8 Avqust 2026, Şənbə
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı

Ölkə futbolu

Əvvəl Löv, sonra Prosineçki

2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisi evdə Almaniya ilə qarşılaşacaq. Futbolxeber.az saytının məlumatına görə,  martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçdan 1 gün əvvəl əvvəl təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.
 
Əvvəla rəqib baş məşqçi Yoahim Löv jurnalistlərin qarşısına çıxacaq. Onun mətbuat konfransı saat 17:00-da start götürəcək. Saat 17:45-də isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq olmaq şərtilə almanların oyunöncəsi son məşqi olacaq.
 
Saat 19:30-da isə millimizin baş məşqçisi Robert Prosineçkinin mətbuat konfransı başlanacaq. Saat 20:00-da da yığmamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi olacaq.
 
Qeyd edək ki, hər iki məşq və mətbuat konfransı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31