23 Mart 2026, Bazar ertəsi
Qərəz, yoxsa antipatiya? - YAZI
Axundzadə MLS-də debüt etdi
“Turan Tovuz”dan vacib qələbə
Hidayət bürünc medal qazandı

Ölkə futbolu

"Neftçi"dən tək qollu qələbə

"Neftçi” təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, "ağ-qaralar" yeni mövsümdən 1-ci divizionda çıxış edəcək "Binə” klubu ilə qarşılaşıb.

İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında keçirilən görüş "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə nəticələnib. Yeganə qola matçın ikinci hissəsində Rəsul Babazadə imza atıb.

“Neftçi”: Rəşad Əzizli, Georgi Navalovski (Məqsəd İsayev), Kirilo Petrov (Rahil Məmmədov), Pavel Dreksa, Məhəmməd Mirzəbəyov (Ömər Buludov), Tərzin Cahangirov (Edson Kastilyo), Ruslan Abışov, İqnasio Errera (Daniel Seqoviya), Rəhman Hacıyev (Namik Ələskərov), Elnur Cəfərov (Fəhmin Muradbəyli), Uqo Barqas (Rəsul Babazadə).

Qeyd edək ki, "Neftçi” Bakı toplanışı çərçivəsində növbəti yoxlama oyununu iyulun 19-da "Şüvəlan”a qarşı keçirəcək. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31