4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Ölkə futbolu

“Neftçi” məğlubiyyətdən qaçdı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi” çalışmalarını davam etdirir. 
 
Futbolxeber.az-ın məlumatına görə, “ağ-qaralar” hazırlıq çərçivəsində dördüncü yoxlama oyununu keçirib. Bakılılar Rusiyanın "Tosno” klubu ilə qarşılaşıb. "Bellis Deluxe” otelinin meydançasında baş tutan görüş 2:2 hesablı bərabərliklə nəticələnib. "Neftçi”nin qollarını Ramon Kordoza (17-ci dəqiqə) və Murad Ağayev (90+1-ci dəqiqə - pen.) vurublar.
 
Xatırladaq ki, "Neftçi" bundan əvvəlki yoxlama görüşlərində Türkiyənin "Sivasspor" klubu ilə qolsuz heç-heç edib, Özbəkistan "Nasaf"ına 0:1, Albaniyanın "Kukesi" klubuna isə 2:4 hesabı ilə məğlub olub.
 
Qeyd edək ki, “Neftçi” oyunda bu heyətlə çıxış edib: 53.Maksim Vaylo, 29.Georgi Navalovski, 3.Jairo Rodriges, 25.Kirilo Petrov, 6.Pavel Dreksa, 15.Ruslan Abışov (K) (13.Murad Ağayev, 75), 8.Zdenek Folprext, 17.Rəhman Hacıyev, 9.Namiq Ələsgərov (10.Cavid İmamverdiyev, 69), 11.İqnasio Herrera (19.Fəhmin Muradbəyli, 56), 14.Ramon Kardozo (23.Tərzin Cahangirov, 76).
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31