22 Mart 2026, Bazar günü
Qərəz, yoxsa antipatiya? - YAZI
Axundzadə MLS-də debüt etdi
“Turan Tovuz”dan vacib qələbə
Hidayət bürünc medal qazandı

Ölkə futbolu

“Qəbələ” Macarıstanda IV oldu

Macarıstanda keçirilən Laslo Kubalanin xatirəsinə həsr olunan turnirə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası “Vaşaş Kubala Akademiyası”nın təşkil etdiyi turniri 4-cü pillədə başa vurub. 
 
“Qırmızı-qaralar” yarışın son günündə 3-cü yer uğrunda matçda qüvvəsini sınayıb. Slovakiyanın “Rujomberok” komandası ilə görüşən təmsilçimiz 0:2 hesabı ilə uduzub. Turnirin qalibi adını isə Polşanın “Zaqlebiye” klubu qazanıb. “Vaşaş Kubala Akademiyası” 2-ci, “Rujomberok” 3-cü yeri tutub.
 
Xatırladaq ki, “Qəbələ” qrup mərhələsində “Vaşaş Kubala Akademiyası” (0:0) və İsveçin AİK (1:1) komandaları ilə görüşüb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31