Ölkə futbolu
XXII tura baxış: lider büdrədi, “Səbail” və “Zaqatala” fərqi azaltdı
Martın 26-sı və 27-də I divizionda 22-ci turun oyunları keçirildi. “Şərurspor” və “Rəvan”ın çempionatdan uzaqlaşdırılmasından sonra bu dəfə də azarkeşlər cəmi 5 qarşılaşamaya şahidlik etdilər.
5 OYUNA 1 HEÇ-HEÇƏ
Keçirilən 5 oyundan 2-də qonaqlar, 2-də meydan sahibləri qələbə qazanıblar. Yalnız 1 görüşdə qalib aşkarlanmayıb.
Meydan sahibləri 9 dəfə, qonaqlar isə 8 dəfə fərqləniblər.
Turun ən məhsuldar oyunu Zaqatalada keçirilib. Meydan sahibləri autsayder “Göyəzən”in qapısından 5 cavabsız qol keçirib.
“Zaqatala” kimi iddialı olan “Səbail” də turu böyükhesablı qələbə ilə başa vurub. Paytaxt klubu “Şahdağ” səfərindən qapısını toxunulmaz saxlamaqla 4 qollu qələbə ilə qayıdıb.
“Bakılı” - MOİK oyununda da azarkeşlər 4 qola şahidlik ediblər. Lakin Qusardakı matçdan fərqli olaraq, “Bakılı” qapısında gördüyü qollardan birinin əvəzini çıxa bilib.
Turun digər 2 matçında isə azarkeşlər 2 qol izləyiblər.
LİDER YENƏ BÜDRƏDİ
XXII tur lider “Turan-Tovuz”un xal itkisi ilə yadda qalıb. Tovuz klubu öz meydanında ikinci dövrədə kifayət qədər yaxşı təsir bağışlayan “Mil-Muğan”ı qəbul edib. İmişli klubu tovuzlulardan fərqli olaraq, çempionluq uğrunda mübarizə aparmasa da, hazırda çempionatın ən yaxşı oyun sərgiləyən komandalarından biridir. Bu səbəbdən də “Turan-Tovuz” üçün oyunun asan keçməyəcəi əvvəldən məlum idi. Belə də oldu. Əsgər Abdullayevin komandası rəqib qapısına yalnız oyunun 70-ci dəqiqəsində, penaltidən yol tapa bildi. Amma bu qol qələbə üçün kifayət etmədi. Qonaqlar son dəqiqədə yenilgidən qama bildilər. Bayram Əliyev vurduğu qolla meydan sahiblərini qələbədən məhrum etdi. Bununla da Əsgər Abdullayevin komandası ardıcıl ikinci görüşdə də xal itirdi. Amma izləyicilərinin də stabil çıxış etməməsi “Turan-Tovuz”unn işinə yarayır. Son 4 tur qalmış Tovuz klubu ən yaxın izləyicisini 3 xal qabaqlayır.
“SƏBAİL” 3 XALI 4 QOLLA QAZANDI
Liderdən fərqli olaraq, ən yaxın izləyicisi “Səbail” turu qələbə ilə başa vurdu. Çempionatın ən məhsuldar komandası səfərdə “Şahdağ”la üz-üzə gəlib. Qusar klubu yalnız 23 dəqiqə rəqibin təzyiqinə tab gətirib. 44-cü dəqiqədə daha bir qol vuran paytaxt təmsilçisi ikinci hissənin formallığa çevirdi.
İkinci yarı da oyunda diqtə edən tərəf “Səbail” idi. Elman Soltanovun komandası fasilədən sonra daha 2 dəfə fərqləndi.
“Səbail” 4 qollu qələbə qazansa da, komandanın bombardiri Bayram Budaqov meydanı qolsuz tərk edib. Düzdür, ucaboy forvard cəmi 22 dəqiqə meydan olub. Lakin o, yenə də qol şanslarını sağa-sola xərcləməklə yadda qalıb.
“ZAQATALA”DAN DARMADAĞIN
1 tur əvvəl gərgin mübarizədə “Qaradağ-Lökbatan”a uduzan “Zaqatala” bu dəfə öz meydanında “Göyəzən”i qəbul edib. Rəqibin autsayder olması, mövsümün sona yaxınlaşması meydan sahublərini mütləq 3 xal qazanmağa vadar edirdi. Bu səbəbdən də oyuna fəal başlayan Şaban Şirdanovun komandası çox keçmədən rəqib qapısına yol tapıb. Artıq 12-ci dəqiqədə Osman Qurbanov meydan sahiblərini hesabda önə keçirib. İlk yarının qalan dəqiqələrində hücumlarına ara verməyən, lakin rəqibi meydanın mərkəzinə dəvət edə bilməyən “Zaqatala” ikinci yarıda qollarını sıralayıb. Özü də maraqlıdır ki, hər iki halda Şaban Şirdanovunn komandası 2 dəqiqə ərzində 2 qol vurub. Əvvəlcə 55-ci dəqiqədə Oruc Balaşlı penaltidən fərqlənib, 56-cı dəqiqədə isə Qurbanov dublunu rəsmiləşdirib. Balaşlı 88-ci dəqiqədə dublunu rəsmiləşdirib, 1 dəqiqə sonra isə Vadim Abdullayev matçda son nöqtəni qoyub.
“ŞƏMKİR”DƏN VACİB QƏLƏBƏ
Qeyri-stabil çıxış edən “Şəmkir” öz meydanında ikinci dövrədə inamlı təsir bağışlayan “Qaradağ-Lökbatan”la üz-üzə gəlib. Görüş kifayət qədər maraqlı və gərgin alınıb. Baş hakim Rəvan Həmzəzadə 90 dəqiqə ərzində 6 sarı, 1 qırmızı vərəqədən istifadə edib.
Matça fəal başlayan meydan sahibləri artıq ilk dəqiqədə hesabı açıblar. Ruslan Voronsov komandası üçün mühüm əhəmiyyət daşıyan qola imza atıb. Qoldan daha da ruhlanan “Şəmkir” hesabda önə keçdikdən sonra da hücumlarına ara verməyib. Qonaqlar isə daha çox əks-hücumlarda rəqibi məyus etməyə çalışıblar. Meydanda maraqlı mübarizə getsə də, uzun müddət azarkeşlər qol görə bilməyiblər. Yalnız 70-ci dəqiqədə “Şəmkir” ikinci dəfə fərqlənib. Bu dəfə Vüsal Qarayev bakılıları məyus edib. İkinci qol həm də görüşün taleyini həll edib. Son 20 dəqiqədə tərəflərin səyləri nəticə vermədiyindən, matç elə “Şəmkir”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində Badri Kvaratsxeliyanın komandası son 4 tur öncəsi medal qazanmaq şansını saxlayıb. “Qaradağ-Lökbatan” isə çempionluq şansını demək olar ki, itirib. Çünki son 4 turda liderlə 8 xallıq fərqin aradan qalxması real deyil. Eləcə Azər Bağırovun komandasının gümüş medallar qazanmaq şansı da çətin görünür. Bu səbəbdən də “Qaradağ-Lökbatan” ən yaxşı halda bürünc medallara sahib çıxa bilər.
“BAKILI” UDUZA-UDUZA GEDİR...
Turnir cədvəli baxımından digər oyunlarla müqayisədə “Bakılı” - MOİK matçına maraq elə də böyük deyildi. MOİK hazırda 8-ci pillədə qərarlaşıb və “hərbçilər” hər hansı ciddi uğura iddia etmirlər. “Bakılı”nın isə durumu göz önündədir. Paytaxt klubunun sonuncu pillədə olması, məşqsiz oyunlara çıxması komandanın vəziyyətindən xəbər verir.
Matça gəldikdə, “İnter Arena”nın dördüncü meydançasına toplaşan azsaylı azarkeşlər 90 dəqiqə ərzində 4 qola şahidlik etdilər. Qolların 3-ü son 21 dəqiqəyə təsadüf etdi. Yekunda 3:1 hesablı qələbə qazanan MOİK xallarının sayının 33-ə çatdırdı. “Bakılı” isə əvvəlki kimi 7 xala malikdir.
Futbolxeber.az
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
19:00
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
-
09:31
“Qarabağ”ın legionerindən millidə məhsuldar ötürmə
-
22:01
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
-
21:33
Azərbaycan təmsilçisi tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb
14.11.2026
13.11.2026
12.11.2026
























