Ölkə futbolu
Cavid Hüseynovun anası: “Saat 5-ə qədər evdə olub, qurban ətini paylayırdı”
Bu gün Səbael rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərcivəsində həbs edilən futbolçu Cavid Hüseynovun məhkəmə prosesi davam edib. Futbolxeber.az saytının lent.az-a istinadən verdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirmələr keçirilib.
Polis mayoru Ədalət Məmmədov ifadəsinə bildirib ki, C.Hüseynovun saxlanması epizodunu danışıb.
Daha sonra C.Hüseynovun anası Xalidə Hacıyeva ifadə verib. O bildirib ki, hadisə olan gün Cavid evdə olub, dayısı ilə qurban kəsib: “Saat 5-ə qədər evdə olub, qurban ətini paylayırdı. Sonra məşqə getdi. Məşqdən çıxanda zəng elədim ki, bizi apar bulvara, dedi, siz taksi ilə gedin, mənim bir az işim var, orada görüşərik. Sonra şəhərdə görüşdük. Bu barədə heç bir söhbət eləmədik. Səhərisi gün Qəbələyə gedəndə qardaşı ona bu barədə xəbər verib”.
C.Hüseynovun əmisi oğlu Nihad Abbaslı bildirib ki, hadisədən bir gün sonra Cavid ona Elşənin polisə gedib təslim olmasını tapşırıb: “Biz Elşənlə birlikdə polisə getdik və Elşən təslim oldu”.
Daha sonra jurnalist Rasim Əliyevin anası Teyfurə Əliyeva ifadə verib. O, təqsirləndirilən şəxslərlə yanaşı, oğlunun həkimlərinin də məsuliyyətə cəlb edilməsini tələb edib: “Evdə oturmuşduq. Şənbə günü idi. Rasim evdəydi. Rasimə zəng gəlməyə başladı. Çölə çıxdı. Səsinin tonu yüksəkdən gəlirdi. Bilirdim ki, kiminləsə mübahisə edirdi. Evə girdi, soruşdum nə məsələdir, demədi. Yemək çəkdim. Təzə yeməyə başlayırdı ki, yenidən zəng gəldi və Rasim çölə çıxdı. Gərgin idi. Telefonla danışandan sonra içəri girdi. Gərginliyi getmişdi. Dedi ki, futbolçu Cavid Hüseynovla danışırdı. Dedi ki, Cavid futbolda tərbiyəsiz jestlər edib, mən də bu barədə yazmışam. Cavidlə danışdığını və məsələni yoluna qoyduğunu qeyd etdi. Birazdan yenə zəng gəldi. Yanımda danışdı. Cavidin bibisi oğluydu. Çay içmək istədiyini, üzr istəmək niyyəti olduğunu dedi. Rasimi Bakıxanova dəvət etdi. Rasim getməkdən imtina elədi. Üst-üstə 10 dəfə zəng gəldi. Cavid zəng elədi. Bibisioğluna tapşırdığını və Bayıla gələrək üzr istəyəcəyi dedi. Rasim buna ehtiyac olmadığı bildirdi. Bibisi oğlu təkidlə gələcəyini bildirdi. Rasimə dedim ki, bala, gətmə. O, mənə narahat olmamağı, onların Cəbrayıldan olduğunu, həmyerli kimi görüşəcəyini dedi. Rasim evdən çıxdı. Bir müddətdən sonra aptekə düşdüm. Tanışlar dedilər ki, Rasimi döyüblər. Əlim ayağım qurudu. Axtarmağa başladım. Sinif yoldaşına və məhəllə uşağına dedim. Tapa bilmirdik. Bir müddətdən sonra dedilər ki, Rasim xəstəxanadır. Yanına getdik. Sonrasını da bilirsiz. Cavid də günahkardır. Günahı olmasaydı, xəstəxanaya getməzdi".
Proses aprelin 13-də davam edəcək.
Qeyd edək ki, jurnalist Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə davam etdirilir.
Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılıb.
Cinayətdə digər təqsirləndirilən şəxslərin barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun icraatında baxılıb.
C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.
Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
11:35
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
-
11:12
2 boksçumuz dünya çempionatına qələbə ilə start verib
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:23
"Ayntraxt" sonda sevindi VİDEO
-
10:09
Şeydayev oynadı, komandası qalib gəldi
-
09:54
"Frozinone" - "Sassuolo" matçında 6 qol VİDEO
-
09:31
Mahirin komandasından mövsümdə ikinci qələbə
-
09:20
“Qarabağ”, yoxsa “Neftçi”?
-
09:17
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı VİDEO
-
09:00
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
-
23:56
Millimiz Çexiyaya məğlub oldu
-
22:47
"Sumqayıt"dan əzmkar qələbə VİDEO
-
22:09
Kandido: “Qələbəyə layiq idik”
-
21:30
Maksimov məğlubiyyəti şərh etdi
-
20:58
"Şamaxı" və "Sumqayıt"dan qələbə
-
20:13
Şamaxıda 5 qol VİDEO
-
18:24
Azərbaycanı Avropa çempionatında 21 boksçu təmsil edəcək
-
18:02
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər müəyyənləşdi
-
17:45
Azər Bağırov: “Bu qələbəni yol qəzasında həyatını itirən gənc futbolçumuza həsr edirəm”
-
16:31
“Neftçi”dən azarkeşlərlə bağlı açıqlama: bilet və stadiona giriş barədə
-
16:16
FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendini təqdim edib
-
15:49
DÇ: U-23 minifutbol millimiz yarımfinalında uduzdu
-
14:57
AFFA 6 komandaya texniki məğlubiyyət verib
-
14:38
AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
-
14:14
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
13:43
AFFA həkimi olmayan klubları cərimələdi
-
13:22
Şamaxıda heyətlər açıqlandı
-
13:05
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
-
12:51
"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib
-
12:30
"Səbail" Zaqataladan 3 xalla qayıtdı VİDEO
-
12:19
Voleybol millimiz yoxlama oyununda qələbə qazanıb
-
11:46
"Trabzonspor"dan 4 qollu qələbə VİDEO
-
11:27
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:08
"Mlan"dan darmadağın VİDEO
-
10:53
Daha bir güləşçimiz dünya çempionatında finalda uduzdu
-
10:34
"Beşiktaş" Almaniyadan qələbə ilə qayıtdı VİDEO
-
10:12
Əliyar Ağayev Niderlandda heç-heçə şahidlik etdi
-
09:45
Muradın komandası “Atalanta” ilə bacarmadı
-
09:21
Elçin Məsiyevin idarə etdiyi oyunda “Omoniya” sevindi
-
09:00
Zamiq ehtiyatda qaldı, komandası Konfrans Liqasında ilk xalını qazandı
-
22:03
“Sumqayıt” “Araz-Naxçıvan”la oyuna hazırdır FOTOLENT
-
21:29
Dünya çempionatı: Minifutbol millimizin yarımfinaldakı rəqibi bilindi
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
-
18:15
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
18:00
Çempionlar Liqasında rekord qeydə alınıb
-
17:36
“İnter”də ciddi itki
-
16:51
“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi
-
16:29
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
17.10.2026
16.10.2026
15.10.2026
























