı ki...
- Bəs, siz özünüz “Atletiko”lu futbolçulara nə hədiyyə edirdiniz?
- Bir dəfə dedim çempion olun, oturaq təyyarəyə, sizi ürəyiniz hara istəyirsə, ora aparım. Onlar çempionluq kubokunu alanda bir yerdə Madriddə idik. Amma elə oldu ki, səfərə çıxa bilmədik.
- Pul mükafatı verdiniz?
- Pul yox, amma hər birinə bahalı saat hədiyyə etdim. Özü də tək “Atletiko”ya deyil. Elə “Lans”ın da futbolçularına bahalı hədiyyələr verirdim.
- Qayıdaq yenə Simioneyə. Necə insandı? Oyunlar vaxtı çox çılğın olur.
- Çox yaxşı, zarafatcıl, iradəli və xarakterli adamdır. Dəmir intizamı var. Yeri gəlmişkən, Simeonenin Azərbaycan futboluna da faydası dəyə bilərdi. Amma, görünür, müəyyən insanlar bunu istəmədi. O vaxt əməkdaşlığımız zamanı söz vermişdi ki, 2020-ci ilə kimi İslandiya millisi tərzində yeni Azərbaycan milli komandası yarada bilər. Deyirdi ki, Azərbaycandan mənə, “Atletiko”ya 15-16 yaşlarında 40 nəfər uşaq verin. Hamısını aparım Madridə. İçlərindən 20-sini seçib, digərlərini geri qaytaracam. Həmin 20 futbolçu İspaniyada qalıb təcrübələrini artırmalı və Azərbaycan milli komandalarına fayda verməli idi.
- Madridə burdan uşaqlar getmişdi, axı..
- Getdilər. Alınmadı. Qoymadılar qala. Nə isə.
Məsələn, indi “Qarabağ”da uğurlu oyunu ilə seçilən Mahir Mədətov. Bizim akademiyanın yetirməsidi. O, həm “Atletiko”, həm də “Lans”da təcrübədə oldu. Fransaya gedəndə bir az fiziki tərəfdən zəif idi. Amma ispanlar da, fransızlar da deyirdilər ki, qoymayın onlar Azərbaycanda qalsın. Mənim planım belə idi ki, bizim uşaqlar “Atletiko”da, “Lans”da qalsın. Orda oxuyub təhsil alsınlar. Qrizmann kimi futbolçuların oynadığı klubda təcrübə keçsin. Sonra işlərimizdə problem yarandı. Qayıdıb gəldilər bura.
- Bəs , “Atletiko” ilə əməkdaşlığınız bitdikdən sonra klubla əlaqələriniz qalır?
- Əlbəttə. Dünən də danışmışam. Bizi təkcə futbol deyil, dostluq münasibətləri də birləşdirir.
- Klubda əsasən kimlərlə sıx münasibətiniz var?
- Əsasən rəhbərliklə. Futbolçularda Qabi və Fernando Torreslə dostam. Bir də təbi ki, “Atletiko”dan “Barselona”ya gedən Arda Turanla... Hərdən danışırıq.
- Dieqo Simeonenin hansı söhbətləri yadınızda qalıb?
- Qızları çox sevir (gülür). Çox yaxşı adamdı. Simeonenin köməkçisi də komandanın əhval-ruhiyyəsin qaldırır. Bir şey deyim, Simeoneyə çox dəyər verirlər klubda, sözünə qulaq asırlar. “Atletiko” deyir ki, biz o vaxt xoşbəxt olduq ki, Simeone və bizimlə sponsorluq eyni vaxta təsadüf etdi.
- Bəs “Atletiko”nun “Qarabağ”la eyni qrupa düşməsini necə qarşıladınız?
- Bir dəfə gəlib-getmişdilər Bakıya. Amma o vaxt heç kimin ağlına gəlməzdi ki, onlar bu dəfə rəsmi matç üçün səfər edəcəklər. Ancaq “Qarabağ” onların yolun bura saldı. Onlar bu oyuna doğrudan da ciddi hazırlaşıblar, məsuliyyət hiss edirlər. Öz otellərində qalacaqlar, oyunlarıın oynayıb, gedəcəklər. Kənara çıxmağa icazə yoxdu.
- “Qarabağ” haqda nə soruşurlar sizdən, nələrlə maraqlanırlar?
- “Qarabağ”ı qəşəng tanıyırlar. Dediyim kimi, oyuna da, rəqibə də ciddi yanaşırlar. Çünki cəmi 1 xalları var. Onların məqsədi qələbə qazanmaqdır.
- Oyuna stadiondan baxacaqsınız?
- Yüz faiz.
- Yəqin ki, “Qarabağ”a azarkeşlik edəcəksiniz..
- Əlbəttə. Satılıb eləməmişəm ki (gülür)... Öz komandamızdı “Qarabağ”. Amma onlar da özümüzünküdü.
- “Qarabağ” Çempionlar Liqasınınq qrup mərhələsinə düşdü. Bu haqda nə düşünürsüz?
- Halal olsun, komanda üzvlərinin hamısına. “Qarabağ” Çempionlar Liqasındadısa, bu, Azərbaycan, klub üçün böyük şeydi. Çox gözəl komanda qurublar, daxildə əhval-ruhiyyə yaxşıdır. Buna görə də hər şey ələ alınır. Baş məşqçisi də böyük iş görüb. Qurbana halaldı. Öz sözünü dedi. Çox ilklərə imza atdı. Mən onu da təbrik edirəm, oyunçuları da. Yaxşı da futbol göstərirlər. Yaxşı ki, elə Qarabağın adı olub. Nə “Bakı”, nə “Neftçi”. Bəlkə də Çempionlar Liqasının qrupundan başqa komandamız oynasaydı, bu qədər sevilməyəcəkdi. “Qarabağ” “Çelsi” ilə səfərdə bərabər səviyyədə oynaya bilməzdi. Arada böyük səviyyə fərqi var. Amma komanda belə ağılla, işlərinə bu cür məsuliyyətlə davam etsə, inanıram ki, gələcəkdə nəhəng komandalarla başabaş mübarizə də aparacaqlar.
Mənbə: qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Rəhman Hacıyev “Səbail”dən getdi, yeni klubu da məlumdur
- Qurban Qurbanov Qara Qarayevin təyinatından danışdı
- Azərbaycanda işləmiş məşqçi “Real”da Arbeloanın köməkçisi oldu - ÖZƏL
- "Neftçi"nin "Piramids"lə oyununun vaxtı və yeri məlum oldu
- “Neftçi”nin media koordinatoru: “Azarkeşlərimiz bu cür xəbərlərə inanmasınlar”
- Sənə güvəndiyim dağlar...
- Füzuli Məmmədov: “Rəhbərlik bu yöndə bizə lazımi dəstəyi göstərir”
- “Araz-Naxçıvan”ın hazırlıq planı bilindi: 3 yoxlama oyunu
- “Neftçi” ilə oyunu maraqla gözləyir: “O, “Real”a qalib gəlib”
- "Neftçi" Abu Dabi toplanışına start verdi
- Bu gün 6 klubumuz mövsümün ikinci hissəsinin hazırlıqlarına başlayır
- “Neftçi” Beskorovaynı və Topalova təklif göndərib?
- “Dinamo” I və II Liqada yeganə komandadır ki, heç bir maliyyə dəstəyi olmadan bu işləri görür”
- “Araz-Naxçıvan” Elmar Baxşıyevin müqaviləsinə hələ də xitam verməyib
- "Kəpəz" onun transferini açıqladı
-
15:00
“Turan Tovuz”un debütantı: “Qarabağ”dan xal ala bilərdik...”
-
14:44
Boks millimiz ilin ilk təlim-məşq toplanışına start verib
-
14:26
"Araz-Naxçıvan"ın sabiq futbolçusu I Liqa klubunda
-
14:08
Cüdo millilərimizdə yeni məşqçi təyinatları
-
13:37
“Neftçi”nin 200-cü “qol silahı”
-
13:15
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:52
Azərbaycan çempionatları tarixinə düşdü
-
12:40
Mustafa Sek: “Bir qələbə ilə kifayətlənmək olmaz, ardını gətirməliyik”
-
12:21
"Tottenhem" - "Mançester Siti" matçında 4 qol VİDEO
-
12:09
“Neftçi”nin 1030 gün gözlədiyi qələbə
-
11:52
PSJ-dən çətin qələbə VİDEO
-
11:34
"Xankəndi"dən növbəti transfer
-
11:18
"Old Trafford"da dramatik sonluq VİDEO
-
11:06
Nigar Mirzəliyeva Bundesliqada debüt etdi
-
10:43
"İnter" oyunun taleyini ilk hissədə həll etdi VİDEO
-
10:27
"Karvan-Yevlax"dan ayrıldı, "Mingəçevir"ə keçdi
-
10:12
Mbappe "Real"a qələbə qazandırdı VİDEO
-
09:51
Kadi qayıdışını “Futbolxeber”ə şərh etdi: “Liverpul”a yalnız biz 0:6 hesabı ilə uduzmamışıq”
-
09:35
"Qalatasaray" "Kayserispor"u darmadağın etdi VİDEO
-
23:14
Zubir "Qarabağ"a qələbə qazandırdı VİDEO
-
22:28
"Qarabağ" yeni transfer edir
-
22:06
Qurban Qurbanov: “Emosiyalara qapılıb etirazımı bir az sərt formada bildirdim”
-
21:49
Kurban Berdıyev: “Nədənsə VAR həmin epizodda ofsayd xəttini göstərmədi”
-
20:33
"Qarabağ" və "Neftçi"dən qələbə
-
20:25
Kadi Borges meydana qayıtdı
-
20:12
"Sumqayıt"da gözlənilməz ayrılıq
-
19:51
“Neftçi” 3 xalı 4 qolla qazandı VİDEO
-
18:47
Andrey Demçenko: "Burada qalmağım nəticədən asılıdır"
-
18:30
Yuri Vernidubdan qələbə şərhi
-
02:39
Qurban Qurbanov: “Pley-offa vəsiqəni haqq etdik”
-
02:12
“Qarabağ” üçün pley-offda 2 potensial rəqib: PSJ və...
-
02:04
ÇL: “Qarabağ” pley-offa yüksəldi
-
01:51
"Qarabağ" "Liverpul"a uduzdu
-
23:00
“Liverpul” - “Qarabağ”: Heyətlər açıqlandı
-
18:42
"Şamaxı"da növbəti transfer
-
17:28
“Qəbələ”dən ayrılan futbolçu I Liqa klubunda
-
16:55
Rza Cəfərov: “Mənə daha doğma gəldiyi üçün “Qəbələ”ni seçdim”
-
16:31
"Xankəndi" heyətini yeni futbolçu ilə gücləndirib
-
15:19
“Gəncə”nin qələbəsi üçün bütün fədakarlıqlara hazıram”
-
15:04
Sabiq "Sumqayıt"lı I Liqa klubunda
-
14:43
“Sumqayıt Cənubi Sudana çox bənzəyir”
-
14:27
Azərbaycanlı hakim Çelenc Kubokuna təyinat alıb
-
13:50
AMADA-nın İcraçı direktoru beynəlxalq forumda
-
13:11
Güləş Federasiyası və MOK müxtəlif layihələri müzakirə edib
-
12:38
Mateus Silva: “Yenə tarix yaza bilərik”
-
12:02
I Liqa təmsilçisi qanalı futbolçu transfer etdi
-
11:45
Azərbaycan kubokunun püşkü atılacaq
-
11:29
Patrik Andrade: “Mövsümün sonunu yox, “Neftçi” ilə oyunu düşünürük”
-
10:56
"Fiorentina" kubokla vidalaşdı VİDEO
-
10:34
Mourinyo: “Bu vəziyyətə səbəb “Qarabağ”a məğlubiyyətdir”
02.02.2026
01.02.2026
29.01.2026
28.01.2026
Arxiv
| Fevral 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |























