17 Oktyabr 2026, Şənbə
“Qarabağ”, yoxsa “Neftçi”?
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”

Ölkə futbolu

“Kəpəz” Bakı hazırlığını başa vurdu

Azərbaycan Premyer Liqasının XXVII turunda Gəncədə “Zirə”ni qəbul edəcək “Kəpəz” qarşıdakı oyunla bağlı Bakı toplanışını bu gün başa vurub. Futbolxeber.az saytının məlumatına görə, paytaxtda keçirilən son məşqdə əsas milli komanda ilə Türkiyə toplanışında olmuş Namiq Ələsgərov ilə Tərlan Quliyev iştirak etməyib. Onlara bir günlük istirahət verilib. Hər iki futbolçu komandaya sabah qoşulacaq. Bu ikilidən fərqli, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının heyətində yer almış Budaq Nəsirov martın 27-dən Gəncə klubunun hazırlığında iştirak edir.

Qeyd edək ki, martın 23-dən paytaxtda hazırlıq keçən “sarı-göylər” Nizami yurduna sabah gələcək (klub saytı). .

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31