6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

"Qarabağ"ın istəyi qəbul olundu: növbəti oyunun yeri və vaxtı dəyişdi

Azərbaycan Premyer Liqasının IV turunda "Qarabağ" AZAL-ı qəbul edəcək. “Qarabağ”ın rəsmi saytının yaydığı məlumata görə, qarşılaşma Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"da keçiriləcək və sentyabrın 9-u saat 18:30-da start götürəcək. Haazırda "Azərsun Arena"nın ot örtüyündə yeniləmə işləri aparıldığı üçün “Qarabağ” rəqibini "Əlincə Arena"da qəbul edəcək.

Maraqlıdır ki, PFL-in rəsmi saytında bu matça AZAL-ın ev sahibliyi edəcəyi və qarşılaşmanın sentyabrın 10-da keçiriləcəyi qeyd olunub.

Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Futbolxeber.az saytına açıqlamasında məsələyə belə aydınlıq gətirdi: “Qarabağ” oyunun vaxtını və yerinin dəyişdirilməsi ilə bağlı PFL-ə müraciət etdi. Biz də bu müraciəti qəbul etdik. Alınan qərara əsasən, meydan sahibi “Qarabağ” olacaq və qarşılaşma sentyabrın 9-da baş tutacaq”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31