Ölkə futbolu
“Qəbələ” sübut edib ki, rəqiblərin adı önəmli deyil”
"Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədovun müsahibəsi
- Avropa Liqasının qrup mərhələsində “Maynz”, “Anderlext” və “Sent Etyen”lə mübarizə aparacaqsınız. Rəqiblərinizi necə qiymətləndirirsən?
- Qrup mərhələsində bütün rəqiblər güclü olur. Bundan güclü komandalar də ola bilərdi, zəif də. İndi qarşımıza çıxan rəqiblər haqda düşünmək lazımdır. Onların güclü və ya zəif olmasının fərqi yoxdur. Bura qədər gəlmişik. Demək olar ki, işimizin bir hissəsini yerinə yetirmişik. Ən azından qrup oyunlarında da azarkeşlərimizi sevindirmək istəyirik.
- “Qarabağ”la müqayisədə “Qəbələ”nin daha çətin qrupa düşdüyünü demək olar?
- Bunu kimlərsə qıraqdan baxıb deyə bilər. Ancaq daha dəqiqini ilk oyunlardan sonra biləcəyik. Zəif rəqibin Avropa Liqasının qrup mərhələsində nə işi var? Əslində deməzdim ki, ən çətin qrupa düşmüşük. “Mançester Yunayted”, “Fənərbaxça”, “Krasnodar” kimi güclü komandalara da rəqib ola bilərdik.
- “Anderlext” və “Sent Etyen” ölkəmizə daha əvvəl də səfər edib.
- Bəli, hər ikisi “Qarabağ”la oynayıb. Avrokuboklarda öz sözünü demiş komandalardır. Hamı onların gücünə bələddir. Hər iki komanda son vaxtlar güclü futbolçular transfer edib. Onların “Qarabağ”la oyunlarını izləmişdik. Ancaq indi fərqli oyun sistemləri ola bilər.
- “Qəbələ”nin “Lill” kimi güclü komandanı mübarizədən kənarlaşdırması qrup oyunlarında inamlı çıxışına səbəb ola bilər? Çünki “Lill” heç də “Sent Etyen” və “Anderlext”dən zəif deyildi.
- Çox güclü komandamız var. Bunu bütün oyunlarda göstərmişik. “Lill”i udmuşuqsa, bu rəqibləri niyə üstələməyək? “Lill” Fransa çempionatını 5-ci pillədə başa vurmuşdu. İndi istənilən komandanı məğlub etmək olar. Son vaxtlar komandaların adı önəm daşımır. Biz də bunu sübut etmişik. Adlı-sanlı komandaları mübarizədən kənarlaşdırmışıq. Niyə də qrupdan çıxmayaq?
- Üstəlik bilirsiniz ki, digər Azərbaycan klubu “Qarabağ” həm “Sent Etyen”, həm də “Anderlext”dən xal almağı bacarıb.
- Təbii ki, bu da komandada özünəinam yarada bilər. Ancaq komandalar ildən-ilə daha da təkmilləşir.
- Bəs, “Qəbələ”ni ötən mövsümlə necə müqayisə edərdin?
- Ötən mövsüm də yaxşı komandamız var idi. İndiki futbolçuların çoxu ötən il də heyətdə idi. Onda da hamı “Qəbələ”nin yaxşı komanda olduğunu deyirdi. Düzdür, çempionatda enişli vaxtlarımız oldu. Ancaq deməzdim ki, komandamız zəif idi. Məncə, oyunumzda elə də dəyişiklik yoxdur. Hələ ki, ötən ilki uğurumuzu təkrarlamışıq. Ancaq bu dəfə qələbələrimiz çox oldu.
- Səncə, rəqiblər də “Qəbələ”dən çəkinir?
- Təbii ki, biz qrup mərhələsinə qədər böyük yol keçmişik. Rəqiblər hansı komandaları mübarizədən kənarlaşdırdığımızı görür. Onu da bilirlər ki, ardıcıl iki ildir ki, I təsnifat mərhələsindən qrup mərhələsinə qədər irəliləyirik. Bunu bacarmaq asan deyil.
- Ötən il ölkə çempionatında işləriniz o qədər yaxşı getmirdi. Bu il nə gözləmək olar “Qəbələ”dən?
- İnanırıq ki, bu il həmin uğursuzluqla üzləşməyəcəyik. Artıq o səhvləri təkrarlamarıq. Baş məşqçimiz də ağıllı mütəxəssisdir. Yəqin indi başqa planları var. Hər iki cəbhədə mübarizə aparmaq çətindir. Ancaq bu dəfə öhdəsindən gələrik. Ötən il ilk dəfə idi ki, həm çempionatda, həm də Avroliqada oynayırdıq. Artıq müəyyən təcrübə də əldə etmişik.
- “Qəbələ”nin çempionluğu yetişib?
- Çempion olmağa çalışırıq. Qarşımıza qoyulan məqsəd də budur. Sözlə yox, əməlimizlə etməliyik. Bəli, artıq çempionluğun vaxtıdır.
Mənbə: qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- Əfran İsmayılovun israfçılığı...
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
18:54
Mingəçevir Reqatası: Avarçəkənlərimiz daha 7 medal qazanıblar
-
18:26
Voleybol oyununa görə "Turan Tovuz" oyununun yeri dəyişdirildi
-
18:12
PFL I Liqada 15 oyunun vaxtını açıqladı
-
18:00
İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
17:47
Boksçularımız U-17 Avropa çempionatında iştirak edəcəklər
-
17:33
"Mingəçevir Reqatası-2026": Daha bir idmançımız qızıl medal qazanıb
-
17:21
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “ustad dərsləri”
-
16:59
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
-
16:48
U-20-nin oyunları canlı yayımlanacaq
-
16:05
Canninin gəlişindən sıxılan canlar
-
15:36
Bu federasiyaya yeni prezident seçildi
-
15:14
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
-
14:52
Toni Doherti: “Azərbaycana qarşı hücum futbolu oynayacağıq”
-
14:27
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
-
14:00
"Zirə"nin üzvləri üçün maarifləndirici sessiya təşkil olunub
-
13:41
"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
-
13:13
"Mingəçevir Reqatası-2026": Təmsilçilərimiz daha üç medal qazanıblar
-
12:59
Kökçü millinin düşərgəsindən ayrıldı
-
12:38
Yunanıstan - Latviya oyunu azərbaycanlı hakimlərə tapşırıldı
-
12:05
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:46
İspaniya - Xorvatiya matçında 5 qol VİDEO
-
11:22
Anje Mutsinzi: 90 dəqiqə, sarı vərəqə və 3 xal
-
10:54
“Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
-
10:31
Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
-
10:17
"Mingəçevir Reqatası-2026": İkinci mərhələyə start verilir
-
10:00
Azərbaycan klublarının rəsmiləri mötəbər tədbirdə iştirak ediblər
-
09:43
"Zirə"nin futbolçusu millidə qol vurdu
-
09:29
U-21 millimiz Şotlandiyaya qarşı
-
20:33
Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib FOTOLENT
-
19:00
II Liqada V tura yekun vuruldu
-
18:14
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
-
17:41
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
-
17:22
IX turun oyun cədvəli açıqlanıb
-
16:59
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
-
16:37
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib
-
16:15
“Araz”, “Damla” və “Xəzər”
-
15:48
NTD daha üç yerli basketbolçunu heyətinə qatıb
-
15:26
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
15:00
PFL Premyer Liqada təxirə salınmış 2 oyunun vaxtını açıqladı
-
14:34
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
-
14:03
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:41
"Sumqayıt"dan növbəti transfer
-
13:12
Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
-
12:57
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi
-
12:39
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
12:25
Dövlət başçısının FIFA prezidenti ilə görüşündən FOTOLENT
-
12:18
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
-
12:00
Yamaykadan “Qarabağ”a məyusedici xəbər
-
11:46
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
-
11:24
Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
30.09.2026
29.09.2026
























