Ölkə futbolu
“Şəmkir” və “Səbail”ə çempionluq yolunda ağır zərbə
Martın 16-sı və 17-də I divizionda XX turun oyunları keçirildi. “Şərurspor” və “Rəvan”ın çempionatdan uzaqlaşdırılmasından sonra bu turda cəmi 5 oyun baş tutdu.
Lider “Turan Tovuz” növbəti qələbəsini qazandığı halda, tovuzluların ən yaxın izləyicisi “Səbail” məğlubiyyət acısı yaşadı. Paytaxt klubu kimi “Şəmkir” də uduzmaqla medallar uğrunda mübarizədə ağır zərbə aldı.
HEÇ-HEÇƏSİZ TUR
Turda keçirilən 5 oyunun heç birində heç-heçə qeydə alınmayıb. Baş tutan 5 qarşılaşmadan 4-də meydan sahibləri, 1-də isə qonaqlar qələbə qazanmayıb. Səfərdə çıxış edən komandalardan yalnız “Mil-Muğan” 3 xal qazanmağa müvəffəq olub.
Keçirilən 5 qarşılaşmada qapılara 16 qol vurulub. Bu qollardan 12-si meydan sahiblərinin, 4-ü isə qonaqların payına düşüb.
Turun ən məhsuldar oyunu Ağsuda keçirilib. Eyniadlı komandanın “Səbail”lə duelində qapılara 5 qol vurulub. “Şahdağ” - “Göyəzən” matçında isə meydan sahibləri 4 dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. “Zaqatala” - MOİK, “Şəmkir” - “Mil-Muğan” görüşlərinin isə taleyinin cəmi 2 qol həll edib.
Yalnız “Ağsu” - “Səbail” qarşılaşmasında komandalardan hər ikisi qol vurmağı bacarıb.
“BAKILI” SENSASİYAYA İMZA ATA BİLMƏDİ
Çempionatın lideri “Turan Tovuz” öz meydanında “Bakılı”nı qəbul edib. Matçdan öncə tovuzlular bu görüşün aşkar favoriti idilər. Meydan amili, turnir cədvəlindəki vəziyyət, rəqibin autsayder olması - bir sözlə, hər şey Əsgər Abdullayevin komandasının lehinə idi. Üstəlik, ötən tur “Səbail”lə xalları yarı böldüyündən “Turan Tovuz”un “Bakılı” ilə görüşdə xal itirməyə haqqı yox idi.
Autsayder qrupunda qərarlaşan “Bakılı” gözlənildiyi kimi, güclü rəqibinə cəmi yarım saat müqavimət göstərə bildi. Matçın ilk dəqiqələrindən irəli atılan meydan sahibləri bir neçə epizodda qola yaxın olsalar da, hesab yalnız 31-ci dəqiqədə açıldı. Rəhman Musayev arenaya toplaşan azarkeşləri sevindirdi. Cəmi 3 dəqiqə sonra “Turan Tovuz” ikinci qolu vurdu. Bununla da görüşün taleyi həll olundu. Qalan 56 dəqiqədə “Bakılı”nın məğlubiyyətdən qaçacağı inandırıcı deyil. İkinci qoldan sonra ilk yarının bitməsinə qalan 11 dəqiqə sakit məcrada keçdi. Heç matçın baş hakimi Sərxan İsmayılov da birinci hissənin sonuna vaxt artırmadı.
İkinci yarıda da üstünlük Tovuz klubunun tərəfində idi. Amma birinci hissənin əvvəlində olduğu kimi, fasilədən sonra da “Turan Tovuz” startda rəqibin müqaviməti ilə üzləşdi. Yalnız ikinci hissənin ortasında “Turan Tovuz” üçüncü qolu “Bakılı”nın qapsından keçirdi. Eltay Tağıyevin 68-ci dəqiqədə vurduğu qol matçda sonuncun oldu. Beləcə, meydan sahibləri autsayderlə görüşdə 3 xalı 3 qolla qazandı.
MƏRKƏZİ OYUNDA 5 QOL
Turun mərkəzi oyunu Ağsuda baş tutdu. Meydan sahibləri “Səbail”i qəbul edib. Hər iki komanda qışdan sonra daha inamlı təsir bağışlayırlar. Ardıcıl qələbələr qazanan “Ağsu” üçün paytaxt klubu ilə qarşılaşma mühüm əhəmiyyət kəsb edirdi. Hətta mütəxəssislər Rüfət Quliyevin komandasının əsl gücünün məhz çempionluğa iddalı “Səbail”lə görüşdəm məlum olacağını deyirdilər.
Elə qonaqlar üçün da qarşılaşmanın dəyəri böyük idi. Ötən tur “Turan Tovuz”la matçda heç-heçəyə razılaşan “Səbail” səfərdə 3 xal üçün gəlmişdi.
Hakimin start fitindən sonra azarkeşlər erkən qola şahidlik etdilər. Elə ilk ciddi hücumdaca “Ağsu” hesabı açdı. Qoldan sonra da üstünlük meydan sahiblərinin tərəfində idi. Yavaş-yavaş özünə gələn “Səbail” yalnız hissənin üçdə biri geridə qaldıqdan son rəqib qapısı qarşısında təhlükə yarada bildi. 21-ci dəqiqədə isə qonaqlar istəklərinə çatdılar. Mirzağa Hüseynpur cavab qolunu vurdu. Bu qoldan ayılmamış “Ağsu” ikinci dəfə məyus oldu. Bu dəfə Fərid Səmədzadə adını tabloya yazdırdı. Ardıcıl qollardan sonra üstnlük tamamilə qonaqların tərəfində idi. Oyuna nəzarəti əlində saxlayan “Səbail” artıq ilk yarıda görüşün taleyini həll edə bilərdi. Gəl ki, komandanın aparıcı üzvü Ramazan Abbasov penalti şansını qaçırdı. Təcrübəli yarımmüdafiəçinin bu səhvi komandasına başa gəldi. Belə ki, ikinci hissədə oyunun axarını dəyişən meydan sahibləri əvvəlcə 65-ci dəqiqədə Adil Tağıyevin sayəsində hesabı bərabərləşdirdilər. Sona 5 dəqiqə qalmış isə İsa Cəbiyev “Ağsu”ya qələbə gətirən qolu vurdu.
“ZAQATALA” ÇƏTİNLİK ÇƏKMƏDİ
Qış fasiləsindən sonra qeyri-stabil çıxış edən “Zaqatala” öz meydanında MOİK-i qəbul edirdi. Turnir cədvəlinin orta pillələrində qərarlaşan “hərbçilər”dən fərqli olaraq, Zaqatala təmsilçisi üçün oyunun əhəmiyyəti çox böyük idi. “Səbail”in yenilgisi Şaban Şirdanovun komandasının məsuliyyətini daha da artırırdı.
Oyun meydan sahiblərinin üstünlüyü şəraitində başladı. “Zaqatala” ilk dəqiqələrdən oyunda diqtə edəmn tərəf idi. MOİK isə meydanın özünə aid hissəsinə çəkilərək, ümidini əsasən əks-hücumlara bağlayırdı. Qonaqların bu taktikası tam da olmasa, ilk yarıda özünü doğrultdu. Komandalar fasiləyə qolsuz yollandılar.
“Zaqatala”nın hücumları bir saatın tamamında bəhrəsini verdi. İkinci dövrədə qola həsrət qalan çempionatın Oruc Balaşlı penaltini dəqiq yerinə yetirməklə komandasını hesabda önə keçirdi. Bu qoldan sonra MOİK nisbətən fəallaşsa da, hesabı bərabərləşdirmək mümkün olmadı. Əvəzində Emin Mehtiyev hakimin oyunun sonuna əlavə etdiyi üçün dəqiqədəm komandasının ikinci qolunu vurmaqla matçın yekun nəticəsini müəyyənləşdirdi.
“ŞƏMKİR” ÜMİDLƏRİ DOĞRULTMUR
Turun digər maraqla gözlənilən qarşılaşması Şəmkirdə oynanıldı. Meydan sahibləri “Mil-Muğan”ı qəbul edirdi. Qış fasiləsində heyətini xeyli gücləndirən, Antalyada hazırlıq keçən “Şəmkir” ümidləri doğrultmur. Badri Kvaratsxeliyanın baş məşqçi postuna təyinatı da ciddi nəyisə dəyişməyib. “Mil-Muğan”la görüş də “Şəmkir”də problemin baş məşqçidə olmadığını göstərdi. İmişli təmsilçisindən alınan məğlubiyyət bir daha sübut etdi ki, Qərb təmsilçisinin problemi sabiq çalışdırıcı Qəhrəman Əliyevlə bağlı deyildi.
“Mil-Muğan” isə uğurlu çıxışını davam etdirir. Çoxları fasilədən sonra İmişli klubunun belə parlaq çıxış edəcəyini gözləmirdi. İstənilən səviyyədə hazırlıq keçməməsinə, fasilədə cəmi 1 yoxlama oyunu keçirməsinə baxmayaraq, Aqil Məmmədovun komandası proqnozları alt-üst edird. Elə Şəmkirdəki görüşün də favoriti İmişli klubu deyildi. Lakin ilk yarıda Samir Balayevin penaltidən, ikinci yarıda isə Raul Yaqubzadənin vurduğu qollar “Mil-Muğan”a çətin səfərdə qələbə qazandırdı.
Turun digər matçı isə Qusarda keçirildi. Autsayder “Göyəzən”i qəbul edən “Şahdağ” çətinlik çəkmədən rəqibi üzərində böyükhesablı qələbə qazandı.
Futbolxeber.az
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Zirə”də gözlənilməz ayrılıq
- “Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
- Şeydayevin yeni klubu müəyyənləşdi
- “Neftçi”nin yeni transferi: “Atam həmin futbolçunun fanatı olduğu üçün məni belə adlandırıb”
- Yenilənmiş “Araz-Naxçıvan”... ümid verdi
-
00:37
Qurban Qurbanovdan qələbə şərhi
-
23:52
"Qarabağ" "Tvente"ni məğlub etdi
-
23:36
Emreli Konfrans Liqasında yenə qol vurdu
-
22:24
Şeydayev oynadı, komandası qalib gəldi
-
19:18
"Karvan-Yevlax" sabiq “Kayserispor”lu ilə anlaşdı
-
19:00
Voleybol millimizin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
-
18:49
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
-
18:03
"Neftçi"yə görə dava: Dostunu küçədə döydü, cinayət işi açıldı
-
17:51
İki qadın güləşçimiz dünya çempionatının yarımfinalına yüksəlib
-
17:27
“Turan Tovuz” - “Şamaxı” oyununun biletləri satışda
-
17:12
Avstraliya millisinin üzvü “Benfika”da
-
16:35
Sentyabrda taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:06
Avropa çempionatında medal qazanan paracüdoçularla görüş keçirilib
-
15:44
"Qalatasaray" Batrakovun transferini elan etdi
-
14:28
U-16 yığmamız Avropa çempionatının B divizionunda beşinci olub
-
13:19
"Sabah"ın futbolçusu Çempionlar Liqasında rekorda imza atıb
-
13:00
Yeniyetmə cüdoçularımızın dünya çempionatındakı ilk rəqibləri bəlli olub
-
12:43
AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
-
12:31
“Gəncə” ABŞ-dən legioneri heyətinə qatıb
-
11:52
"Araz-Naxçıvan"ın sabiq qapıçısı yenidən klubunu dəyişdi
-
11:27
Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
-
11:15
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
-
10:46
"Zirə"dən ayrıldı, Kipr klubuna keçdi
-
10:34
"Atletiko" mövsümə qələbə ilə başladı VİDEO
-
10:08
“Milan” Belçika millisinin üzvünü transfer etdi
-
09:53
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:29
"Sabah" belə uduzdu VİDEO
-
08:47
Dambrauskas: “Bir həftə ərzində səhvlərimizi düzəltməliyik”
-
08:32
“Hapoel"in baş məşqçisi: “Qələbəyə görə xoşbəxtəm”
-
00:50
“Sabah” "Hapoel"ə məğlub oldu
-
22:13
"Hapoel" - "Sabah": Heyətlər açıqlandı
-
21:31
“Qarabağ” - “Tvente” oyununun biletləri artıq satışdadır
-
21:08
“Şahdağ-Qusar”dan növbəti qələbə
-
20:44
Güləşçimiz dünya çempionu oldu
-
20:27
“Səbail” “Sakaryaspor”la heç-heçə etdi
-
19:19
“Komandamızda “Qarabağ”la oyunun həyəcanı çox böyükdür”
-
18:55
“Tvente”nin baş məşqçisi: “Bizi “Qarabağ”la iki final gözləyir”
-
18:00
Qaşim Maqomedov Pakistanda bürünc medal qazanıb
-
17:32
Azərbaycan və Türkiyə taekvondoçuları birgə təlim-məşq toplanışında iştirak edirlər
-
16:46
“Fənərbaxça”nı “Koventri”yə dəyişdi
-
16:23
Füzuli Məmmədov: “Hədəfimiz Premyer Liqaya vəsiqə qazanmaqdır”
-
15:51
“Aston Villa” heyətini iki yeni futbolçu ilə gücləndirdi
-
15:18
Cırtdan və Göyçək Fatma Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları seçilib
-
14:34
“Qarabağ” Niderlanda yollandı FOTOLENT
-
13:47
Poqba “Monako”ya lazım olmadı
-
13:00
"Yuventus"dan qapıçı transferi
-
12:25
Boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib
-
12:09
Şahmat Federasiyasının baş katibi Aşqabadda "ustad dərsi" keçib
-
11:52
Qurban Qurbanov: “Bu, insanların bizə olan inamını, futbola olan sevgisini bir az aşağı salır”
-
11:36
“Neftçi”nin yeni transferi VİDEO
21.08.2026
20.08.2026
19.08.2026
























