6 Mart 2026, Cümə
Kubokda yarımfinalçılar müəyyənləşdi
Azər Bağırov: “Bu, adamı üzür”
“Neftçi”yə sahib çıxmaq zamanı
Kadi: "Biz bunu bacararıq"

Ölkə futbolu

Araz Abdullayev: “Şkendiya”nı bu heyətlə də keçə bilərik”

“Komandamızda hamı sabahkı oyunun mahiyyətini başa düşür. “Şkendiya” üzərində qələbə komandadakı özünəinamı daha da artıracaq. Çalışacağıq ki, komanda şəklinbdə oynayaq və qələbə qazanaq". Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin kapitanı Araz Abdullayev deyib.

Sabah “Neftçi” Avroliqanın II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında Makedoniyanın “Şkendiya” klubunu qəvbul edəcək. Oyunöncəsi mətbuat konfransına qatılan Araz Abdullayev rəqibi mübarizədən kənarlaşdıracaq gücdə olduqlarını vurğulayıb: “Balzan"la oyunun ilk hissəsində yaxşı oynadıq, amma ikinci hissədə oyunu əldən verdik. Sabahkı oyunda bu səhvləri təkrarlamamağa çalışacağıq. İkinci mərhələni adlamaq istəyirik. Düşünürəm ki, hazırkı heyətlə də “Şkendiya”nı keçə bilərik. Komanda bunu istəməlidir. Qələbə üçün meydana çıxanda can qoymaq lazımdır. Rəqibin oyununu izləmişik. Bu komandanı udmaq olmaz deyə bir şey yoxdur. Yaxşı hazırlıq sayəsində istənilən nəticəni qazanmaq olar. Oyunumuzu meydanda göstərə bilərik”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31