9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

UEFA Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər. 
 
Futbolxeber.az-ın məlumatına görə, AFFA 2018/19 mövsümünün həlledici görüşü ilə bağlı UEFA-ya müraciət edib. Qurum Bakı Olimpiya Stadionu həm Çempionlar Liqası, həm Avropa Liqasının finalını qəbul etməsində maraqlıdı.
 
2019-cu ildə baş tutacaq həlledici qarşılaşmalara namizədlərin siyahısını açıqlayan UEFA Çempionlar Liqası üçün 2, Avropa Liqası üçün 7 iddiaçının sifarişini qəbul edib.
 
Qitənin ən nüfuzlu klub turnirinin finalına  Bakı Olimpiya Stadionu ilə yanaşı İspaniya paytaxtı Madrid də iddia edir. Bu şəhərin Metropolitano stadionu final arzusundadı.
 
Çempionlar Liqası arzusu gerçəkləşməsə, Bakı Avropa Liqasının finalını da qəbul edə bilər. Bu matça Bakı ilə yanaşı, Tiflisdə “Dinamo Arena” (Gürcüstan), Frankfurtda eyniadlı stadion, Ştutqartda “Arena Ştutqart” (hər ikisi Almaniya), Qlazqoda “Hampden Park” (Şotlandiya), Sevilyada “Ramon Sançes Pisxuan” stadionu (İspaniya) və İstanbulda “Beşiktaş Arena” (Türkiyə) da namizəddi.
 
Qeyd edək ki, final oyunlarının ev sahibinin adına bu ilin sentyabrında aydınlıq gələcək. (Apasport.az)
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31