1 Iyun 2025, Bazar günü
PSJ "İnter"i darmadağın etdi
Kubokun qalibi "Sabah" oldu
U-21 millimizin heyəti açıqlandı
“Neftçi” 7 futbolçu ilə vidalaşdı

Ölkə futbolu

“Qəbələ” ilə oyunda taktiki cəhətdən dəyişikliklər olacaq”

Fevralın 28-də Gəncə şəhər stadionunda “Qəbələ”ni qəbul edəcək “Kəpəz” bu gün keçirilən məşqlə qarşıdakı matçın hazırlığını tamamlayıb. Futbolxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqasının lideri ilə oyunöncəsi “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klub saytına açıqlama verib: 
 
"Həqiqətən də çətin görüş olacaq, ümumiyyətlə son zamanlar asan oyunlarımız yoxdu. Komandanın gücünə uyğun olaraq, hər matça maksimum yanaşmalıyıq. "Qəbələ" bundan əvvəlki turda “Qarabağ” üzərindəki qələbədən sonra turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Mənə elə gəlir ki, bizi maraqlı və ağır bir oyun gözləyir. "Kəpəz" bu çətin qarşılaşmaya hazırdır. Hər oyuna hazırlaşdığımız kimi məşq etmişik. Sadəcə, qarşıdakı görüşdə taktiki cəhətdən bir az dəyişikliklər olacaq".
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30