5 Noyabr 2026, Cümə axşamı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi

Ölkə futbolu

UEFA “Qarabağ”ın qələbəsinə şahidlik edən hakimi Bakıya göndərir

Avroliqanın pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” - “Göteborq” matçını rusiyalı Vladislav Bezborodov idarə edəcək. Futbolxeber.az saytının məlumatına görə, 43 yaşlı hakim artıq 7 ildir ki, FİFA referisi statusunu daşıyır. Bezborodov 3 dəfə Azərbaycan klubunun oyununu idarə edib. İlk belə hal 2009-cu ildə keçirilən “Birlik Kuboku”na təsadüf edib. Həmin vaxt rusiyalı referinin idarə etdiyi oyunda “İnter” əvvəlcə qrup mərhələsində “Ventspils”i 2:0 hesabı ilə məğlub edib. Daha sonra isə finalda Soliqorsk “Şaxtyor”u ilə matçda təmsilçimiz penaltilərlə sevinib.

Ötən mövsüm isə Avroliqanın pley-off mərhələsinin ilk matçında Bezborodovun idarə etdiyi görüşdə “Qarabağ” səfərdə “Yanq Boyz”u 1:0 hesabı ilə məğlub edib. 2015-ci il, avqustun 20-də keçirilən oyunda rusiyalı hakim “Qarabağ”ın 2 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30