6 May 2026, Çərşənbə
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”

Ölkə futbolu

“Zirə”nin hücumçusuna Hindistandan təklif var

Yayda “Zirə”yə transfer olunan Kervens Belfort Hindistandan təklif alıb.

Futbolxeberşaz saytının məlumatına görə, yeni yaradılmış “Jamşedpur” klubu 25 yaşlı hücumçunun xidmətində maraqlıdı.

Hindistan təmsilçisinin feysbuk səhifəsi Belfortun keçidinin artıq həll olunduğunu və Haiti yığmasının üzvü ilə müqavilə imzaladıqlarını bəyan edib. Lakin “Zirə”nin baş məşqçisi Ayxan Abbasov əməkdaşımızla söhbətində bu məlumatı təkzib edib.

O, “Jamşedpur”dan təklif gəldiyini təsdiqləsə də, hazırda danışıqların davam etdiyini bildirib: “Düzdü, Hindistan klubu Belfortu heyətində görmək istəyir. Onun “Zirə” ilə 1+1 illik müqaviləsi var. Buna görə də, “Jamşedpur” rəsmiləri bizimlə danışıq aparırlar. Mövqeyimizi onlara bildirib, şərtlərimizi demişik. Razılaşsalar, bu keçid baş tuta bilər. Amma indiki məqamda rəsmi bir şey yoxdu”.

Bu isə o deməkdi ki, Hindistan klubu Belfortu heyətinə qatmaq üçün “Zirə”nin tələb etdiyi məbləği ödəməlidi.

Qeyd edək ki, "Jamşedpur" klubu bu il yaradılıb və Hindistan Superliqasının debütantıdı.


apasport.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31