Ölkə futbolu
"Ədalət Şükürov demişdi ki, “Qarabağ” qalib gələcək, qolu da Mahir vuracaq"
Azərbaycanın futbol tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn "Qarabağ" klubu avqustun 15-də doğma meydanda Danimakanın “Kopenhagen” komandasını məğlub edib. Oyunun 25-ci dəqiqəsində vurduğu qolla komandasına qələbə qazandıran Mahir Mədətov günün qəhrəmanına çevrilib. Futbolxeber.az saytının məlumatına görə, Mahir Mədətovun atası, tanınmış prodüsser Anar Mədətov oyunla bağlı təəssüratlarını bölüşüb.
- Anar bəy, Mahir dünən Azərbaycan xalqına böyük sevinc yaşatdı. Bu gün hamı Mahirdən danışır, onunla bağlı statuslar yazılır. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- Bəli, Mahir bizi də çox sevindirdi. Dünənki (müsahibə dünən alınıb - red.) oyuna görə "Qarabağ" komandasına təşəkkürümü bildirirəm. Mahirin üzərində Qurban Qurbanovun, bundan əvvəl əməkdaşlıq etdiyi "Bakı" klubununun böyük zəhməti var. İnanıram ki, “Qarabağ” Kopenhagendə də layiqli oyun nümayiş etdirəcək.
- Oyun zamanı hansı hisləri keçirdiniz? Mahirin qol vuracağını gözləyirdinizmi?
- Fəxr edirəm ki, mənim Mahir kimi oğlum var. O, qol vuranda stadionda idim, gözlərim yaşardı. Bir daha fəxr etdim ki, bunu Mahir edə bildi. Oyun qurtarana qədər 2 qutu siqaret çəkdim. Çox həyəcanlı idim. Oyun başlayanda bütün qohumlarım, dostlarım "Anar, çox siqaret çəkmə, hər şey yaxşı olacaq" deyirdilər. Mahir meydanda olanda dəhşətli dərəcədə gərgin, həyəcan içində oluram. İslam Oyunlarında 2 qol vuranadək mən siqaret qutusunun yarısını çəkib qurtarmışdım. Oyundan əvvəl ona bir söz dedim: “Uğurlar! Bu, “Qarabağ” üçün bir şansdır, Azərbaycan xalqını sevindirməkdir”. Dedi: “Ata, hər şey yaxşı olacaq”.
- “Qarabağ”ın qələbə qazanacağına inanırdınız?
- Əlbəttə, ümidimiz vardı. Futboldan başı çıxan dostlarımız var. Onlar oyunu əvvəlcədən müsbət qiymətləndirmişdilər. Müğənni Ədalət Şükürov müsahibə vermişdi ki, “Qarabağ” qalib gələcək, qolu da Mahir Mədətov vuracaq. Görünür, Allah yaxşılıqlarımızın nəsibini verir.
- Oyundan öncə Mahir də sizin kimi həyəcanlı idi?
- Təbii, hər kəsin həyəcanı var idi.
- Qələbəni necə qeyd etdiniz?
- Mahir dünən axşam evə gəldi. Onunla fəxr etdiyimi dedim. Gecə ailəmiz çay süfrəsinə yığışdı, Mahirin anası, nənələri onu təbrik etdilər. Uşaqlığını, məhəllədə necə futbol oynadığını xatırladıq. Bu gün isə saat 11-də Qurban Qurbanov onu yenidən məşqə çağırdı.
- Adətən məşhur futbolçuların xanım fanatları çox olur. Bəs Mahirin necə?
- Onun ən böyük xanım fanatı anasıdır. Xəstələnməsinə baxmayaraq, oyunu mütləq izləyəcəyini dedi. Mahirin fanatları bir də nənələridir. Onun futbolçu olmasında nənələrinin çox böyük zəhməti var. Zaqatalaya gedəndə ana nənəsi, Bakıya gələndə isə mənim anam Mahiri futbola aparırdı. Nənələr bizdən xəbərsiz Mahiri futbola yazdırmışdı.
- Dəfələrlə müşahidə etmişik ki, futbolçular populyar olandan sonra qanunlara tabe olmağa meyilli olmurlar. Kobud desək, bəzən özlərinə güvənib, hədlərini aşırlar...
- Mahir Azərbaycan Respublikasının vətəndaşıdır. Qanunlara riayət edən ailənin övladıdır. Biz hər zaman Mahirə nəzarət edirik və dua edirik ki, Allah bizə belə oğul nəsib edib. Mən öz balalarımla fəxr edirəm. (Azvision.az)
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
05.11.2026
04.11.2026
























