Ölkə futbolu
Tural Axundov: "Çörəkpulumuz meydandan çıxır deyə..."
Futbolxeber.az sizi “Kəpəz”in kapitanı Tural Axundovun klub saytına müsahibəsi ilə tanış edir:
- Tural, ilk öncə tarixi derbi haqda fikirlərini bilmək istərdik.
- “Kəpəz” və “Neftçi” arasındakı əzəli rəqabəti nəzərə alaraq oyunun gərgin keçəcəyini bilirdik. Azarkeşlər arasında da matça maraq böyük idi. Komanda olaraq qələbə qazanmağa söz vermişdik. Çünki bizi başqa nəticə qane etmirdi. Elə bundan sonrakı oyunlarda da fikrimiz yalnız qələbəyə yönəlib. Görüşdən üç xalla ayrıldığımıza görə şadıq. Gücümüzü bir daha göstərdik. Rəqib üzərində bu mövsüm ikinci qələbəmizi qazandıq.
- İki qol vuracağını gözləyirdin?
- Oyundan öncə komanda yoldaşlarımdan Kərim Diniyev və Şəhriyar Rəhimova qol vuracağımı hiss etdiyimi demişdim. Amma iki dəfə fərqlənəcəyimi gözləmirdim. Təbii ki, dubl etdiyim üçün xüsusi sevindim. Vurduğum qolların “Kəpəz”ə qələbə qazandırması isə lap əla oldu.
- Hər iki qolu qapının eyni küncünə vurdun, bunu əvvəlcədən planlaşdırmışdın, yoxsa belə alındı?
- Hər dəfə belə zərbələr zamanı rəqib qapıçını aldatmağa çalışıram. İkinci zərbə zamanı “Neftçi”nin qolkiperi bu dəfə elə bildi ki, topu əks tərəfə vuracam. Onun hərəkətini gördüm və topu yenə eyni küncə göndərdim.
- Qol vurandan sonra əksər vaxtlarda qol sevincini meydanı öpərək qeyd edirsən, bunun mənası nədir?
- Çox adam elə bilir ki, səcdə edirəm. Amma elə deyil, sadəcə, çörəkpulumuz meydandan çıxır deyə qazonu öpməklə meydançaya minnətdarlıq edirəm.
- İkinci penalti zamanı deyəsən zərbəni Dario Frederiko və ya Julien Ebah vurmaq istəyirdi. Aranızda nə danışdız?
- Yox, Ebah topu əlinə alıb mənə zərbəni “sən vur” söylədi. Dario isə 11 metrliyi kimin yerinə yetirəcəyini soruşdu. Ona topun başına keçməsinə etiraz etməyəcəyimi bildirdim. Frederiko isə “sən vursan yaxşı olar” dedi. Uşaqlar bilir ki, mən belə zərbələr zamanı çox rahat oluram. Bir-birimizi tez başa düşdük.
- Cari mövsüm penaltidən vurduğun qolların sayını dördə çatdırdın. Yəqin ki, məqsəd daha çox fərqlənməkdir.
- Əlbəttə, hər bir futbolçu qol vurmağı arzulayır. Bu mövsüm beş qol vurmuşam, hamısını da standart vəziyyətlərdən. Qollardan dördünə 11 metrlik cərimə zərbəsindən imza atmışam. Onu da deyim ki, karyeram ərzində ilk dəfə idi ki, bir oyunda iki dəfə fərqlənirdim.
- Səni artıq “Kəpəz”in ştatlı penalti vuranı hesab etmək olar?
- 11 metrlik zərbələr zamanı hələ ki, dəqiq oynayıram. Məncə, penaltilər ifamda pis alınmır. Məsuliyyət böyükdür, razıyam. “Kəpəz” elitaya yeni çıxanda Ərzurumda təlim-məşq toplanışda idik. Məşqdə penaltilər üzərində işləyəndə baş məşqçimiz Şahin Diniyev gördü ki, mən vəziyyətlərdən daha yaxşı istifadə edirəm. Elə mövsümün əvvəlindən də bu zərbələr mənə həvalə olunmuşdu. İnam var və hələ ki, ümidləri doğrulduram.
- Cinah müdafiəçisi olmağına baxmayaraq son oyunlar dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edirsən. Oyunun alınır?
- Çox çətindir. Bu mövqedə birinci divizionda çıxış edəndə oynamışam, özü də lap az. Çətin olsa da, üzərimə düşəni ən yaxşı şəkildə etməyə çalışıram. Düzdür, dayaq yarımmüdafiəçisi mövqeyi daim təzyiq içində olur, indi bu yerdə oynayan komanda yoldaşlarımı daha yaxşı başa düşürəm. Müdafiənin sağ və sol cinahında çıxış etmək mənim üçün daha rahatdır.
- Avroliqa şanslarımız haqda nə düşünürsən?
- Şahin müəllim hər dəfə bizə hələ heç nəyin bitmədiyini deyir, elə biz futbolçular da belə düşünürük. Sonadək döyüşməliyik. Bundan sonra bizə heç-heçə də sərf etmir, avrokuboklara vəsiqə qazanmaq istəyiriksə, yalnız qələbə qazanmalıyıq.
- Bu yolda ilk növbədə “Qəbələ”ni məğlub etmək lazımdır...
- Onlar üçün Gəncədə çox çətin olacaq. Yaxşı razılaşıb qələbə qazanmalıyıq. Bunu hamı dərk edir. Ələ düşən fürsətlərdən istifadə edib qol və qollar vurmalıyıq. Axı qol vurmadan qələbə qazanmaq mümkün deyil.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
18:17
Qazaxda bədii gimnastika üzrə "Grace of Nature" turniri
-
17:36
“Liverpul” “Çelsi”yə rəqib oldu
-
16:52
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə bağlayıb
-
16:28
"Trabzonspor"un yeni baş məşqçisi məlum oldu
-
16:00
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
-
15:43
"Naxçıvan"dan növbəti transfer
-
14:19
Azərbaycan kubokunun finalına bu stadion ev sahibliyi edəcək
-
13:35
Klopp Almaniya millisinin heyətini açıqladı
-
13:04
Litvanın millimizlə oyun üçün heyəti açıqlandı
-
12:41
"Neftçi" amerikalı legioneri heyətinə qatıb
-
11:27
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
10:56
Messi növbəti titulunu qazandı
-
10:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:18
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bəlli olub
-
10:00
"Barselona"dan 7 qollu qələbə VİDEO
-
09:43
Renat oynadı, komandası kubokla vidalaşdı
-
09:29
Elvin Camalov “Qəbələ”yə qayıtdı
-
21:11
“Neftçi” yeni əməkdaşlıq müqaviləsi imzaladı
-
20:42
Emin Mahmudov: “Neftçi”nin 90 illiyində çempion olmasını istəyərdim”
-
20:09
Yaşar Seyidov: “Dinamo” bütün liqalar daxil yeganə komandadır ki...”
-
18:37
"Sumqayıt"ın əsas kapitanı müəyyənləşib
-
18:13
İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək
-
17:58
"Murov Az Terminal" Ayan Məmmədova ilə gücləndi
-
17:25
I Liqada hakim təyinatları
-
17:04
"Gəncə" yoxlama oyununda "Ordu"ya məğlub olub
-
16:46
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
-
16:30
"Neftçi" 1000-ci oyununa çıxacaq VİDEO
-
16:12
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
-
15:59
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
-
15:43
Gimnastlarımız IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
-
15:27
"Naxçıvan"da yeni müqavilə
-
15:08
Azərbaycan stolüstü tennisçiləri Belçikanın açıq çempionatında çıxış edəcəklər
-
14:55
Həsənovun “unutduğu” epizod VİDEO
-
14:34
Varkonyi: “Qarabağ”a gəlmək böyük dəyişiklik idi”
-
14:16
"Kəpəz"in legionerinə millidən dəvət
-
14:00
Naxçıvanda ilk dəfə təşkil olunan Minifutbol Kubokuna yekun vurulub
-
13:41
“Qarabağ”ın oyununun biletləri satışda
-
13:29
Millimiz yenə Moldovaya uduzdu
-
13:12
"Qəbələ"nin yeni baş məşqçisi müəyyənləşdi
-
12:53
Təsdiqləndi: Elçin Məsiyev “Turan-Tovuz”un qapısına penaltini səhv verib VİDEO
-
12:37
Rodriges milli ilə vidalaşdı
-
12:08
“Turan Tovuz” - “Zirə” oyununun biletləri satışa çıxarılıb
-
11:45
"Neftçi" Qəbələ səfərinə hazırlaşır FOTOLENT
-
11:26
"Lans" baş məşqçisi ilə yolları ayırdı
-
10:54
Ronaldonun komandası darmadağın oldu VİDEO
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:19
Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq
-
10:02
Mahir oynadı, komandası uduzdu
-
09:43
"Real"dan çətin qələbə VİDEO
-
09:20
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
17.09.2026
16.09.2026
























