Ölkə futbolu
Qriqorçuk: “Qələbəmizə inanırıq”
İyunun 30-da UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşacaq. Futbolxeber.az saytının məlumatına görə, bu gün “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Qısa müddətdə qarşılaşmaya mümkün qədər yaxşı hazırlaşmışıq. Gürcüstanda baş tutan təlim-məşq toplanışı əla keçdi. Heyətdə dəyişikliklər olduğundan nə dərəcədə güclü olduğumuzu deyə bilmərəm. Özüm üçün də sabah necə oynayacağımız maraqlıdır. Amma onu deyə bilərəm ki, yeni futbolçulardan, onların meydandakı bacarığından razıyam. Onların məşq və yoxlama oyunlarında göstərdikləri tələblərimizə və üslubumuza uyğundur. Bunun sabahkı matçda da belə olacağına ümid edirəm. Start heyəti ilə bağlı çox variantımız yoxdur. Bizə klubun gənc yetirmələri qoşulub. Onlara inanırıq. Amma sabahkı oyuna hamısı hazır deyil. Ümumilikdə isə komandaya gec qoşulan bəzi oyunçular istisna olmaqla, yetirmələrim matça hazırdır. Yaxşı futbol göstərib, lazım olan nəticəni qazanacağımıza inanıram. Hücum xətti əsasən yeni oyunçulardır. Bu futbolçuları seçib götürmüşük və onlara güvənirik. Onlar komandanın oyun üslubunu yaxşı başa düşür və bunu sabah meydanda da göstərməlidir”.
Baş məşqçi rəqib haqda fikirlərini açıqlayıb və uğur qazanmaq üçün hücum xəttinin oyununun vacibliyini qeyd edib: “Rəqibi yaxşı təhlil etmişik. “Samtredia” çox yaxşı komandadır. Fərdi ustalığa malik oyunçular inamlı çıxış edir və komandada uyğunlaşma yüksək səviyyədədir. Bu bizim üçün çətinlik yaradacaq. Çünki kombinasiyalı futbol nümayiş etdirən komandaya qarşı oynamaq çətindir. Düşünürəm ki, bunun öhdəsindən gələ bilərik. Yaxşı nəticə qazanmaq üçün isə özümüz hücumda yaxşı oynamalıyıq. Matçın taleyi də bizim ön xətdəki oyunumuzdan asılı olacaq”.
Ukraynalı mütəxəssis cütün favoriti olmadığını da bildirib: “Bu cütdə favorit görmürəm. İki bərabərsəviyyəli komanda üz-üzə gələcək. Bu üzdən də şanslar da bərabərdir. Biz qələbəmizə inanırıq və bunun üçün əlimizdən gələni edəcəyik. Əsas matça düzgün hazırlıqlı olmaqdır. Hər hansı psixoloji təzyiqdən söhbət gedə bilməz. Əminəm ki, hər futbolçumuz qələbəyə inanır. Eyni səviyyəli rəqiblərin mübarizəsində matça daha yaxşı hazırlaşan komanda qələbə qazanacaq".
gabalafc.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Millimizə Andorra ilə oyuna görə texniki məğlubiyyət veriləcək?
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- "Beşiktaş" Konyadan 3 xalla qayıtdı
- "Liverpul"dan "Mançester Yunayted"ə 4 cavabsız qol
- Avro-2028: Millimiz 5-ci səbətdə
- Millimiz FIFA reytinqində irəlilədi
- Gəncədə qalib aşkarlanmadı
- "Trabzonspor"dan tək qollu qələbə
- "Yuventus" ikinci hissədə coşdu
- U-20 millimiz İraqa qalib gəldi
-
20:56
“Neftçi” "Zirə”ni məğlub etdi
-
20:14
“Neftçi”nin oyununa gəldi, İstanbula bilet qazandı
-
18:33
Aleks de Souza bu klubun baş məşqçisi oldu
-
17:51
Yamal və Belingem bu ad uğrunda yarışacaq
-
17:25
Azərbaycan təmsilçisi Aydın Əlibəyov Moskvada beynəlxalq turnirin qalibi olub
-
17:00
Tresoldi üçün “Barselona”, “Bavariya” və “Arsenal” variantı
-
16:49
I Liqada 15 oyunun vaxtı açıqlandı
-
16:12
Batumidə saxlanılan "Beşiktaş" azarkeşləri sərbəst buraxılıb
-
15:58
Klub rəsmisi açıqladı - “Şirvan”da maliyyə problemi mövcud deyil
-
15:26
“Turan” İstanbulda çətin sınağa çıxacaq
-
15:03
Mourinyo və Flik ayın ən yaxşısı adına namizəddirlər
-
14:34
Azərbaycan Premyer Liqasının bəzi oyunlarında AVAR-2 hakimi də iştirak edəcək
-
14:11
İmaməddin Xəlilov Astanada bürünc medal qazanıb
-
13:45
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
-
13:00
Boksçularımız IBA Prezident kubokunda mübarizə aparacaqlar
-
12:27
"Şahdağ Qusar"dan vacib qələbə VİDEO
-
12:09
Millimizin hücumçusu “İnter” və “Yuventus”un hədəfində?
-
11:32
“Qarabağ” azarkeşlərə səsləndi: “Tribunada gözləyirik” VİDEO
-
11:18
"Neftçi" legioneri ilə yollarını ayırıb
-
10:46
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:23
"Trabzonspor"dan əzmkar qələbə VİDEO
-
09:54
Murad Məmmədov Konfrans Liqasında debüt etdi
-
09:31
Azərbaycan UEFA reytinqində neçəncidir?
-
09:15
"Beşiktaş" "Hapoel"i belə məğlub etdi VİDEO
-
19:00
"Neftçi" "Zirə" ilə oyuna hazırdır FOTOLENT
-
18:31
Güləş Federasiyasında veteran güləşçilərlə görüş təşkil edilib
-
17:55
"Sumqayıt"ın məşqçi və futbolçu heyəti üçün seminar keçirilib
-
17:29
Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri məlum olub
-
17:04
Millimiz Serbiyaya uduzdu
-
16:48
"Şahdağ Qusar" I dövrənin qalibi oldu
-
15:56
XIII turun hakimlər təyinatları
-
15:12
"Sumqayıt"ın məşqçisi: “Komandamıza güvənirəm”
-
14:53
Şevçenkonun oğlu 7-ci divizion klubu ilə müqavilə imzaladı
-
14:27
İstanbul derbisinin hakimləri açıqlandı
-
14:00
İnsan beyni vs süni zəka... - Sənan Şəfizadənin reportajı VİDEO
-
13:41
Güləş millilərimizin məşqçiləri və tibbi personalı üçün seminar
-
13:15
"Neftçi" heyətini amerikalı legionerlə gücləndirib
-
12:38
Meksikada 26 yaşlı futbolçu öldürüldü
-
11:54
Çempionlar Liqasında qeyri-adi olay: hakim meydana sərxoş halda çıxdı
-
11:29
“Sabah” - “Barselona” oyununda faciə
-
11:06
"Vilyarreal"ın qələbəsi VİDEO
-
10:43
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:17
"Sportinq" - "Mançester Yunayted" matçında 4 qol VİDEO
-
09:52
Millimizin üzvü "Sampdoriya"da dubl etdi
-
09:30
"Barselona" Bakıdan qələbə ilə qayıtdı VİDEO
-
19:51
“Bavariya” Almaniya millisinin hücumçusu ilə güclənə bilər
-
19:33
"Qarabağ" "Sumqayıt"la oyuna hazırlaşır FOTOLENT
-
19:00
Mbappe Ronaldonu geridə qoydu
-
18:45
“Neftçi” üçün 3 mövzuda seminar
-
18:27
Elçin Məsiyev dünya çempionatının oyununa təyinat aldı
27.11.2026
26.11.2026
25.11.2026
























