Ölkə futbolu
Qurban Qurbanov: “Mən arxayınam”
Sabah UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində təmsilçimiz qarabağ “Qarabağ” evdə “Samtredia”nı (Gürcüstan) qəbul edəcək. Futbolxeber.az-ın məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çox vacib oyuna hazırlaşırıq. Problemlərimiz var. Media da bu barədə fikirlər bildirilib, özümüz də bilirik.
- Yeni transferlər start heyətində çıxa biləcəklərmi?
- Xeyr, hələ hazır deyillər.
- Zədəli olan Riçard Almeydanın durumu necədir?
- Onun start heyətində çıxacağını indidən demək olmaz.
- Komandanın üzərindən psixoloji yükü götürmək mümkün olub?
- Komandanın tam hazır olduğunu deməzdim. Bu gün istədiyim oyunu onlardan tələb edə bilmərəm. Amma toplantıdan bəri xeyli irəliləyiş olub. Düşünürəm ki, Bakıda olduğumuz zaman da irəliləyişə nail olmuşuq.
- “Qəbələ”nin məğlub etdiyi “Samtredia” çoxmu dəyişib?
- Müqayisə etməzdim. Tam fərqli komandalardı. Oyun sistemlərini də dəyişiblər. Bu da ondan xəbər verir ki, müxtəlif modellərdən istifadə edə bilərlər.
- “Qarabağ” Avstriya toplanışında keçirdiyi 4 görüşün hamısında məğlub oldu. Bu oyunlardan hansı nəticələri çıxardınız?
- Hər bir nəticə bizim üçün önəmlidi. Deməli, hardasa səhvlərə yol vermişik. Ancaq nə qədər siz narahatsınız, mən də o qədər. Ancaq mən arxayınam. Çünki futbolçuların buraxdığı səhvlər aradan qaldırılandı. Bu cür səhvləri mövsümboyu buraxmışıq. Sadəcə, budəfəki rəqiblərimiz həmin səhvlərdən maksimum yararlandı. İnanıram ki, rəsmi oyunlarda bu səhvlərə yol verməyəcəyik.
- Gürcü klubları adətən müdafiədən sayıq olmurlar. Bu məqama xüsusi diqqət yetirmisinizmi?
- Hər komanda minimal səhvə yol verməyə çalışır. İnanmıram ki, Gürcüstan çempionatında gördüyümüz “Samtredia”nı görək. Daha əzmkar, daha istəkli rəqibi görəcəyik.
- Fərq “Qəbələ” – “Samtredia” matçındakı kimi olsa, yetirmələrinizi maksimumu sıxmaq tapşırığı verəcəksiniz, yoxsa güclərinə qənaət etməyi?
- Hazırda gücümüz o qədər də çox deyil. Məqsədimiz qənaətbəxş nəticəylə ayrılıb, azarkeşlərimizi də razı salmaqdı.
- “İnter” və “Zirə” ilk mərhələdə necə təsir bağışladı?
- Hər iki komanda xoş təsir bağışladı. Hər bu cür qələbə Azərbaycan futboluna töhfədi. İkinci mərhələdə “Qəbələ” də daxil olmaqla, bütün komandalarımıza uğur arzulayıram.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Kanada millisindən tarixi nəticə
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- “Qarabağ” milli üzvünün yolunu gözləyir?
-
15:00
“Səbail”dən növbəti transfer
-
14:41
Azərbaycanın basketbol hakimləri Avropa çempionatlarına təyinat alıblar
-
14:28
Azərbaycan millisi Dünya Kuboku və dünya çempionatında 29 medal
-
14:15
UEFA-dan Asim Xudiyevə yeni təyinat
-
13:54
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
-
13:33
"Gəncə" braziliyalı legioner transfer edib
-
13:06
Martinelli dünya çempionatlarının rekorduna imza atdı
-
12:49
Çimərlik voleybolçularımız EEVZA çempionatında mübarizə aparacaqlar
-
12:27
"UFC Fight Night Baku" turnirinə 11 minə yaxın bilet satılıb
-
12:12
Şirvanda mühüm qərar: Şəhərin iki klubu birləşdirildi
-
11:58
Almaniya tamam, Paraqvay davam VİDEO
-
11:40
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:31
"Zirə" Türkiyə klubuna qarşı
-
11:25
Mərakeş Niderlandı evə göndərdi VİDEO
-
11:14
Əlçatmaz baş katib
-
10:53
Kazemiro: “Bu heyət dünya çempionu olmağa qadirdir”
-
10:36
Braziliya millisindən əzmkar qələbə VİDEO
-
10:19
Millimizin üzvü Kosovo klubu ilə anlaşdı
-
10:02
Braziliya millisinin rekord seriyası davam edir
-
09:47
“Şahdağ Qusar”dan yeni transfer
-
03:28
Almaniya DÇ-2026 ilə vidalaşdı
-
23:22
U-17 millimiz Tacikistana uduzdu
-
22:36
“Lankaran Open 2026”da narazılıq: “Bugünkü hadisələr fiaskodur”
-
22:00
Yeniyetmə cüdoçularımız Avropa çempionatının ilk günündə 5 medal qazanıblar
-
19:58
"Zirə"nin Türkiyədə növbəti rəqibi bilindi
-
17:43
“Qəbələ”dən yayın ilk transferi
-
17:27
"İmişli" Kaşkilya ilə vidalaşdı
-
16:31
Paralimpiya çempionu şəhid övladlarına "ustad dərsi" keçib
-
15:49
Bakıda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
-
15:14
Çimərlik voleybolu üzrə ölkə birinciliyinin vaxtı açıqlanıb
-
14:25
Azərbaycan gimnastları Çindəki Dünya Kubokunda qızıl medal qazanıblar
-
13:52
"Araz-Naxçıvan" hazırlığa nə vaxt başlayır?
-
13:00
Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər
-
12:36
U-20 basketbol millimiz ilk dəfə Avropa çempionatında çıxış edəcək
-
12:08
“Araz-Naxçıvan” legioneri ilə yeni müqavilə imzaladı
-
11:43
Azərbaycan deflimpiya üzrə üzgüçülük millisində yeni baş məşqçi
-
11:17
"Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalına start verilib
-
10:51
“Şahdağ Qusar”dan növbəti transfer
-
10:39
Şeydayev Rusiya klubu ilə danışıq aparır
-
10:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:02
“Neftçi” Sloveniyaya 27 futbolçu ilə getdi FOTOLENT
-
09:45
Kanada 1/8 finalda VİDEO
-
20:38
Murad Fətiyev Sindao Qran-Prisində bürünc medalını qazanıb
-
19:15
"Turan Tovuz"un yay hazırlıq planı açıqlandı
-
18:53
Sevgi kimi forma... FOTOLENT
-
15:41
Konqo Özbəkistanı məğlub etdi VİDEO
-
15:29
Kapitanın iştirakı ilə Naxçıvanda imza günü keçirilib FOTOLENT
-
15:04
Xorvatiyanın qələbəsi VİDEO
-
14:52
Leandro Andrade “Qarabağ”la vidalaşdı: “...unudulmaz!”
-
14:37
Kolumbiya - Portuqaliya oyununda qalib aşkarlanmadı VİDEO
30.06.2026
29.06.2026
28.06.2026























