Ölkə futbolu
Svanadze: “Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”
“İnter” in baş məşqçisi Zaur Svanadze klub saytına müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- “İnter” artıq iki turdur ki, turnir cədvəlində daha da irəliləmək şansını qaçırır.
- Öncə son günlər cəbhədəki döyüşlər nəticəsində Azərbaycan əsgərlərinin həlak olmalarından böyük üzüntü duyduğumu bildirir və həlak olmuş hərbçilərin ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Bəli, doğru vurğulayırsınız, son iki oyunda turnir cədvəlində mövqeyimizi daha da gücləndirmək şansımız yaranmışdı. Lakin zədəli futbolçuların çox olması, o cümlədən Nika Kvekveskirinin Gürcüstan millisinə dəvət edilməsilə bağlı Bakıya vaxtında qayıda bilməməsi “Neftçi” komandası ilə keçirilən oyunun nəticəsinə öz mənfi təsirini göstərdi. “Neftçi” ilə oyunda Nika Kvekveskirinin olmaması orta sahədə problemlərin yaranmasına gətirib çıxarırdı. Bundan əlavə, əla formada olan və mühüm oyunlarda qol vurmağı bacaran Nizami Hacıyevin “Rəvan” komandası ilə oyunda zədələnməsi onsuz da zədədən əziyyət çəkən komandamızın işini daha da çətinləşdirdi. Təbii ki, intensiv oyun qrafikasının da olması komandaya öz təsirini göstərir. Son ayda həm çempionat, həm də kubok oyunlarının keçirilməsi futbolçuların yorulmasına səbəb olur. Razılaşaq ki, zədəlilərin çox olması və son oyunlarda, meydana demək olar, eyni heyətin çıxması arzuladığımız nəticələri əldə etməyimizə maneələr yaradır. Bununla belə, komandanın mübarizliyi və heyətdəki problemlərə baxmayaraq nümayiş etdirdiyi əzmkarlıq rəğbət doğurmaya bilməz. Futbolçular peşəkarlıq göstərərək azarkeşləri sevindirməyə çalışırlar və bu fakt da məni bir məşqçi kimi sevindirir.
- Bu tur “İnter” AZAL ilə qarşılaşır. Oyunda haqqında fikirlərinizi bilmək maraqlı olardı.
- AZAL son turlarda yaxşı nəticələr göstərir. Komanda yüksəlişdədir və AZAL qələbə seriyasını davam etdirməyə çalışacaq. Ümumiyyətlə, “İnter” ilə AZAL arasında oyunlar həmişə çətin keçir və qarşıdakı matçda da belə olacağını düşünürəm. Bizə rahatlaşmaq olmaz. Maksimum dərəcədə oyuna köklənməli və turnir cədvəlindəki mövqeyimizi gücləndirməliyik. Təəssüf ki, Kamran Ağayev və Nizami Hacıyev qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcəklər.
- Bəs Rauf Əliyev? Onu növbəti qarşılaşmada görə biləcəyik?
- Sevindiri haldır ki, Rauf Əliyev artıq komandayla məşq edir və oyun ritminə tədricən daxil olur. Ancaq hələlik onun xidmətindən yararlanmaq bir qədər tezdir. Bununla belə, yaxın turlarda Rauf Əliyevi meydanlarda görəcəyik. Məşqçilər heyəti onun oyuna tam hazır olduğunu müəyyənləşdirdikdən sonra meydana çıxması bəradə qərar qəbul edəcək.
- UEFA-nın məlum qərarı komandanın motivasiyasına necə təsir göstərir?
- “İnter”PİK köhnə borclarını ödəsə də, UEFA vaxt amilini əsas gətirərək kluba qarşı sanksiya tətbiq etdi. UEFA-nın qərarından şikayət etmək hüququmuz var və buna görə də şans hələ qalır. Bununla belə, inanmıram ki, UEFA-nın bu qərarı futbolçulara mənfi təsir göstərir. Komandada kifayət qədər peşəkar futbolçular var və onlar anlayırlar ki, sonadək mübarizə aparmaq lazımdı. Futbolçular bilirlər ki, bu il UEFA-ya vəsiqə qazanmaqla məlum cəzaya cari mövsümdə son qoymaq olar. Odur ki, UEFA-nın qərarından asılı olmayaraq “İnter” cari mövsümü müsbət notlarla başa vurmağa çalışacaq. Avrokubok yarışlarına vəsiqə qazanmağımız çətin mövsümü arxada qoymağımız baxımdan “İnter” üçün böyük pozitiv olardı.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
11:35
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
-
11:12
2 boksçumuz dünya çempionatına qələbə ilə start verib
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:23
"Ayntraxt" sonda sevindi VİDEO
-
10:09
Şeydayev oynadı, komandası qalib gəldi
-
09:54
"Frozinone" - "Sassuolo" matçında 6 qol VİDEO
-
09:31
Mahirin komandasından mövsümdə ikinci qələbə
-
09:20
“Qarabağ”, yoxsa “Neftçi”?
-
09:17
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı VİDEO
-
09:00
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
-
23:56
Millimiz Çexiyaya məğlub oldu
-
22:47
"Sumqayıt"dan əzmkar qələbə VİDEO
-
22:09
Kandido: “Qələbəyə layiq idik”
-
21:30
Maksimov məğlubiyyəti şərh etdi
-
20:58
"Şamaxı" və "Sumqayıt"dan qələbə
-
20:13
Şamaxıda 5 qol VİDEO
-
18:24
Azərbaycanı Avropa çempionatında 21 boksçu təmsil edəcək
-
18:02
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər müəyyənləşdi
-
17:45
Azər Bağırov: “Bu qələbəni yol qəzasında həyatını itirən gənc futbolçumuza həsr edirəm”
-
16:31
“Neftçi”dən azarkeşlərlə bağlı açıqlama: bilet və stadiona giriş barədə
-
16:16
FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendini təqdim edib
-
15:49
DÇ: U-23 minifutbol millimiz yarımfinalında uduzdu
-
14:57
AFFA 6 komandaya texniki məğlubiyyət verib
-
14:38
AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
-
14:14
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
13:43
AFFA həkimi olmayan klubları cərimələdi
-
13:22
Şamaxıda heyətlər açıqlandı
-
13:05
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
-
12:51
"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib
-
12:30
"Səbail" Zaqataladan 3 xalla qayıtdı VİDEO
-
12:19
Voleybol millimiz yoxlama oyununda qələbə qazanıb
-
11:46
"Trabzonspor"dan 4 qollu qələbə VİDEO
-
11:27
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:08
"Mlan"dan darmadağın VİDEO
-
10:53
Daha bir güləşçimiz dünya çempionatında finalda uduzdu
-
10:34
"Beşiktaş" Almaniyadan qələbə ilə qayıtdı VİDEO
-
10:12
Əliyar Ağayev Niderlandda heç-heçə şahidlik etdi
-
09:45
Muradın komandası “Atalanta” ilə bacarmadı
-
09:21
Elçin Məsiyevin idarə etdiyi oyunda “Omoniya” sevindi
-
09:00
Zamiq ehtiyatda qaldı, komandası Konfrans Liqasında ilk xalını qazandı
-
22:03
“Sumqayıt” “Araz-Naxçıvan”la oyuna hazırdır FOTOLENT
-
21:29
Dünya çempionatı: Minifutbol millimizin yarımfinaldakı rəqibi bilindi
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
-
18:15
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
18:00
Çempionlar Liqasında rekord qeydə alınıb
-
17:36
“İnter”də ciddi itki
-
16:51
“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi
-
16:29
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
17.10.2026
16.10.2026
15.10.2026
























