5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Muntyanu: “Azərbaycana getməklə səhv etdim”

Bir neçə gün öncə İraqın “Zaxo” klubundan qovulan “Qəbələ”nin sabiq baş məşqçisi Dorinel Muntyanu ölkəsinin mətbuatına açıqlamalar verib. Futbolxeber.az-ın məlumatına görə, karyerası ilə bağlı danışan  rumıniyalı mütəxəssis Azərbaycandan da söhbət açıb.
 
Hazırda işsiz olan 48 yaşlı çalışdırıcı ölkəmizə gəlməklə səhv adddım atdığını deyib: “İşləmək istəyirəm. Bu, Almaniya və ya qızımın işlədiyi Hollandiyada ola bilər. Lakin indiki məqamda, bu, çətin görünür. Çünki orada çox məşqçi iş axtarır. Karyeramla bağlı səhvim Azərbaycan və İraqdan gələn təklifi qəbul etmək oldu. Rumıniya yaxşıdı, burdan təkliflər var. Ancaq maliyyə baxımından problemlər mövcuddur”.
 
Qeyd edək ki, 2014-cü ilin yayında “Qəbələ”nin baş məşqçisi təyin olunan Muntyanu qış fasiləsinə 3 tur qalmış postundan ayrılmışdı. O, uğursuz nəticələrə görə vəzifəsindən uzaqlaşdırlmışdı. Muntyanunun rəhbərliyi altında 8 oyun keçirən “Zaxo” da qələbə qazana bilməyib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31