5 May 2026, Çərşənbə axşamı
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”
“Zirə" "Qəbələ"yə qalib gəldi

Ölkə futbolu

“Sabahkı oyun Azərbaycanda futbolun necə inkişaf etdiyini göstərəcək”

“Azərbaycanla oyunöncəsi məşqimiz normal qaydada keçdi. Əsas odur ki, sabah məşqçilərimizin tələb etdiyi kimi oynayaq”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri Qazaxıstan millisinin kapitanı Samat Smakov deyib.

Təcrübəli oyunçu sabahkı görüşdə Azərbaycan və Qazaxıstan futbollarının hansı səviyyədə inkişaf etdiyinin görünəcəyini qeyd edib: “Azərbaycana qarşı çox oynamışam. Həm milli, həm də klub səviyyəsində. Bilirəm ki, son illər Azərbaycan futbolunda inkişaf var. Sabahkı oyun Azərbaycanda futbolun necə inkişaf etdiyini göstərəcək.Eyni sözləri Qazaxıstan haqda da deyə bilərəm”.

Smakov millimizin sabiq üzvlərini xatırlayıb: “Azərbaycan millisində Vaqif Cavadov və Zaur Ramazanovu xatırlayıram. Amma hazırda onlar millidə deyillər. Hazırkı heyətdən Rəşad Sadıqovun adını qeyd edə bilərəm. Ona qarşı həm klub, həm də milli səviyyəsində çıxış etmişəm”.

Qazaxıstan yığmasının kapitanı sabah Azərbaycana qarşı keçiriləcək yoxlama oyunu ilə bağlı proqnoz verməyib: “Nəsə demək çətindi. Hazırda hər 2 ölkədə çempionat davam edir. Ona görə əsas olan zədəsiz ötüşməkdi”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31