Ölkə futbolu
Mərkəzi oyuna sözardı: “Səbail”in ilk “üçlüy”ə düşməsi çətin görünür
Dünən I divizonda 11-ci turun mərkəzi oyununda “Səbail” öz meydanında “Zaqatala”nı qəbul edirdi. 10 turdan sonra hesabında 22 xal olan komandaları lider “Turan Tovuz”dan cəmi 4 xal ayırırdı. Tovuz klubunu bu tur səfərdə MOİK-lə çətin oyun gözləyir. Üstəlik, “Səbail” - “Zaqatala” oyununa qədər ilk “üçlüy”ə iddia edən “Şəmkir” və “Ağsu” 11-ci turdakı qarşılaşmalarını qələbə ilə başa vurmuşdular. Bütün bunlar “Bayıl Arena”dakı matçın əhəmiyyətini daha da artırırdı. Qələbə qazanan tərəf kifayət qədər üstünlük qazanacaqdı. Məğlub olan tərəf isə çox şey itirəcəkdi...
TƏRƏFLƏRDƏN HEÇ BİRİ DƏSTƏKSİZ QALMAMIŞDI
Oyuna maraq az deyildi. Hər iki komandanın azarkeşləri tribunada yerlərini tutmuşdular. Son 3-4 oyunda olduğu kimi, “Səbail”in əsasən azyaşlılardan ibarət fan-klubu bu dəfə də komandanı sona qədər dəstəklədilər. Bakıya qədər uzunyol qət edən “Zaqatala” fanatları da 90 dəqiqə ərzində susmaq bilmirdilər.
Matçı izləyənlər arasında Məşqçilər Komitəsinin üzvlərindən Ağasəlim Mircavadov, Şakir Qəribov, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, veteran futbolçulardan Asim Xudiyev, Bəxtiyar Musayev və digərləri var idi.
ƏN YAXŞI QOL VURANLARIN MÜBARİZƏSİ
Bu oyuna marağı artıran bir məqam da PFL-in I divizonda keçirdiyi ayın ən yaxşı qol soğrusu ilə bağlı idi. Belə ki, PFL-in saytında keçirilən sorğuda “Səbail”dən Anar Babayev I yeri tutmuşdu. O, gərgin mübarizədə “Zaqatala”lı Cavad Kazımovu qabaqlamışdı. Ümumilikdə, 2 futbolçuya 150 mindən çox səs gəlmişdi. Jurnalistlərin və PFL-in əməkdaşlarının sorğusunda isə qalib “Zaqatala”nın digər oyunçusu Emin Mehtiyev olduöundan yekun nəticədə birinci yeri məhz o tutmuşdu. Bir sözlə, ötən ay vurulan ən yaxşı 5 qoldan 3-ü matçın iştirakçıları arasında idi. Babayev və Mehtiyev start heyətində yer almışdı. Amma çox keçmədən Mehtiyev zədələnərək, yerini Kazımova verdi. İrəli gedərək qeyd edək ki, matçın taleyini həll edən qolu da məhz Cavad vurdu.
ERKƏN QOL “SƏBAİL”A KÖMƏK OLMADI
Qarşılaşma ilk dəqiqələrdən sürətli start götürdü. Çox keçmədən qonaqlar hesabı aça bilərdilər. Lakin “Səbail”in qapıçısı təkbətək epizodda komandasını real qoldan xilas etdi. Cavabında meydan sahibləri hesab açdılar. Ramazan Abbasov “Səbail”i hesabda önə keçirdi. Amma bu, qələbə üçün kifayət etmədi. Oyunun 33-cü dəqiqəsində uzun reyd edən Ruslan Tağızadə baxımlı qola imza atdı. İkinci hissədə isə “Zaqatala” qələbə qolunu vurdu.
Kifayət qədər maraqlı alınan oyunun nəticəsini ədalətli saymaq olar. Hər halda, Zaqatala təmsilçisi rəqibdən daha yaxşı təsir bağışlayırdı.
EYNİ KLUBUN YETİRMƏSİ OLAN KAPİTANLAR
Oyunun keyfiyyətini artıran məqamlardan biri də hər iki tərəfdə kifayət qədər Premyer Liqa təcrübəsi olan futbolçuların çoxluğu idi. Bu baxımdan “Zaqatala”dan Amil Ağacanov, Ruslan Tağızadə, Emin Mehtiyev, Hacı Əhmədov, Vadim Abdullayev, Oruc Balaşlı, “Səbail”dən Saşa Yunisoğlu, Ramazan Abbasov, Orxan Səfiyaroğlu və başqalarını qeyd etmək olar.
Amil Ağacanov bir neçə epizodda inamlı oyunu ilə komandasını qoldan xilas etdi. “Səbail”dən isə Saşa Yunisoğlu həmişə kimi seçilirdi. Standart vəziyyətlər zaman irəli atılan futbolçu ikinci hissədə bir epizodda sürüşmə fəndini o qədər gözəl yerinə yetirdi ki, alqışlamamaq qeyri-mümkün idi.
Bir diqqət çəkən məqam da hər iki komandanın kapitanının eyni klubun - “Bakı”nın yetirməsi olması idi. Ramazan Abbasov uzun illər “zolaqlılar”ın uğurları üçün çalışıb. Hacı Əhmədov da “Bakı”da uğur qazanmağı bacarıb. Erkən yaşlarından əsas komandaya cəlb olunan Əhmədov, ölkə kuboku və Premyer Liqanın gümüş medallarına sahib çıxıb.
“ZAQATALA” ÇEMPİONLUĞUN ƏSAS FAVORİTİDİR?
2:1 hesabı ilə qalib gələn “Zaqatala” ardıcıl 7-ci oyunda da aktivinə 6 xal yazdı. Şaban Şirdanovun komandası sonuncu dəfə IV turda “Şəmkir”ə 1:2 hesabı ilə uduzub. Son turlar inamla irəliləyən “Zaqatala” əsas rəqibləri üzərində də qələbələri sıralayır. Heyətində kifayət qədər təcrübəli futbolçular olan komanda oyun baxımından hətta hazırda çempionatın lideri olan “Turan Tovuz”dan da geri qalmır. Əksinə, bəzi komponentlərdə rəqibindən üstün də görünür.
“Səbail” haqda isə eyni sözləri demək çətindir. 5 turdan sonra uduzan Elman Sultanovun komandasında məşqçi işi görünmür. Ümumi götürdükdə, “Səbail”in heyəti heç də zəif deyil. Komandanın şəraiti də yüksək səviyyədədir. Kub rəhbərliyi uğur qazanmaq üçün əlindən gələni edir. Gəl ki, 11 turdan sonra komanda ümidləri doğrultmur. Bu gedişlə, “Səbail”in mövsümün sonunda ilk “üçlüy”ə düşməsi çətin görünür.
FUTBOLXEBER.AZ
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- Nuriyev Macarıstan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
-
11:08
Azərbaycan və Dünya Atletikası arasında əməkdaşlıq müzakirə edilib
-
10:55
Voleybol millimiz Bakıda iki yoxlama oyunu keçirib
-
10:31
Ramon Maçadonu yeni klubu müəyyənləşdi
-
10:19
Nuriyev oynadı, komandası uduzdu
-
10:00
Azərbaycan cüdoçusu Avropa Kubokunda bürünc medal qazanıb
-
18:00
"Arsenal"dan növbəti transfer
-
17:35
Messinin atası vəfat edib
-
16:08
Koxalski “Qarabağ”dan ayrılmağa yaxındır
-
15:26
Qızlardan ibarət basketbol millimiz Estoniyaya qalib gəlib
-
14:51
"Mançester Yunayted" onunla vidalaşdı
-
13:42
“Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
-
13:14
"Ganja Cup 2026" üzgüçülük yarışı keçirilib
-
11:39
Zidanın oğlunun yeni klubu müəyyənləşdi
-
10:57
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:23
II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
-
09:00
Elvin Yunuszadənin debütu uğursuz alındı
-
08:45
Nəriman rəsmən “Erzurumspor”da
-
21:27
Yuri Vernidub: “Məsuliyyət tamamilə mənim üzərimdədir”
-
21:00
Azərbaycan stolüstü tennisçiləri Türkiyədə beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
-
20:39
Qızlardan ibarət basketbol millimiz Şimali Makedoniyaya qalib gəlib
-
20:16
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
-
19:48
Cüdoçularımız üçün dünya çempionatı öncəsi seminar təşkil olunub
-
19:35
Qazaxıstan millisinin baş məşqçisi müəyyənləşdi
-
18:53
Musa Qurbanlı: “Bizim xarakterimizdə təslim olmaq yoxdur”
-
18:24
Elnur Abdullayev: “Özümə və komandama güvənirəm”
-
18:01
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
-
17:48
“Gələcəkdə Qubada Avropa standartlarına cavab verən stadionumuzun olmasını istəyirik”
-
17:17
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
-
17:00
"Səbail" 5 legionerlə müqavilə imzaladı
-
16:36
"Səbail"in İdarə Heyətinin üzvləri açıqlandı
-
16:29
Mirzə Bayrampur: “Hədəflərimiz böyükdür”
-
15:45
Azərbaycanın gənc qolfçusu beynəlxaq turnirin qalibi olub
-
15:13
Tanınmış klubun baş məşqçisi xəstəxanaya yerləşdirilib
-
14:52
Ponomarenko “Qarabağ”a vurduğu qoldan danışdı
-
14:34
“Gəncə”də yeni müqavilə
-
14:08
Bədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı başa çatıb
-
13:41
Bakı "Azerbaijan Junior Open 2026" beynəlxalq turnirinə ev sahibliyi edəcək
-
13:27
“Qarabağ” hələ tam hazır deyil, amma çox təhlükəlidir”
-
13:00
Azər Məmmədov: "Gəncə stadionunu tam dolduracağıq"
-
12:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:59
"Karvan-Yevlax"dan qapıçı transferi
-
11:13
Murad oynadı, “Pafos” uduzdu
-
10:45
"Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib
-
10:22
"Qarabağ"ın məğlubiyyəti VİDEO
-
10:08
Azərbaycan UEFA reytinqində neçəncidir?
-
09:54
Mahir İsveç klubuna qarşı 90 dəqiqə oynadı
-
09:31
"Qarabağ"ın potensial rəqiblərinin qarşıdurmasında darmadağın
-
09:17
İqor Kostyuk: "Qarabağ"a daha çox qol vura bilərdik"
-
09:00
Qurban Qurbanov: “Hücumda bir az aqressivlik çatmadı”
-
22:56
“Qarabağ” “Dinamo”ya məğlub oldu
09.08.2026
08.08.2026
07.08.2026
06.08.2026
























