Ölkə futbolu
Zaur Əzizov: “Heç bir futbolçunu asanlıqla cəlb eləmək olmur”
“Qəbələ”nin baş meneceri Zaur Əzizov klubun cari transfer dönəmindəki fəaliyyəti, komandanın yay hazırlığı, avrokubok və növbəti çempionat üçün hədəfləri ilə bağlı “Futbolpress”in suallarını cavablandırıb. Futbolxeber.az sizi həmin müsahibə ilə tanış edir:
- Keçən mövsüm başa çatandan sonra “Qəbələ”də sanki yarpaq tökümü başladı: Kvekveskiri, Sadiqov, Zenyov, Teo Uiks kimi əsas heyət üzvləri də daxil olmaqla çoxlu oyunçu getdi. Narahatlıq yaranmışdı ki, boşluqlar necə doldurulacaq...
- Mövsümün sonunda futbolçuların komandanı tərk etməsi, yeni gələnlərin olması təbii prosesdi. Biz də istərdik ki, eyni heyətlə sabit olaraq, bir neçə il oynayaq. Gedənlərin hərəsiylə bağlı müxtəlif səbəblər var idi. Eləsi oldu ki, bizi qane etmədi, eləsi oldu ki, müqavilə məsələsində razılıq əldə olunmadı və s. Hazırda demək olar, boşluqların əksəriyyəti doldurulub. Əsas narahatlığımız transferləri bir qədər gec eləməyimizdi. Ancaq ümid edirik ki, yeni gələnlər tezliklə uyğunlaşacaqlar və yenə Avropada uğurlu çıxış edəcəyik.
- “Qəbələ”də son illər belə bir maraqlı tendensiya formalaşıb ki, hər dəfə vacib adlar gedir, ancaq yeni gələnlər tezliklə əhəmiyyətli fiqura çevrilirlər. Burda müəyyən strategiya elementləri sezilir. Sanki artıq pul istəyənlər saxlanmır, dərhal yerinə daha sərfələsi gətirilir...
- Komandanın əsas heyət üzvlərindən gedənlərin hamısı sırf pul məsələsinə görə ayrılmayıblar. Dediyim kimi, hər oyunçu ilə bağlı səbəblər müxtəlif oldu. Vacib adları saxlamağı biz də istəyirik. Bu təkcə hazırkı transfer dönəminə aid deyil. Əvvəllər də cəhdlərimiz olub. Bəzən qıraqdan əsas heyət oyunçusu kimi görünənlərlə bağlı artıq mövsümün gedişindən qərar qəbul edirik ki, onunla yollarımızı ayıracağıq. Biz burda çox məsələləri nəzərə alırıq: məşqləri, komandadakı rolu, müqavilə şərtlərini və s. Bəli, yalnız maliyyə məsələlərinə görə gedənlərimiz də var, ancaq burda ən vacib məqam pul deyil. İndi elə dönəmdəyik ki, yalnız gələnlərlə maraqlanmalıyıq. Gedənlərə uğurlar arzulayıb, sağollaşmışıq.
- Legionerlərdən ikisi (Endi Hallidey, Famussa Kone) icarə əsasında cəlb edilib. Bu, yenidən sabit heyət, davamlılıq baxımından narahatlıq doğurur. Hətta Endi Hallidey açıqlamasında hələ “Reyncers” karyerasının onun üçün bitmədiyini və “Qəbələ”də özünü göstərib yenidən Şotlandiya klubuna qayıtmağı düşündüyünü deyib. Avropada icarə müqavilələrinə çox zaman transfer hüququ bəndi də daxil edilir. Bu praktikadan “Qəbələ” niyə istifadə etmir? Ümumiyyətlə, bu amil klubda narahatlıq yaradırmı?
- Ən çox çətinlik çəkdiyimiz yay transfer dönəmlərindən birini yaşayırıq. Demək olar ki, heç bir futbolçunu asanlıqla cəlb eləmək olmur. Bunu mətbuat bilmir, Dion Malone Avstriya toplanışına bir dəfə gəldi, getdi. Burada Avropadan Azərbaycana gəlmək, Hollandiya kimi ölkənin çempionatını tərk etmək kimi məsələlər var idi. Futbolçular ciddi tərəddüd edirlər. Bizim iki yolumuz var: ya Azərbaycana qaça-qaça gələcək oyunçuları – onların da səviyyəsi bizi qane etmir – gətirmək, ya da daha yaxşıları ilə razılaşmağın yollarını axtarmaq. Birincilərlə də uğur qazanmaq olar, amma bu, çox böyük riskdi. Belə bir vəziyyət əmələ gəlib ki, istədiyimiz futbolçular bizi ikinci plana atırlar, digərləri, yəni bura gəlməyə hər an hazır olanları isə biz ikinci plana atırıq. Bizim üçün ən vacib olan bəyəndiyimiz futbolçuları gətirməkdir və bununçün maksimum çalışırıq. Belə olanda müəyyən şərtlər ikinci plana keçir. Müqaviləyə transfer hüququ bəndini salsaq belə, burda çox ciddi məbləğlərdən gedir söhbət. Digər tərəfdən vaxtımız çox deyil və belə məsələlərə əlavə zaman xərcləmək istəmirik. İndi ən vacibi azı növbəti mövsümün heyətini formalaşdırmaq və oyunçularla bir illik şərtlərdə razılığa gəlməkdir. Belə məsələlərin klub üçün problem olduğunu fikirləşmək olar, ancaq “Reyncers” tərəfi də, əslində, bizə sual verir ki, Hallidey Azərbaycana gedəndən sonra onun nə dəyəri qalacaq? Hər kəs özünü fikirləşir. Hallidey Şotlandiyada ən azı ildə iki dəfə bütün Avropanın izlədiyi “Seltik”lə oyunlarda iştirak edirsə, Azərbaycanda onun oyununa neçə nəfər baxacaq? Belədə oyunçuları razı salmaq çətinləşir. Başa düşürük ki, jurnalistlər də, azarkeşlər də klublarımızdan yaxşı transferlər gözləyirlər. Ancaq burda heç də həmişə pul ən həlledici məqam olmur. Artıq neçə ildir, işin içindəyəm və təkcə bu transfer dönəmi üçün 10-larla oyunçu göstərərəm ki, öz klubunda qazandığının ikiqatına Azərbaycana gəlməyə qətiyyətlə “yox” deyib. Tərəddüd belə etmir, konkret razılaşmır. Danışıq apardığımız futbolçunu bir gün sonra düşərgədə gözləyirik, ancaq həmin gün axşam xəbər edir ki, mən tərəddüd içindəyəm, “Qəbələ”nin ev oyunlarına baxdım və gördüm ki, stadionda min azarkeş var. Bu, onlar üçün ciddi amildir. Əgər futbolçu öz ölkəsində 15-20 min nəfər önündə meydana çıxırsa, Azərbaycanda bundan qat-qat az izləyicinin olmasına razılaşa bilmir. Hələ onlar min nəfər deyirlər, bizdə heç min nəfər də olmur. Transferlərdə müqavilə şərtləri, puldan çox belə amillər rol oynayır. Ona görə də klublarımızı çox qınamaq lazım deyil ki, transferlər azdır, gecikir və s. Dəfələrlə oyunçular “qapıdan qayıdıblar”. Hər şey razılaşdırılıb, ancaq məişət şəraiti, ümumi futbol atmosferinə gəldikdə vəziyyət tamamilə dəyişib.
- Demək olar, bütün çətinlikləri qeyd etdiz. Bəs transfer bazarında bahalaşma varmı?
- İnanmıram ki, bunun bizə ciddi aidiyyatı olsun. Bahalaşma əsasən transfer məbləğiylə bağlıdı. Biz isə əsasən azad agentləri cəlb edirik. Büdcəmiz var və ona uyğun davranırıq. Bu il keçən mövsümlərdən fərqli olaraq, universallığı olan, bir neçə mövqedə oynaya bilən futbolçulara fikrimizi yönəltmişik. Demək olar ki, heç bir futbolçu yalnız bir mövqedə oynamır. Bu transfer dönəmində büdcəni nəzərə alıb, həmin amilə daha ciddi yanaşdıq. Demək istədiyim, bahalaşma olsa da, olmasa da, bəlli bir maliyyəmiz var və yalnız onunla işləyirik.
- Bundan sonra yeni transferlər planlaşdırılır?
- Bəli, planımızda var. Hazırda danışıq getdiyi üçün ad çəkməyəcəm. 1 və ya 2 oyunçu alacağıq.
- Yoxlama oyunlarında o qədər də yaxşı olmayan nəticələr komandada müsbət olmayan hansısa məqamlardan xəbər verə bilərmi?
- Hazırda toplanışdayıq. Bu, komandanın hazır olması, bir-birinə uyğunlaşmasıyçündü. Yoxlama oyunlarındakı nəticələrin o qədər də yaxşı olmamasına səbəb komandanın hələ hazır olmaması, yeni oyunçuların tam uyğunlaşa bilməməsi, bu matçların sadəcə hazırlıq xarakteri daşıması ola bilər. Zamanla komanda forma yığacaq. Həm də oyun var ki, nəticə yaxşı olmasa da, oyunçuların çıxışından razı qalırsan, ya da əksinə. Yoxlama görüşlərində əsas məsələ heyətin bundan nə qazanmasıdı. Hazırda komanda olaraq tam hazır deyilik. Əsas məqsədimiz ilk rəsmi oyuna qədər mümkün olan ən yaxşı səviyyəyə çatmaqdır.
- Həmin oyun da yaxın zamanda Avropa Liqasında olacaq. Son iki mövsümdə “Qəbələ” 4 mərhələ keçərək, qruplara düşub. Bu dəfə yol daha qısadı. Baş məşqçinin də olimpiya sistemiylə keçirilən oyunlarda daha inamlı göründüyünü nəzərə alsaq... Gözləntiləriniz nədir?
- Yenə də qrup mərhələsinə qədər irəliləmək istəyirik. Bilirik ki, kifayət qədər çətin hədəfdi. Komanda olaraq, bunun üçün nə lazımdısa, edəcəyik. İndiyə qədər klubun gördüyü işlər də hədəfin nə olduğunu bəlli edir. Alınıb-alınmayacağını zaman göstərəcək. Bu mövsüm ilk rəqib belə çox ciddidir. Polşa futbolu hamıya məlumdu. “Yagelloniya” keçən mövsüm çempionluq uğrunda sona qədər mübarizə aparıb. Bu baxımdan da hazırda bütün fikrimizi məhz bu komanda ilə Bakıdakı ilk oyuna yönəltmişik. Ümid edirik ki, əvvəlcə “Yagelloniya”nı keçəcəyik, sonra isə mərhələ-mərhələ istəyimizə çatarıq.
- Bakıdakı ilk oyun dediz... “Qəbələ” əvvəlcə avrokubokda doğma meydanda oynadı, daha sonra Bakıya köç baş verdi. Səbəb Qəbələdəki stadionun tribuna problemi, UEFA tələblərinə uyğun gəlməməsidi. Bunu yoluna qoymaq üçün nə lazımdı? Stadiona yeni tribunaların əlavə edilməsi planlara daxildimi?
- Ümumi olaraq, onu deyə bilərəm ki, stadionun hazır vəziyyətə gətirilməsi üçün, layihə, plan... – hər şey kağız üzərində tam hazırdı, təsdiqlənib. Bu işlərin nə vaxt görüləcəyi barədə konkret nəsə demək çətindi. Bir məsələ də var ki, azarkeşlərin stadionu doldurması ciddi rol oynayır. “Bakcell Arena”dakı oyunlarda tribunalar demək olar ki, tam dolurdu. Qəbələdə bu baş verəcəkmi? – demək çətindi. Yeni tribunaların quraşdırılması üçün tələbat da olmalıdı. Ehtiyac olduqda, stadion, tribuna tikilir, yaxud yenisi əlavə edilir. Tələbat olmayan yerdə isə belə məsələlər uzanır və daha vacibləri həll olunur. Mənə elə gəlir ki, Qəbələdəki oyunlarda tribunalar çox nadir hallarda dolursa, avrokubok oyunlarımızı Bakıda keçirməyimizçün ilk səbəb də elə budu.
- Baş məşqçidən tələb olunan, gözlənilən çempionluq hədəfinə gələn mövsüm çatmaq real görünürmü? Özü bu haqda dəqiq heç nə deməsə də...
- Komandanın qarşısında yeni mövsüm üçün qoyulan hədəf çempionluqdu. Ancaq heç bir idarəçi, məşqçi, futbolçu bununla bağlı zəmanət verə bilməz. Məşqçini, oyunçunu gətirəndə ondan çempionluq üçün söz verməsini istəmirik. Roman Qriqorçuku kifayət qədər tanıyırıq. Onun bacarıqları, komandanın potensialı bizə bəllidi. Bunların hamısını ümumiləşdirəndə hədəf çempionluq olmalıdı. Düzdü, bunun zəmanəti yoxdur ki, hər il belə olacaq, amma praktikada heyətdə köklü dəyişikliklər olsa belə, növbəti mövsüm uğur qazana biləcək komanda yığmağı bacardığımızı görmüşük. Artıq baş məşqçi də bunu sübut edib. Əsas odur ki, biz klub olaraq, bu istiqamət üzrə lazım olan işləri görürük. Hədəfə çatıb-çatmayacağımızı mövsümün sonu göstərəcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- “Səbail”də yeni sponsor?
- 3 kluba 1 stadion – AFFA-nın “inkişaf strategiyası” budur?
- “Neftçi”nin oyunlarında 5 il əvvəl də VAR yox idi, indi də...
- Dəhlizdəki videodan şərhlərdəki trollaradək
- FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
- “Sabah” “Qarabağ”dan qisas alır - Zuddasa qarşılıq Yankoviç
- “Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satılıb
- “Turan Tovuz” ultimatum verir, “Neftçi”nin neçə oyunda haqqı yeyilir, VAR nəyə lazımdır?”
- Zaur Axundov: “Komanda naxçıvanlı iş adamlarından mən gözlədiyim dəstəyi görmədi”
- Baş katibin “irəliləyişi” - Avropada ən zəif nəticə
- "Neftçi" hakim məsələsində sona qədər getdi: "Bu kampaniyanı aparanlar məqsədlərinə nail olmayacaqlar"
- İnqilab Məmmədov: 1 səhv 4 düzü apardı...
- Nazirdən "Neftçi" paylaşımı
- Emin Mahmudov: “Ofsayt olduğunu görmürsə, kordur”
-
15:38
Əliyevin komandası darmadağına sevindi
-
15:23
“Dirçəliş Kuboku”nda yarımfinal oyunları keçirilib FOTOLENT
-
14:45
Mourinyonun “Real”a qayıdışı rəsmiləşdi
-
14:09
"Barselona" "Betis"ə şans tanımadı VİDEO
-
13:34
“Kəpəz”in futbolçusu 200-ə çatdı
-
13:11
Möcüzə adam
-
12:56
Axundzadənin baş məşqçisi istefaya göndərildi
-
12:42
“Turan Tovuz”un qapıçısı: “Hakim bizi “öldürürdü”
-
12:27
Aleksandr Ramalinqomun yubiley qolu
-
12:00
"İnter"dən heç-heçə VİDEO
-
11:48
Abubakar “Bursaspor”a keçir?
-
11:15
"Napoli" 3 xalı 3 qolla qazandı VİDEO
-
10:53
Əjdərovdan Avropa çempionatında bürünc medal
-
10:39
"Yuventus"dan gözlənilməz məğlubiyyət VİDEO
-
10:24
Konfrans Liqası: “Neftçi” üçün 26 mümkün rəqibdən 11-i məlumdur
-
10:02
"Mançester Yunayted"in qələbəsi VİDEO
-
09:46
Güləş millimiz Avropa ikincisi oldu
-
09:31
Derbini "Roma" qazandı VİDEO
-
09:17
İfeanyi Metyu: “Komandada rəqabət olmağı yaxşıdır”
-
09:00
"Milan"dan vacib qələbə VİDEO
-
21:27
Rəşad Sadıqov: “Sabah”ın start heyətini görəndə məndə bir az məyusluq oldu”
-
21:12
“Uşaqlar maksimumunu ortaya qoydu”
-
20:51
Valdas Dambrauskas: “Neftçi” son vaxtlar ən yaxşı formada olan komandadır”
-
20:43
Yuri Vernidub: “Bu, bizim qələbələrimizin təminatçısıdır”
-
20:06
Azərbaycanı növbəti mövsüm avrokuboklarda təmsil edəcək bütün klublar məlumdur
-
20:00
"Neftçi" və "Zirə" qalib gəldi
-
19:54
“Neftçi” 3 ildən sonra avrokuboklarda!
-
17:15
"Sabah" - "Neftçi": Heyətlər müəyyənləşdi
-
16:59
"Zirə" - "Sumqayıt": Heyətlər açıqlandı
-
13:28
Xabi Alonso rəsmən “Çelsi”də
-
12:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:47
Nəriman Axundzadə ehtiyatda qaldı
-
11:14
Dadaşov komandasını məğlubiyyətdən xilas etdi
-
10:51
Cüdoçularımızdan Avropa Kubokunda uğurlu start
-
10:36
"Borussiya"dan səfər qələbəsi VİDEO
-
10:02
Cəlal Hüseynovdan növbəti qol
-
09:45
"Bavariya"dan darmadağın VİDEO
-
21:43
Şamaxıda 5 qol VİDEO
-
20:39
Qurban Qurbanov: "Bəzi futbolçularla vidalaşacağıq"
-
20:27
"Qarabağ" 3 xalı 3 qolla qazandı VİDEO
-
19:58
Berdıyev: "3-cü qolu buraxmasaydıq...”
-
19:15
99 mükafat: 34 mövsüm, 21 komanda
-
19:01
"Turan Tovuz" uduzdu, "Qarabağ" qalib gəldi
-
16:44
I Liqada son turun oyun cədvəli məlum oldu
-
15:52
DÇ-2026: Tunisin heyəti açıqlandı
-
15:00
Danimarka kubokunun qalibi müəyyənləşdi
-
14:33
Əl Şəravi "Roma"dan ayrılır
-
13:17
Millimizin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
-
12:28
Naxçıvanda "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib
-
11:45
Ramon Maçado: “Rəhbərlik bu il kluba çox pul xərcləsə də, təəssüf ki...”
18.05.2026
17.05.2026
16.05.2026























