5 Noyabr 2026, Cümə axşamı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi

Ölkə futbolu

“Qarabağ”ın hücumçusu ÇL-in bombardirləri sırasındadı

Çempionlar Liqasının ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, cədvəldə Azərbaycan çempionu “Qarabağ”ın üzvü Dino Ndlovu da yer alıb.

“Kopenhagen”lə pley-off mərhələsinin cavab oyununda vurduğu qolla komandasını qrupa daşıyan afrikalı legioner hesabını 4 topa çatdırıb.

Dino Çempionlar Liqasının bombardirləri siyahısında 3-cü yerə şərikdi. O, yalnız Skott Sinkleyr (“Seltik”) və Patrik Tvumasidən (“Astana”) geri qalır. Bu oyunçular 5 dəfə fərqlənib.

Daha üç oyunçu Dino qədər qola sevinib. Entoni Nvakaeme (“Hapoel” Beyer-Şeva), Markos Tavares (“Maribor”) və Andriya Pavloviç (“Kopenhagen”) 4 qola sevinib.

Hesabında 1 qol ötürməsi də olan Dino əlavə göstəricidə Tavareslə Pavlobiçi qabaqlayır. Nvakaeme 3 assist müəllifi olduğundan Ndlovu Çempionlar Liqasında 4-cüdü.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30