Ölkə futbolu
“Zaqatala” “Simurq”u unutdurub TƏƏSSÜRAT
Peşəkar Futbol Liqası və “Topaz”ın dəstəyi ilə jurnalistlərin bölgələrə səfərləri davam edir. Növbəti belə səfər dünən baş tutdu. Bu dəfə yolumuz Zaqatalaya idi.
FUTBOLÇU-SÜRÜCÜ
Son Şəmkir səfərində jurnalistərin sayının az olması səbəbindən bu dəfə bizi Zaqatalaya böyük avtobus deyil, Mercedes sprinter aparırdı. Yola düşdükdən az sonra PFL-in İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevin səsi eşidildi: “Uşaqlar, ilk xəbər hazırdı”. Məlum oldu ki, sprinterin sürücüsü keçmiş futbolçudu. Söhbət vaxtı ilə "Qartal", "Pambıqçı", Jitonmir ÇSKA-sında forma geymiş İlqar Məmmədovdan gedir.
DOMİNODA BİZƏ RƏQİB TAPILMADI
Zaqatalaya yolun uzaq olacağı əvvəldən məlum idi. Bu səbəbdən də yolda domino oynamaqla vaxt öldürməyə çalışırdıq. İdman mediasının dominodakı mübarizəsi kifayət qədər maraqlı alındı. Buna baxmayaraq, təvazökarlıqdan uzaq olsa da, deyim ki mən və həmkarım Emin Səfərova bu oyunda rəqib tapılmadı. Bütün cütləri məğlub etdik. İnsaf naminə ən güclü rəqiblərimizin Aslan Şahgəldiyev və Mirağa Mirzəyev olduğunu deməliyik. Lakin onlar da sonda təslim oldular.
Yolda yeganə qanqaraldıcı məqam həmkarımız Rauf İsgəndərovun özünü pis hiss etməsi idi. Sonda o, Qəbələdən geri qayıtmaq qərarına gəldi ki, İlkin Baba da onu yalnız buraxmadı.
ZƏDƏLİ MÜKAFATÇI
Budəfəki səfər üçün Zaqatalanın seçilməsi təsadüfi deyildi. Belə ki, PFL-in layihəsi olan “I Divizionda ayın ən yaxşı qolu” nominasiyasında ikinci qalib “Zaqatala”nın üzvü Emin Mehtiyev idi. Jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, “Zaqatala”nın futbolçusunun MOİK-in qapısından keçirdiyi top oktyabr ayının ən yaxşı qolu seçildi.
Matçdan öncə qalibə pul mükafatını (500 AZN) və xüsusi hədiyyəni Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov təqdim etdi. Zədəli olduğu üçün “Ağsu”ya qarşı oynamayan Mehtiyev mükafatı idman geyimində qəbul etdi.
Hələ Şəmkirə baş tutan ötən səfərimizdən sonra da yazmışdıq ki, PFL-in bu təşəbbüsü alqışlayiqdir. Söhbət təkcə mətbuatın I diviziona diqqəti artırmasından getmir. Bu layihə həm də Emin Mehtiyevin dediyi kimi, batmaqda olan futbolçuların üzə çıxmasına, yenidən parlamasına kömək edir.
İNQİLAB DAYI DA UNUDULMADI
Emin Mehtiyevdən sonra daha bir şəxs mükafatına qovuşdu. Bu, futbol aləmində çoxlarının tanıdığı, sosial şəbəkədə kifayət qədər fəal olan “Zaqatala”nın sadiq azarkeşi İnqilab Soltanov idi. İnqilab dayının 57 yaşı tamam oldu. “Zaqatala” rəhbərliyi də bu hadisəyə biganə qalmadı. Belə ki, klubun Müşahidə Şurasının rəhbəri Musa Qurbanov səbəbkara ad gününə uyğun 57 yazılmış formanı təqdim etdi.
Biz də öz növbəmizdə İnqilab dayını şam süfrəsi arxasında təbrik etdik. Onun “Zaqatala”ya olan sevgisi hər birimizə məlumdur. Bu cür fanatların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır.
“ZAQATALA”NI SEVMƏK ÜÇÜN 2 CİDDİ SƏBƏB
Zaqatalada sonuncu dəfə 2015-ci ilin əvvəlində olmuşdum. Həmin vaxt yerli “Simurq” Draqan Çeranın dublu sayəsində “Qəbələ”ni 2:0 hesabı ilə məğub etmişdi. Geridə qalan müddətdə çox şey dəyişib.
Əvvəla, artıq “Simurq” yoxdur. Tarixin yaddaşına köçən klubu “Zaqatala” əvəzləyib. Üstəlik, hazırda klubun əsasını yerlilər təşkil edir. Klubun rəhbəri, baş məşqçisi, məşqçiləri, futbolçuların bəziləri əslən Zaqataladandır. Bu isə Zaqatala əhalisinin komandaya olan marağını daha da artırır. Yəni, adla yanaşı, yerlilərin çoxluğu “Zaqatala”nı sevdirən vacib məqamdır. Zaqatalada futbolu o qədər sevirlər ki, 35-40 yaşlı kişilər əyinlərindəki gödəkçəni çıxarıb, soyuqdan donan azyaşlılara verirlər...
2 il əvvəllə müqayisədə dəyişməyən əsas məqam zaqatalalıların futbola olan marağıdır. Düzdür, dünən şəhər stadionunda anşlaq yaşanmadı. Amma yenə də stadiona toplaşanların sayı bir çox Premyer Liqa matçlarını izləyənlərdən daha çox idi.
QONAQPƏRVƏR MUSA QURBANOV
Zaqatala şəhər stadionunda bizləri İnqilab Soltanov və klubun Müşahidə Şurasının sədri Musa Qurbanov qarşıladı. Musa bəyin jurnalistlərlə bir-bir görüşməsi, onları salamlaması xoş mənzərə idi. Kimin üçünsə bu, adi görünə bilər. Məsələ ondadır ki bu günə qədər Zaqatala da daxil olmaq dəfələrlə bölgələrə səfərimiz olub. Lakin klub rəhbərinin jurnalistləri şəxsən qarşılaşması ilə ilk dəfə idi ki qarşılaşırdıq.
Elə matçın fasiləsində də, 90 dəqiqənin sonunda da Musa bəy jurnalistlərlə maraqlanır, hər hansı bir problemin olub-olmadığını soruşurdu.
“ZAQATALA” QARŞISIALINMAZDIR?!
“Ağsu” üzərində 3:1 hesablı qələbə qazanan “Zaqatala” ardıcıl 8-ci oyunda da aktivinə 3 xal yazdı. Şaban Şirdanovun komandası sonuncu dəfə IV turda “Şəmkir”ə 1:2 hesabı ilə uduzub. Son turlar inamla irəliləyən “Zaqatala” əsas rəqibləri üzərində də qələbələri sıralayır. Heyətində kifayət qədər təcrübəli futbolçu olan komanda oyun baxımından hətta hazırda çempionatın lideri olan “Turan Tovuz”dan da geri qalmır. Əksinə, bəzi komponentlərdə rəqibindən üstün də görünür.
Bir sözlə, Şaban Şirdanovun komandası artıq qarşısıalınmaz kollektivə çevrilib. Bu gedişlə “Zaqatala”nı növbəti mövsümdə Premyer Liqada görəcəyik. Əminliklə söyləmək olar ki, komanda bu rəhbərliklə, bu baş məşqçi ilə, bu futbolçularla yüksək liqada oynamağa layiqdir.
Sonda Zaqatalaya səfərimizi təşkil edən PFL və Topaz rəhbərliyinə təşəkkür edirik.
İBRAHİM
Bakı-Zaqatala-Bakı
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA Əliyar Ağayevi cəzalandırdı - FOTOFAKT
- “Cəbrayıl”ın tapıntısı: “Daha da yaxşı olmaq üçün dayanmadan çalışıram”
- Fazil Mustafa: “Qarabağ” çempionluğu “Kəpəz”ə uduzanda əldən verdi”
- Vernidub: “Əlimi ürəyimin üstünə qoyub həmin matçları səbirsizliklə gözləyirəm”
- Hamı yaxşı, bircə Əliyar pisdir?
- Millimiz Gürcüstana məğlub oldu
- “Neftçi”nin oyunlarında 5 il əvvəl də VAR yox idi, indi də...
- Kölgədə qalmaq
- İfeanyi Metyu: “Bu gərgin qrafikdə azarkeşlərin dəstəyinə çox ehtiyacımız var”
- "Şəki" Azərbaycan Basketbol Liqasında pley-offa yüksəlib
- Etirazın cəzası məlum oldu - 15 min manat
- PSJ "Liverpul"u məğlub etdi
- “Ayın qolu” layihəsində mart ayının qalibləri müəyyənləşib
- Vensan Abubakar: “Qarşıdakı hər matç "Neftçi" üçün finaldır”
- “Neftçi”nin hədəfi qarşıdakı 4 oyunun 4-də də qalib gəlməkdir”
-
16:00
Emil Balayev: “Neftçi” azarkeşləri həqiqətən də tribuna cədvəlinin liderləridirlər”
-
15:44
PSJ qələbəni əldən verdi VİDEO
-
15:21
"Şalke" Bundesliqaya qayıtdı
-
15:09
"Barselona" sonda sevindi VİDEO
-
14:53
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
14:35
"Napoli"dən xal itkisi VİDEO
-
14:18
Millimizin müdafiəçisi darmadağına sevindi
-
14:00
"Atalanta" öz meydanında büdrədi VİDEO
-
13:47
Zamiqin komandasından ardıcıl dördüncü məğlubiyyət
-
13:22
"Bayer Leverkuzen"dən 4 qollu qələbə VİDEO
-
13:06
Renat xilaskar ola bilmədi
-
12:54
"Bavariya" 100-cü dəqiqədə məğlubiyyətdən qaçdı VİDEO
-
12:31
Mahirsiz “Kayzerslautern”dən növbəti məğlubiyyət
-
12:19
"Arsenal" ilk hissədə istəyinə çatdı VİDEO
-
11:43
Polşa kubokunun qalibi müəyyənləşdi
-
11:25
"Ayaks" - PSV matçında 4 qol VİDEO
-
11:08
Vüsal İsgəndərli üçün 79 dəqiqə
-
10:54
"Trabzonspor" azlıqda məğlubiyyətdən qaçdı VİDEO
-
10:32
Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
-
10:17
Taliskanın het-triki VİDEO
-
10:00
Patrik Andrade: “Problem zəif oyunumuzdadır”
-
09:46
"Qalatasaray" Samsunda böyük hesabla uduzdu VİDEO
-
21:29
"Sumqayıt"dan hakimlərə etiraz
-
21:13
Andrey Demçenko: “İstəksiz futbol oynamırlar”
-
20:57
Yevlaxda 2 penalti, 3 qol VİDEO
-
20:30
“Kəpəz” və "İmişli" qalib gəldi
-
19:49
Azər Bağırovdan qələbə şərhi
-
19:21
Veliçko Kaplanoviç: “Hər dəfə "Sumqayıt"a qarşı belə halların niyə baş verməsini başa düşmürəm”
-
18:56
“Qarabağ” Beynəlxalq Xalça Festivalı 2026-da FOTOLENT VİDEO
-
18:14
3 kluba 1 stadion – AFFA-nın “inkişaf strategiyası” budur?
-
17:42
"Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
-
17:35
Sumqayıtda heyətlər müəyyənləşdi
-
16:58
"Böyük Dəbilqə": Rəşid Məmmədəliyev “bürünc” qazandı
-
16:23
"Sumqayıt" itki ilə üzlıəşdi
-
15:00
“Kəpəz” - “Sumqayıt”: Heyətlər açıqlandı
-
13:19
Bakı bulvarında yelkən yarışına start verilib
-
12:41
Arda Güler ayın ən yaxşısı seçildi
-
12:06
Günün canlı yayımlanacaq oyunları- TV AFİŞA
-
11:52
"Lids" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:27
İmad Faraj: "Neftçi" 1:5 hesabı ilə uduza bilməz”
-
10:34
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərin arasında növbəti minifutbol turniri təşkil olunub
-
10:03
61 ildən sonra ölkə kubokunu qazandılar
-
09:48
"Beşiktaş"dan səfər qələbəsi VİDEO
-
20:06
Falaye Sako: “Belə olan halda "Neftçi" Avropada çıxış edə bilər”
-
19:24
"Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirində 185 boksçu mübarizə aparacaq
-
18:57
"Böyük Dəbilqə": Cüdoçularımız ilk gündə medalsız qaldılar
-
18:13
Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib
-
17:49
Avarçəkmə və kanoe üzrə "Prezident Kuboku"nun qalibləri mükafatlandırılıblar
-
17:32
Bakı-Xankəndi velosiped yarışının tanıtım videosu beynəlxalq telekanallarda nümayiş olunur VİDEO
-
17:00
II Liqada hakim təyinatları
03.05.2026
02.05.2026
01.05.2026























